Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə22/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

68
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
Bozlamac  formasının ilk hecadakı  b  dodaq samitinin təsiri ilə 
nisbətən sonrakı dövrdə yarandığını söyləmək mümkündür. 
Görkəmli  türkoloqlar  A.Tietze  v ə  H.Eren  bazlamac/bazlama 
«sac ekmeği, pide; tatlısı bol, kalın gözleme» sözünün türk dili 
dialektlərində eyni zamanda pazlama, bezleme fonetik 
variantlarında işləndiyini qeyd edərək, etimoloji cəhətdən türk 
dialektlərində  işlənən  pazı  «bir ekmeklik hamur topağı; yufka » 
sözündən  -ma/-mac  şəkilçiləri  vasitəsi  ilə  yarandığını 
göstərmiş,  pazı  sözünü isə yunanca mazı  «xamır» sözü ilə 
əlaqələndirmişlər (57, 298-299; 133, 45). A.Tietze fikrini isbat 
etmək üçün analoji şəkilçilərlə yaranmış  cizlama, çalkama, 
çevirme,   döğme,   bulamaç,   çalkamaç,   doğ ramaç,   döğmeç, 
tutmaç, dürmeç və s. yemək adları bildirən sözləri misal gətir- 
mişdir (139). Lakin misallara diqq ət etdikdə, onların hamısının 
kökündə müəyyən  əlamətlərlə bağlı  hərəki fellərin dayandığını 
təsbit etmək mümkündür: çalkamaç çalka felinə,  döğmeç döğ 
felinə,   bulamaç   bula   felinə   və   s.   bağlanır.   -ma   və   -mac 
şəkilçiləri ilə yaranmış yemək adlarının heç birisinin etimoloji 
cəhətdən isim kökü ilə bağlılığı müşahidə edilmir. Başqa bir 
tərəfdən, «xəmir» mənalı sözün əsasında çörək növü bildirən 
leksik vahidin meydana gəlməsi semantik cəhətdən də özünü 
doğrultmur. Çünki təkcə  bazlamac  deyil, bütün çörək növləri 
xəmirdən hazırlanır. Buna görə  də göstərilən etimologiya 
bazlamacın çörək növü kimi özünə  məxsus  əlamətlərini  əks 
etdirə bilmir. Bizim fikrimizcə,  bazlamac/bozlamac  sözü səs 
təqlidi   yolu   ilə   yaranmışdır.   Türkmən   dilində   səs   təqlidi 
mənşəli  bazla  – və  bazırda  – «səs çıxararaq yanmaq» felləri 
vardır (119, 68). Bazlamac  sözünün qədim mənaları içərisində 
«yağlı  xəmirdən hazırlanmış qalın lavaş növü» mənasının 
üstünlük təşkil etməsini və yağlı  xəmirin atəş üzərində 
bişirilərkən   səs   çıxarmasını   nəzərə   alaraq,   sözün   etimoloji 


69
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
cəhətdən  bazla  – felindən yarandığını güman etmək olar: 
baz+la+mac. Müq.et: cızlama  «yağda bişirilən çörək növü», 
cızbız  və  s.  Əlavə  edək  ki,  Azərbaycanın  bəzi  regionlarında 
eyni  lavaş  növünü  bildirm ək  üçün  bazlamac  yerinə  yanmaq 
felindən yaranmış yanlama sözündən istifadə edilir. 
Tülək  «yunu təmizlənmiş  dəri» (Lah., Q., Dəv., Xaçm.). Bu 
söz tat dili şivələrində dabbaqlıq peşəsi ilə bağlı olaraq yayılmışdır 
(33, 60). Talış dilində  həmin söz məcazi məna kəsb edərək, «arıq, 
çəlimsiz» mənası ifadə edir: Əhmədi tüləkiş kardə  «Əhməd tülək 
olub, yəni həddindən artıq arıqlıyıb» (24, 76). M.Kaşğarlı lüğətində 
tülə  – «tükünü tökmək» və  tülək  «dördayaqlı heyvanların tüklərini 
tökməsi; qoyun qırxımı» mənalarında işlənən sözlər bilavasitə tat 
dilindəki  tülək  sözü ilə bağlıdır.  Tülək  sözünün kökü tü  «tük» 
şəklində   M.Kaşğarlı   lüğətində,   habelə   bir   sıra   başqa   yazılı 
abidələrdə qeydə alınmışdır (42, 387; 667; 139, 3865-3867). Buna, 
əsasən, sözün etimologiyasını tü+lə+k şəklində izah etmək mümkündür. 
Burada  -lə  isimdən fel, -k  isə feldən sifət düzəldən  şəkilçidir. Müq.et: 
kəsik, yanıq, pozuq, əzik və s. 
İlk dövrlərdə sifət kimi işlənən söz daha sonra substan- 
tivləşərək  semantik  cəhətdən  tülə  –  «tükünü  tökmək»  felinə 
bağlı proses adına çevrilmişdir.  Tülək  sözünün kökü olan tülə 
– feli Azərbaycan dilinin Quba, Şamaxı,  Ş əki, Qax şivələrində 
də   «tükünü   dəyişmək,   tükünü   tökmək   (heyvan   haqqında) 
mənası ifadə edir (6, 392). Eyni mənalı  tülə  sözünə 
Y.V.Çəmənzəminli   və   Ə.Vəliyevin   əsərlərində   də,   təsadüf 
edilir (8, 217-218). 
Əmrəq//əmrag  «dost»,  «yaxın»  (Q.,  Qon.  k.).  Bu  qədim 
türk sözü «amraq»ın fonetik cəhətdən dəyişmiş variantıdır. 
V.Aslanov  bu  sözün  nə  üçünsə  «xəsis»,  «vurulmuş,  eşqə  düş- 
müş» mənalarında XVII əsrə  qədər işləndiyini, «amir-//əmir-» 
felindən törəmə olmasını, fars dilinə keçməsini göstərmişdir (3, 


70
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
245). 
 
 
Qədim türk sözləri lüğətində «amra-» sözü «sevmək» mə- 
nasında verilmiş, onun bir sıra derivatları – amrak  «sevmək», 
amrançığ  «sevgili», «yar», amranmaq  – «məhəbbət, sevgi, gös- 
tərmək»,  amranmağlıq  «sevgi, məhəbbət oyadan» və  nəhayət, 
amraq  – «sevgili», «yar» derivatları qeyd edilmişdir (78, 41-42). 
Müq.et: imrənmək «mehr göstərmək» (7, 257). 
Qiziz  «xəsis» (Q.). Qədim türk sözü olan qiz  eyni seman- 
tikaya   malikdir.   Türk   dill ərində   bu   söz   kökünün   müxtəlif 
mənaları   –   müasir   dildə   işlənən   «qız »,    «bahalı,   qiym ətli», 
«xəsis», «ac» mənalarını ifadə etməsi göstərilmişdir (78, 449- 
450). Azərbaycan dilində «qızırğanmaq» «əsirgəmək», «xə- 
sislik  etmək»,  «verməyə  əli  gəlməmək»,  «bir  şeyi  başqasına 
çox görmək» mənasında mühafizə olunmuşdur (18, 507). 
Həmçinin müq.et: qirnis «xəsis» (7, 336). 
Qizluq  «çatışmazlıq»,   «qıtlıq»  (Q.,   D əv.,  Xaçm.).  Tat 
dilində bu söz «quraqlıq nəticəsində taxıl çatışmamazlığı» m ə- 
nasında   işlənir.    Onun    «qiz»   kökünd ən   -luq    şəkilçisi   ilə 
düzəlməsi   şübhə   doğurmur.   Qeyd   edək  ki,  bu  söz   «qıtlıq», 
«qəhətdik», «aclıq», «bahalıq» m ənalarında Azərbaycan dilin- 
də  işlənmişdir.  Ş.Xəlilov bu sözün göstərilən mənalarına aid 
konkret nümunələr vermişdir:  Qızluq  dünyayı dutdı…  Qızlığ  ilə 
qamusı zar oldılar. Müəllif Mustafa Zəririn «Yusif və Züleyxa» 
poemasının dilində  işlənmiş türk mənşəli arxaizmlərdən bəhs 
edərkən,   bu   sözü   qeyd   etmiş,   onun   «Təfsir»də   (XII-XIII), 
Qütbün    «Xosrov    və    Şirin»,    Seyfi    Sarainin    «Gü lüstan» 
poemalarında,    həmçinin,    orta    əsr    türk    ədəbiyyatında    da 
«bahalıq», «qıtlıq», «aclıq» və s. məna çalarlıqları yaratmasını 
göstərmişdir  (40,  34).  Qıtlıq  taxılın  olmaması,  aclıq  v ə  ça- 
tışmazlığı bildirir. Bu mənada quraqlıq nəticəsində taxıl ça- 
tışmazlığını  bildirmək  üçün  tatların  bu  sözü  işlətməsi  qədim 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə