50
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
vil vermək»,
salam dərən «salam vermək»,
cob dərən «cavab
vermək»,
icazə dərən «icazə vermək»,
ses dərən «səs vermək»,
xəbər dərən «xəbər vermək»,
fikir dərən «fikir vermək» və s.
12.
Zərən «vurmaq, çalmaq» feli il ə düzələnlər:
güllə zə-
rən «güllə vurmaq»,
zırna zərən «zurna çalmaq»,
təhnə zərən
«tənə vurmaq»,
zəng zərən «zəng vurmaq/çalmaq»,
qanat
zərən «qanad çalmaq» və s.
13.
Vəgüftən «götürmək» feli ilə düzələnlər:
sügüş vəgüf-
tən «söyüş götürmək»,
məhsul vəgüftən «məhsul götürmək»,
mənfəət vəgüftən «mənfəət götürmək».
14.
Ustarən «almaq» feli ilə düzələnlər:
xəbər ustarən
«xəbər almaq»,
qimet ustarən «qiymət almaq».
15.
Vokardən «açmaq» feli ilə düzələnlər:
qul-qanat vo-
kardən «qol-qanad açmaq»,
məclis vokardən «məclis açmaq»,
ustul vokardən «stol açmaq».
Ustul vokardən mürəkkəb
felinin
formalaşmasında olduqca maraqlı linq vistik hadisə ilə
qarşılaşırıq. Məlum olduğu kimi, rus dilindən Azərbaycan dili-
nə iki söz keçmişdir:
stol və
stul. Stol sözünün
ifadə etdiyi
əşya yemək-içmək üçün nəzərdə tutulmuş və istifadə edilən
mebel növüdür (hərçənd
yazı stolu deyilən əşya da məlumdur).
Stul isə oturmaq üçün istifadə edilən əşyanın adıdır.
Azərbaycan dilində bu sözlər öz ilkin orfoqrafiyasını saxlasa
da, danışıqda vəziyyət bir qədər başqa cürdür:
stol sözü
istol
şəklində tələffüz olunur və çox vaxt bu forma hər iki əşyaya
(stola və stula) aid edilir.
Tat dilində
ustul vokardən mürəkkəb feli elə tərtib edil-
mişdir ki,
ustul sözü
stol sözündən çox
stul sözünə yaxındır,
amma bu, «stol» təsəvvürünün nəzərdə tutulduğunu başa düş-
məyə mane olmur.
16.
Mundən «qalmaq» feli ilə düzələnlər:
məhtəl mundən
«məəttəl qallmaq»,
ağlər mundən «ağlar qalmaq».
51
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
17.
Bəstən «bağlamaq» feli il ə düzələnlər:
dogovor bəs-
tən//müqavilə bəstən «müqavilə bağlamaq»,
şərt bəstən «şərt
bağlamaq».
Burada da yenə də maraqlı bir dil hadis əsi ilə qarşılaşırıq:
bəstən feli biri ərəb, o birisi isə rus mənşəli sözlərlə mürəkkəb
fel əmələ gətirmişdir. Amma bu formaların
hər ikisinin
əsasında Azərbaycan ədəbi dili (
müqavilə) və loru danışıq
dilinə (
doqovor) mənsub olan ifadə formaları dayanır.
İki və daha artıq sadə sözün birləşməsi ilə əmələ gələn
mürəkkəb sözlərin də tərkib hissələrinin mənşəcə müxtəlif dil-
lərə aid olması nəticəsində hibridləşmə baş verir. Tat dilində
hər iki tərkib hissəsi isim olan mürəkkəb isimlərdən
zanəmi
«əmiarvadı» (tat.
zən «arvad» və az.
əmi),
küxala «xalaoğlu»
(tat.
kü «oğul» və az.
xala),
küəmi «əmioğlu», isimlə feli
sifətdən əmələ gəlmiş atributiv isiml ərdən
qeytanbof
«qaytantoxuyan» (az.
qaftan, tat.
bof «toxuyan),
taxtavəy
«yunu tell edən alət» (toxuculuq termini – az.
taxta və tat.
vəy),
gülləbur «gülləkəsən alət» (az.
güllə, tat.
bur «kəsən»),
sifətlə ismin birləşməsindən
yaranan mürəkkəb isimlərdən
alagünə «alyanaq» (az.
ala, tat.
günə «yanaq»),
çöyrəçim
«göygöz» (az.
göy, tat.
çim «göz»),
kələmi «böyük əmi» (az.
əmi, tat.
kəl «böyük»),
siyətum «qara toxum» (az.
tum, tat.
siyə
«qara»), yaxınmənalı sözlərdən yaranan mürəkkəb isimlərdən
çül-biyaban «çöl-biyaban»,
xori-hava «yer-göy», iki isim və
«bə» önqoşması ilə yaranan mürəkkəb sifətdən
çumoq bə dəst
«əliçomaqlı»,
kamun bə düş «çiyni kamanlı» hibrid sözlərdir.
Burada belə bir məsələyə aydınlıq gətirmək lazımdır. Tat
dilində analitik fellərin birinci tərəfinin Azərbaycan dilindən
alınma sözlərlə ifadə olunmasından danışarkən belə bir fakta
göz yümmaq lazım deyil ki, Azərbaycan
dilinin özündə bu
sözlərin bir çoxu alınmadır. Amma həmin sözlərin tat dilində
52
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
işlənməsi Azərbaycan dilinin fəaliyyətinin özünəməxsusluqları
ilə bağlıdır.
II F Ə S İ L
Tat dilində alınmalar
Alınmalar tat dilinin leksikasında mü əyyən yer tutur.
Onların arasında Azərbaycan dilindən alınmış söz və terminlər
çoxluq təşkil edir. Eyni zamanda Az ərbaycan dili tat dilind ə
başqa dillərdən alınmalardan istifad ə məqamlarının
müəyyənləşdirilməsində də mühüm rol oynamışdır, çün ki
azərbaycanlılar və tatlar arasında canlı ünsiyyət vasitəsi
Azərbaycan dilidir.
M.L.Qrunberq yazır: «Hələ minilliklər
dövründən Azər-
baycan ərazisində yaşayan irandilli xalqların leksi kasına
Azərbaycan dilindən istənilən qədər terminsəciyyəli sözlər
daxil olmuşdur» (71, 118). Mü əllifə görə, Şimali Azərbaycan
tatlarının dilində bu gün də müşahidə olunan heyvandarlıqda
işlənən terminlər, o cümlədən,
əbrəş, təpəl, kürə və s. mənşəcə
Azərbaycan sözləridir.
Alınma terminlər bütün dövrlər üçün səciyəvi olub, mü-
asir dövrdə də fəal mövqe tutmaqdadır. Belə ki, beynəlxalq
miqyasda, eləcə də ölkəmizin sərhədlərindən kənarda yaranan
hər
bir elmi yenilik, ixtira, k əşf və s. ümumdünya dil vahidl əri,
predmet və ya məfhumla birlikdə dilimizə daxil olan alınma
terminlər bu qəbildəndir (48, 333).
Alınma sözlər onları mənimsəyən dilin leksik tərkibində
heç də bərabər yer tutmur. Onlardan b əziləri onları alan xalqın
dilində yenilik kimi qəbul edilərək, yeni mənalar və ya məna
çalarlarını bildirməyə başlamış, dilin ümumi söz eh tiyatına
daxil olaraq, onu zənginləşdirmiş, məcburi element kimi
işlədilmiş və bu xalqın mədəniyyəti səviyyəsinə qədər