Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə63/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   59   60   61   62   63   64   65   66   ...   70

 
255 
Birinci mənzil - hərflərin bəyanındadır. Hərflərin ayrılması, tər-
kibi və bunlara məxsus nişan və əlamətləri üç fəsildə bəyan edir. 
İkinci mənzil - kəlmələrin bəyanındadır. Farsca və ərəbcə söz-
lərin itiraqını - əsl kökdən ayrılmasını iki fəsildə göstərir. 
Üçüncü mənzil - cümlələr haqqındadır. Cümlələrin tərkibini və 
tərtibini iki fəsildə sona çatdırır. Asan anlamaq və yadda saxlamaq 
üçün, onun bir çox qayda və misallarını nəzmə çəkdim. Rus mək-
təblərində işlənmək üçün, həmin kitabı imperatorun əmrilə rus dili-
nə də tərcümə etdim. Bu kitab hər iki dildə Tiflisdə çap edilmişdir. 
3) «Kəşfülqəraib»dir. Bu kitab farsca olub, Amerikanın, yəni 
yer kürəsinin yarım qərbi hissəsi olan Yeni Dünyanın kəşfini və 
vəziyyətini iki məqalədə bildirir. 
4) «Təhzibi-əxlaq»dır. Əxlaqi fəlsəfəni asimani kitabların bəya-
natına və islam, yunan və frəng hükəmasının təyininə görə, bir mü-
qəddəmə, on iki fəsil və bir xatəmədə izah edilir. 
5) «Eynülmizan»dır. Bu əsər ərəb dilində, bir müqəddəmə, iki 
fəsil və bir xatəmədən ibarət olub, məntiq elmini təşkil edən ləfzin 
təqsimatından, kəlmənin dəlalət yollarından, təsəvvür və  təsdiqin 
başlanğıc və  məqsədlərindən bəhs edir. Münazərə elmi və onun 
adabını izah edir. 
6) «Əsrarülmələkovt»dur. Heyət elminə dair farsca bir əsər 
olub, əski qaydaları yeni üsul və qanunlara tətbiq və  əqli dəlilləri 
nəqli rəvayətlərlə  təsdiq edərək, yer kürəsinin və sair əcramın
1
 
imkan sahəsində  əhvalını, vəziyyətlərini və onların intizamına 
səbəb olan qanunları söyləməklə  bərabər təhqiq edir. Bu kitabı 
ərəbcəyə də tərcümə etmişəm. 
7) Coğrafi kitabdır. Bu əsər farsca olub, dünyanın riyazi, təbii 
və siyasi əhvalından, əcramın vəziyyətlərindən, ünsürlərin xassələ-
rindən, məvalidin (camadat, nəbatat və heyvanatın) məhsulatın-
dan, iqlimlərin hüdudunu təyin etmək və yer kürəsi  əhalisinin si-
niflərini müəyyən etməkdən və  hər bir ölkənin yaşayış  tərzindən 
                                                 
1
 Planetlərin 
 
256
bəhs edir. Bu kitabı sona çatdırmaq dövlətin, allahın yardımından 
asılıdır. 
8) «Mişkatülənvar»dır. Farsca olan bu əsərdə cürbəcür sirlər
gözəl hal və hərəkətlər, şeir və hekayələr şəklində ifadə edilir. Baş-
lanğıcı belədir: 
 
Ey zöhd və təqva sahibləri, eşqi məzəmmət etməyin! 
Zahidlikdə nicat asari görmədim. 
Küfr ilə din kimin sərgəştəsi və heyranıdır? 
Daraq kimin müşk saçan zülflərindəndir? 
Dimağıma canan qoxusu gəlir, 
Ruh aləmindən gözəl qoxu hiss edirəm. 
Bir camdan bir udum şərab içmişəm, 
Bu kitabı bir adla bəzəmişəm. 
O pak ruhun himməti feyzindən, 
Qara torpaqdan günəş tülu etdi
Onun vəsfələrindən nə qədər söyləsəm yenə azdır, 
O, insana bilmədiklərini öyrədəndir. 
O şadlıq günəşi öz zərrələrilə məni işıqlandırdı, 
Hər bir zərrəmdən yüz nur şöləsi parladı. 
Mənim canım onun nurlarının çırağıdır, 
Ürək xəzinəsi sirrlərinin dəfinəsidir. 
Bu kitabda onun sirrlərindən yazmaq istəyirəm, 
Onun nurlarının çırağını təsvir etmək olurmu? 
 
Bunlardan başqa bir də, müxtəlif  şeirlər məcmuəsi vardır ki, 
hələ dağınıq bir şəkildə olduğundan «Divan» adı ilə adlanır. Bun-
dan nümunə olaraq bir neçə şeir yazılır: 
 


 
257 
Qəzəliyyatdan 
 
O könülə mərhaba olsun ki, onun sövdasına eşq rəhbərdir. 
Eşq özü vəhy, Cəbrail, kitab
1
 və peyğəmbərdir. 
Bütün aləm aşiqin küfrünə fitva verir. 
Bu macəra Səlman ilə Əbuzərin hekayəsidir. 
Həqiqət aləmində xas və avam yoxdur. 
Rəhm ilə cövr
2
, küfr ilə iman arasında fərq yoxdur. 
Bu nüktə əql tərəfindən həll edilə bilməz
Saqi, şərab gətir! 
Tainki onu sənə şərh edim, əgər mənə inanırsan.  
Əməli  özündən bilməyən kimsə mömin deyildir,  
Əməli allaha nisbət verməyən də kafirdir.  
Qüvvəsiz heç bir iş üçün aləmdə varlıq yoxdur,  
Əməl bizim ixtiyarımızda olmaqla bərabər müqəddərdir
3
.  
Qüdsi, cənab dostdan
4
 hər nə gəlsə gözəldir, yaxşıdır, 
Hər bir fəsad içərisində bir səlah
5
 qoyulmuşdur. 
 
Yenə onundur: 
 
Onun zülfünün qıvrımına yol tapdım, çünki könül ələ 
                                                             almaq gözəldir. 
Onun üzündə gördüm ki, hər şeydən yaxşılıq gözəldir. 
Mənim sevgilimin üz və zülfünü bəzəmək üçün məşşatəyə 
                                                                      ehtiyac yoxdur, 
Çünki təbii gül daha gözəldir. 
Onun boy və buxununun mənim gözümdə başqa bir cilvəsi 
                                                                    vardır, 
Doğrusunu söyləyim, gözəl sərv bir arxın kənarında olsa 
                                                 
1
 Quran 
2
 Zülm 
3
 Qabaqcadan müəyyən edilmişdir 
4
 Allahdan 
5
 Xeyir iş
 
 
258
                                                                    daha gözəldir.  
Sənin can bəsləyici dodağından aci söyüş şirin olar.  
Allah, allah! Bu nə lütf və iltifatdır ki, hər nə desən 
                                                                    gözəldir! 
Divanənin könlünə zəncir rahətlik verər,  
Bu cəhətdən dəli gönül bir zülfün qeydində olsa daha 
                                                                     gözəldir. 
Onun dodağı üzərində olan müşk rəngində qara xal bir 
                                                                    ulduzun təsviridir,  
Yaxud günəşə səcdə etmiş olan bir hidudür,  
Bu hal daha gözəldir. 
Tusli Qüdsi pak torpaqdan müqəddəslik feyzini aldı, 
Bizim bakılı Qüdsinin də bakılı olması daha gözəldir. 
 
Müqəttəatdan 
(Beytlərdən) 
 
Mən o şəxsəm ki, hər bir an hərbdən dəm vururam.  
Düşmənin qəsdində belimi bağlayıb, əldə qılınc durmuşam.  
Ey düşmən, mən sənin ölmünün ayinəsiyəm.  
Əgər inanmırsansa, gəl gör! 
 
Rübaiyyatdan 
 
Ey könül, yanmaqdan qorxmursan! 
Məgər pərvanə xasiyyətindəsən? 
Ey can quşu, sənin qanadını hansı daş sındırdı ki, 
Öz aşiyaninə doğru gəlmək fikrində deyilsən. 
 
Qəzəliyyatdan 
 
Gün üzrə ay tüluimi ya gün kamanıdır,  
Ya qaşdürər, bu cümləsi aşiq kamanıdır.  
Cami-cahannümayə düşüb əksi-asiman,  
Xaki-səvadı əxtəri-bəxtin nişanıdır.  


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə