Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə62/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   58   59   60   61   62   63   64   65   ...   70

 
251 
üşşaqilər və  həmzadilərin təriqətçilərilə  həmsöhbət olmuşdur. 
Nəsrilər, safilər, mövləvilər, xəlvətilər və  fəramuşilərlə ülfət etmiş-
dir. Firənglər, ermənilər və gürcülərlə oturub-duraraq, Diyarbəkir, 
Kiçik Ermənistan və Azərbaycan yolu ilə Tehrana getmişdir. Hü-
seynəli şah və Kovsərəli şahın müsahibi olmaq şərəfinə nail olmuş-
dur. Bir müddət həmədanlı  Məczubəli  şahın xidmətində qalıb, 
onun rəmzlərini öyrənməklə məşğul olmuşdur. Nemətullahi təriqə-
tində təsviri məvad edərək, irşad və təbliğatını kamala çatdırmışdır. 
Zahirpərəstlərdən bəzisi onu kafir hesab etdilər. İran padişahı-
nın rəyini onun əleyhinə çevirməklə dəfi xəyalına düşdülər. O, Qə-
ləmröv yolu ilə Şiraza gəlib, oradan Kirmana getdi. Kirman hakimi 
İbrahim xandan çox əziyyət görüb yenə Şiraza qayıtdı. Hicri 1236-cı 
(=1821) ildə evlənmişdir. Oranın alimlərindən - müctəhid və  təq-
lidçilərindən bəzisi onun əleyhinə, bəzisi də lehinə hərəkət etmiş-
dir. Onlar öz mənfəətlərini özgənin zərərində görürdülər. Fars fər-
manfərması Hüseynəli mirzə onun Fars əyalətindən çıxması haq-
qında hökm verdi. Hicri 1237-ci (=1822) ildə, ümumi vəba ilində öz 
ailəsilə  bərabər  İsfahana üz qoydu. Oradan da Qumişəyə gedib 
orada sakin oldu və «Riyazüssəyahə» kitabını orada təlif etdi. Bu 
kitabda, adı  çəkilən məmləkətlərin vəziyyətini və  əcibə hallarını, 
sultanların və  məşhur alimlərin  əhval və vaqiələrini  şərh və izah 
edərək, müxtəlif din sahiblərini və bu dinlərə  mənsub bir çox 
firqələrin əqidələrini gözəl bir tərzdə bəyan etmişdir. 
 
Bu xüsusda özü belə deyir: 
 
Kim asanlıqla səyahət etmək istəyirsə, 
Ona de, «Riyazüssəyahə» kitabını oxusun. 
 
Həqiqətən bu kitab zəngin faydalar xəzinəsidir. Nəzəri və 
əməli cəhətdən müəllifinin fəzl və kamalına möhkəm bir dəlildir. 
Eşitdiyimizə görə, indi də o cənab Fars ölkəsində irşad büsatını 
açıb, vücudundan cürbəcür fəzilətlər meydana gəlməklə və batini 
kamalatından saysız mənfəətlər görülməkdədir. 
 
252
Elm aləmində görkəmli yer tutan və həqiqət günəşinə nisbə-
tən şaxis (günəş saatı) sayılan bu şəxslərdən başqa daha bir çox fə-
zilət sahibləri yetişmişdir. Şeyxlərdən: rudbarlı Əbuəli, şabranlı Şeyx 
Yaqub Çərxi, qubalı Şeyx Əbdülkərim və şirvanlı Baba Rüknəddin, 
üləma sinfindən: bərdəli Sədulla, qarabağlı  Hənəfi, ərəşli  İbrahim, 
ağdaşlı Bürhanəddin,  şəkili  Əbdürrəhim, Məhəmmədəmin, Hacı 
Əyyub əfəndi, şirvanlı Hacı axund Şərif, bakılı Axund Nəcəfqulu və 
dərbəndli Molla Ağa elm və təqrirdə çox tanınmış simalardandırlar. 
Şairlərdən: Nişat, Məsih, mirzə  Əsgər,  şirvanlı Zülali, Kosa Yusif, 
ləmbəranlı Asəf, Molla Pənah Vaqif, qarabağlı mirzə  Məhərrəm 
Məriz və  gəncəli Ziyad oğlu Fətəli bəy Hali təblərinin gözəlliyilə 
məşhur olmuşlar. Dağıstanda da ərəb dilində olan elmləri dərindən 
bilən və müxtəlif dövrlərdə yüksək  şöhrətə malik bir neçə  şəxs 
yetişmişdir. Məsələn Məhəmməd Qədəqi, Hacı İbrahim Ürəvi, Fazil 
Eyməki, Yusif Zərir Qumuqi, Davud Üsüşi, Səid Şünasi və başqaları. 
Kitabın sonunda, bu həqir müəllif, fəzilət və şöhrət iddiası ilə 
deyil, bəlkə bu ölkəyə mənsubiyyəti etibarilə fəxr etmək üzündən 
öz tərcümeyi-halını da, qısaca olaraq bəyan edir: 
 
Beyt 
 
Başqaları qızılgül və yasəmən, biz isə tikan olsaq da, 
bir gülzarın pərvərdəsiyik. 
 
Bu kəmmaya, günahkar Abbasqulu Qüdsi mirzə  Məhəmməd 
xan sani oğlu, hicri 1208-ci ildə, zilhiccə ayının 4-də, pəncşənbə 
günü, 1-ci saatda (=1794-cü ildə iyun ayının 10-da) Bakının Əmir 
Hacan kəndində anadan olmuşdur. 
Məni 7 yaşımdan oxumağa qoydular, lakin vəziyyətin qarışıq-
lığı və müharibələr nəticəsində olan dəyişikliklər, məqsədin lazımi 
qədər  əldə edilməsinə mane oldu. 10 il içərisində farsca azacıq 
savaddan başqa heç bir şey qazanmadım. Bundan sonra, Qubada 
10 il ərəb dili və sair fənləri təhsil etməklə məşğul oldum. Vəsaitin 


 
253 
azlığı və sair maniə və əngəllərə baxmayaraq, mən yenə bir qədər 
təhsil almağa müvəffəq olmuşdum. Bu zaman, Qafqaz ordusu və 
vilayətlərinin fərmanfərması (baş komandanı) general Yermolov 
hicri 1235-ci (=1820) ildə, məni dəvət edib, dövləti vəzifələrdə işə 
təyin etdi. Tiflisdə rus dili və yazısını öyrəndim, bu dildə  tərcümə 
edilmiş kitablar vasitəsilə cürbəcür elmlər və müxtəlif tayfaların əh-
valı ilə tanış oldum. Vəzifə işlərilə əlaqədar olaraq və bu dövlət bö-
yüklərinin hüzurunda olmaq münasibətilə Şirvan, Ermənistan, Da-
ğıstan, Çərkəzistan və Gürcüstan vilayətlərinin bir çox yerlərini do-
landım. Anadolu və Azərbaycan şəhərlərinə də gedib böyük şəxslər 
və  əhalinin müxtəlif təbəqələrinə  mənsub adamlarla görüşdüm. 
İran və Rum (Osmanlı) dövlətlərilə olan müharibə və barışıq işlərin-
də rus əsgərlərinin fərmanfərması (baş komandanı) böyük əmir 
Paskeviçin yaxın adamlarından biri oldum. Hicri 1248-ci (=1833) 
ildə, səyahət qəsdilə səfərə çıxıb, iki il Don ölkəsini, Malorossiyanı, 
Velikorossiyanı, Lifliyandiyanı, Litvanı və Lehistanı (Polşanı) gəzdim. 
Avropa ölkələrinin təcrübəli dövlət adamları, məşhur alimləri və 
bilici sənətkarları ilə görüşdüm. Bir çox qəribə  işlər və saysız 
təəccüblü əsərlər gördüm. Hər bir ölkədə, hər bir işdə  təcrübəmi 
artırdım. Get-gedə  cəhalətim azaldı. Yavaş-yavaş  xəyalat və 
təsəvvüratımın puçluğu aydınlaşdı və gördüm ki, dünyanın yüksək 
mənsəbləri çox alçaqdır və bizim əziz saydığımız tədbirlər bir 
sərxoşun ağıl sınmasına bənzər; çünki mal və dövlət hər halda puç 
olacaq, ixtiyar və iqtidar əldən gedəcəkdir. Sənaye cürbəcür alətlə-
rə və bədən qüvvəsinə möhtacdır. Şəxsi ləyaqət olmadan, nəsəb və 
sülalə  şərafəti qürbətdə naməlum, vətəndə isə  məzəmmətə  mə-
ruzdur. Bunlara təkyə etmək mənasızdır, etibar ediləcək və arxala-
nacaq bir dövlət varsa, o da hər bir halda elm və adabdan iba-
rətdir... Bu elm və adab da zahirpərəst adamların boşboğazlıq edib, 
özləri üçün fəzilət sandıqları  mənzum kəlmələrdən və mövhumi 
(xəyali) qaydalardan ibarət deyildir. 
 
 
254
Beyt 
 
Ağlasıqmaz şeyləri deyərlər, 
Hiss olunan (ağlasığan) şeyləri isə, axtarmazlar. 
 
Bəlkə bu elm və adab, sərf olunan mərifəti, sülh və asayiş 
üçün yararlıdır.  Əsərləri vasitəsilə bir çox əsrlər boyu öz xeyir və 
mənfəətini saxlar... 
Dünyada  əsərlərin  ən möhkəmi və dayanıqlısı  təlifdir. Bunun 
fəziləti tərifə möhtac deyildir. Bunsuz nə  məişətin səpk və 
qaydaları qala bilər, nə də şəriət işləri davam edə bilər. 
 
Rübai 
 
Gözəl əsərlər yazan sənətkarın qələmi, 
Əski rəsm və ayindən yeni bir tərh yaratmazsa, 
Keçmişlərdən kim bir nişan və xəbər verə bilər, 
Və kim gələcək nəslə yadigar olaraq bir töhfə qoya bilər? 
 
Yuxarıda söylənənlərə  nəzərən, bu kəmmaya (müəllif) firsət 
zamanı vaxtlarımı cürbəcür təlifat və təsnifata sərf edərək, cüziyat-
dan başqa bir neçə nüsxə əsər yazmışam. Doğrudur, bunlardan əsl 
məqsəd ələ gəlməmişdir, lakin bu qədər kifayətdir ki, şərafətli bir 
işdə və xeyir arzusunda olmuşam. 
 
Beyt 
 
Hər kəs öz mətaını bazara aparar,  
Birisi ipək aparar, birisi iplik. 
 
1) «Riyazülqüds»dür. Azərbaycanca olub, 14 fəsildən ibarətdir... 
2) «Qanuni - Qüdsi»dir. Fars dilinin sərf və nəhvinə aiddir. Bu 
əsər elə bir yoldur ki, təhsil ölkəsinin müsafirləri bunun üç mənzilini 
keçməklə fars dilinin danışmaq və yazmaq sərhəddinə çata bilərlər. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə