Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə12/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

38
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
Mənşəcə tat. xandistan/xandustan/xəndistən  «gülmək» feli ilə 
bağlıdır.   Eyni   mənada   Azərbaycan   dilinin   dialekt   v ə   şivə- 
lərində də işlənir (7, 236). 
İsbirə  «boğaz xəstəliyi» (Cəl.). Eyni mənada Azərbaycan 
dilinin Cəlilabad şivəsində qeydə alınmışdır (7, 261). 
İsbih/ispih «ağ» (Lah., Məl.). 
İsbimijə «çobanyastığı» (Lah.). 
Subi «ağ» (Ab.). Subi çum «gözün ağı». 
Diltəng/dültanq  «dilxor» (Q., Dəv.). Müq.et: Azərb.  dil- 
təng (7, 90). 
Dəhyek  «onda bir» (keçmişdə vergi adı) (Lah.). Azər- 
baycan dilinin Qazax şivəsində eyni mənada qeydə alınmışdır 
(7, 130). 
Gilabzən  «gilabpuş» (Q.). Az ərbaycan dilinin Quba dia- 
lektində də geniş işlənir. 
Qeyd etməliyik ki, «Dillər heç də mütləq mənada qarış- 
mır: onların hansısa vilayətdə qarışıq mövcudluğu istisna 
olunmur. Elə olur ki, məsələn, iki dildən biri şəhərlərdə, o biri 
kənd yerlərində yayılır, lakin bu cür bölünm ə heç də  həmişə 
tam aydın seçilmir» (19, 343-344). Tat dilinin yayıl dığı  ərazi- 
lərdə də buna tez-tez rast gəlmək olur. 
Spesifik sözlər sırasında  qəlqələpit//guşlüyə siçan «yara- 
sa»,   burc   «enliyarpaqlı   bitki   növü»,   kunçapari   «quş   adı», 
carcin  «çöl quşu»,  qərəqaz//qaraqaz  «durna»,  xiyarxorek  «hə- 
şərat növü», qoymə  «haça»,  sərdik  «qazan qapağı»,  guşkarsoz 
«həşərat növü», çümxuruzi  «xoruz gözü» (ot adı),  zuhun bəbəy 
«bitki növü», korə  xərguş  «dovşanotu»,  qap  «kartofa bənzər 
bostan       bitkisi»,       nurməhmədi       «alma       növü»,       xumi 
«çaqqalboğan» (armud növü),  qirmizəsinə    «qırmızı sinə» 
(armud növü), souçəyi  «armud növü», tou  «otaq»,  dou  «yan, 
tərəf» və s. də yer tutur. 


39
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
Danqaz/danqoz   «lovğa,   ədabaz,   dikbaş»  (Lah.).   Azər- 
baycan dili dialekt və  şivələrində  də geniş surətdə  işlənir (7, 
122). 
Azərbaycan dialektlərində  danqa  «lovğa»,  danqalax  «ko- 
bud»,  danqı  «boşbogaz»,  danqıl  «yüngülxasiyyətli» derivatları 
və qohum kökləri də qeydə alınmışdır. 
Gildir/gildir  «gilə-gilə», «damcı-damcı» (Xaç., Dəv.). 
Umo pöyist bə sər qəbr piyər başlamiş soxt gildir-gildir gireys- 
tan. «Gəlib atasının qəbri üstündə (üzərində) gildir-gildir 
ağlamağa başladı» (Xaç.). 
Həmzotti/həmzətti  «həmzatlı» (Məl.). Mənşəcə Azərb. 
həmzatlı/dial.  həmzatdı  sözündəndir.  Həmzat  qadına aid edilən 
gercək və ya mifik xəstəliyin adıdır və fars-tat mənşəlidir. 
Həmzatdı  sözü Azərbaycan dialekt və  şivələrində  də qeydə 
alınmışdır  (7,  220).  Tat  dilində  bu  söz  ikinci  alınma  hesab 
edilə bilər. 
İncəvora  «nə yaxşı ki», «xoşbəxtlikdən» (Lah.). İncəvora 
man  iş   bə   vaxti   Aydinə   dirum   «İncəvara,   mən  də   Aydını 
vaxtında gördüm». Az ərbaycan dilinin dialektlərində müxtəlif 
morfoloji formalarda qeyd ə alınmışdır (7, 258). 
Duruğçi/duruçi/dürügü   «yalançı»,   «fırıldaqçı»   (Sur.). 
Yə ruz yə  duruğu  amarən Surxuni kutirənli «Bir gün bir ya- 
lançı Suraxanıya gəlib deyir». Bu söz Azərbaycan dili dia- 
lektlərindən Naxçıvan dialektində qeydə alınmışdır (7, 158). 
Həşivər  «hay-küy  salan»,   «haray-həşir  qoparan»  (Ab., 
Q., Qon. k.). Belə düşünmək olar ki, həşivər  sözü  həşir  kökün- 
dəndir.  Sonuncu  Azərbaycan  ədəbi  dilində  «haray-həşir 
salmaq»   frazeologizminin   t ərkibində   işlənir.   Məs.:   Aslanı 
yaralayıblar, – deyə  haray-həşir  salır (İ.Əfəndiyev).  Həşir  sö- 
zü ərəbcədən alınmadır. 
O ki  qaldı  –vər  ünsürünə  o,  qeyri-məhsuldar  şəkilçilər- 


40
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
dəndir və bir neçə sözdə qalmışdır:  qunşivər  «qonşudakılar», 
xunavər «ev adamı», «evdəkilər», ərsivər «toyadamı» və s. 
Həşivər  sözü Azərbaycan dili şivələrində  də qeydə alın- 
mışdır:   Simaya   dedim,   bir   həşivər  saldı  ki,  gəl-görəsən  (7, 
223). Bu mətndə  həşivər  sözü «haray-həşir» mənasında işlən- 
mişdir. 
Rah-ruz  «yol-riz» (Lah.). Riz  sözü tat və talış dillərində 
«iz »  mənasında işlənir. 
Azərbaycan   dilinin   dialektl ərində   iriz   formasında   bu 
sözün «cığır», «iz », «l əpir» mənalarında işləndiyi qeyd olun- 
muşdur (7, 260). 
Ləc  «davakar,  höcət,  adamla  yola  getməyən,  bədxasiy- 
yət»  (Q.,  Qon.  k.).  Azərbaycan  dilinin  dialektl ərində  ləc/ləc 
şəkillərində qeydə alınmışdır (7, 359). 
Lələgüllə  «çərəz»  (Ab.).  Azərbaycan  dilinin  dialekt  v ə 
şivələrində daha iki variantda – lələgili  və  lələgillə – qeydə 
alınmışdır (7, 361). 
Loş  «kök»  (Lah.,  Məl.).  Azərbaycan  dilinin  dialekt  v ə 
şivələrində  loş  sözü «boş», «kök», «tənbəl» mənalarında qeydə 
alınmışdır (7, 371). Qeyd etm ək lazımdır ki, bütün bu mənalar 
İran dillərinin bəzilərində qeydə alınır. 
Daxarundən//daxardundən  «basdırmaq, basdırıl-maq», 
suvar birən  «minmək»,  vokardundən//voşundən//üşkəvə  səxtən 
«qusmaq» kimi  spesifik fell 
ər Quba ləhcəsində qeydə 
alınmışdır. 
Tat   dilinin   digər   ləhcə   və   şivələrində   işlənən   kusolə 
(Məl.) (29, 9) «dana», çiməva  «bu tərəfə», «bəri»,  çuməva  «o 
tərəfə», «o yana» (mərkəzi ləhcələrdə) (71, 48), sost  «kəpək», 
piçənə   «sarmaşıq»,   burburi   «çörək   qırıntısı»,   kəf   «köpük», 
«kəf»,   soğum   «sümük»,   əncunə   «dirsək»,   kilə   «qız»,   gou 
«inək»,  muş  «siçan»,  mizəqoq  «qurbağa»,  qərnənə  «ildırım», 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə