Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

262.  Nümunələr:  Intizam  icraatında  açıq  məhkəmə  araşdırması  hüququndan  imtina: 



Le 

Compte, Van Leuven və De Meyere Belçikaya qarşı

, § 59; 


H. Belçikaya qarşı

, § 54. Ədalətli 

məhkəmə  araşdırması  hüququndan  birmənalı  şəkildə  imtina: 

Schuler-Zgraggen  İsveçrəyə 

qarşı

, § 58; və əksi 



Exel Çex Respublikasına qarşı

, §§ 48-53. 

 

(b)  Q

ƏRARLARIN ELAN EDILMƏSI

 

263.  Məhkəmə  orqanlarında  araşdırmanın  açıq  xarakteri  proses  iştirakçılarını  ədalət 

mühakiməsinin heç bir ictimai nəzarət olmadan gizli şəkildə həyata keçirilməsindən müdafiə 

edir (


Fazliyski Bolqarıstana qarşı

, § 69, məxfi hesab edilən məhkəmə işi ilə bağlı: pozuntu). 

Bu,  həmçinin  məhkəmələrə  qarşı  etimadın  qorunub  saxlanılması  vasitəsidir  (

Pretto  və 

digərləri İtaliyaya qarşı

, § 21). 

264.  6-cı Maddənin 1-ci bəndi "məhkəmə qərarının açıq elan edilməsini" ifadə edir, bu 

isə  qərarın  açıq  məhkəmə  iclasında  oxunulmasının  tələb  olunduğunu  güman  etməyə  əsas 

verir. Bununla belə, Məhkəmə müəyyən etdi ki, "qərarın açıqlanmasının digər vasitələri" da 

6-cı Maddənin 1-ci bəndinə uyğun ola bilər (



Moser Avstriyaya qarşı

, § 101). 

265.  Daxili  qanunvericilikdə  nəzərdə  tutulan  qərarın  açıqlanması  formalarının  6  §  1 

Maddənin mənası baxımından qərarların açıq elan edilməsi şərtinə uyğun olub-olmadığının 

müəyyən  etmək  üçün,  "hər  məhkəmə  işində  daxili  qanunvericiliyə  uyğun  olaraq  qərarın 

açıqlanma forması ... sözügedən məhkəmə proseslərinin spesifik xüsusiyyətlərinin  işığında və 

6  §  1  Maddənin  məqsədi  və  mənası  nəzərə  alınmaqla  qiymətləndirilməlidir" (

Pretto  və 

digərləri  İtaliyaya  qarşı

,  § 26,  və 



Axen  Almaniyaya  qarşı

,  § 31).  Bu  kontekstdə  6  §  1 

Maddənin  məqsədinə  -  yəni  ədalətli  məhkəmə  araşdırması  hüququna  təminat  vermək  üçün 

ictimaiyyət  tərəfindən  məhkəmə  hakimiyyətinə  nəzarətin  təmin  edilməsinə  -  ümumilikdə 

nəzərdən  keçirilməli  olan  məhkəmə  proseslərinin  gedişatında  nail  olunmalıdır  (

Axen 

Almaniyaya qarşı

, § 32).  

266.  Məhkəmə  qərarı  açıq  elan  edilmədikdə,  qərarın  yetəri  qədər  açıqlanmasının  digər 

vasitələrlə təmin edilib-edilmədiyi müəyyən olunmalıdır.  

267.  Aşağıdakı nümunələrdə  yetərli aşkarlıq məhkəmə qərarının açıq elan edilməsindən 

fərqli vasitələrlə əldə edilmişdir: 

-  Hüquqi  məsələlər  üzrə  şikayətlərin  rədd  edilməsi  ilə  bağlı  qərarlarını  açıq  elan 

etməyən  yuxarı  instansiya  məhkəmələri:  Kassasiya  Məhkəməsinin  qərarının 

çıxarılması formasının 6 § 1 Maddənin tələblərinə cavab verib-vermədiyini müəyyən 

etmək  üçün,  daxili  hüquq  sistemi  çərçivəsində  həyata  keçirilən  məhkəmə  prosesləri  

bütövlükdə  və  məhkəmənin  bu  məhkəmə  proseslərindəki  rolu  nəzərə  alınmalıdır 

(

Pretto və digərləri İtaliyaya qarşı

, § 27). 

Məhkəmə  6  §  1  Maddənin  pozuntusunu  müəyyən  etməyərkən,  bu  məhkəmələrin 

həyata keçirdiyi və hüququ məsələlərlə məhdudlaşdırılan prosedurun mərhələsinə və 

araşdırmaya, və ərizəçiyə münasibətdə hər hansı dəyişiklik olmadan, aşağı instansiya 

məhkəmələrinin  qərarlarını  qüvvədə  saxlayan  məhkəmə  qərarlarına  xüsusi  diqqət 

yetirdi. Bu mülahizələrin işığında məhkəmə müəyyən etdi ki, məhkəmə qərarının tam 

mətni  məhkəmənin  reyestrində  saxlandıqda  və  hər  kəsə  çatımlı  olduqda  (

Pretto  və 

digərləri İtaliyaya qarşı

, §§ 27-28), və  ya məhkəmə açıq şəkildə elan  edilmiş aşağı 

instansiya  məhkəməsinin  qərarını  məhkəmə  iclası  keçirmədən  qüvvədə  saxladıqda, 

qərarın açıq elan edilməsi tələbi təmin edilmiş sayılır (



Axen Almaniyaya qarşı

, § 32); 

-  Birinci  instansiya  məhkəməsi:  Məhkəmə  iş  üzrə  məhkəmə  iclası  keçirən,  lakin 

qərarını açıq şəkildə elan etməyən birinci instansiya məhkəməsinin qərarını qüvvədə 

saxlayan apellyasiya məhkəməsinin öz qərarını açıq elan etdiyi işdə pozuntu müəyyən 

etməmişdir (

Lamanna Avstriyaya qarşı

, §§ 33-34); 

52/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

-  Uşaqların  yaşayış  yerinin  müəyyən  edilməsi  ilə  bağlı  işlər:  uşaqların  və  iş  üzrə 



tərəflərin şəxsi həyatlarının gizliliyini qorumaq və ədalət mühakiməsinin maraqlarına 

xələl gətirməkdən  yayınmaq məqsədi ilə yerli hakimiyyət orqanlarının bu prosesləri 

qapalı  şəkildə  aparmaq  hüququ  olduğu  hallarda,  qərarın  açıq  elan  edilməsi  bu 

məqsədləri əhəmiyyətli dərəcədə pozacaqsa, məhkəmə qərarlarının 6-cı Maddənin 1-

ci  bəndinə  müvafiq  olaraq  açıq  elan  edilməsi  tələbi  o  halda  icra  olunur  ki,  maraq 

göstərən istənilən şəxs qərar barədə istənilən məlumatı və ya xüsusi maraq kəsb edən 

bu  qərarların  tam  mətninin  nüsxələrini  ala  bilsin,  bu  isə  ictimaiyyətə  bu  cür  işlərin 

həlli  üçün  məhkəmənin  ümumi  yanaşmalarını  və  onlara  tətbiq  olunan  prinsipləri 

öyrənməyə imkan verir (

B. və P. Birləşmiş Krallığa qarşı

, § 47).   

 

268.  Aşağıdakı  məhkəmə  işlərində  qərarın  açıq  elan  edilməməsi  pozuntuya  səbəb 



olmuşdur: 

-  valideyn  ilə  dövlət  müəssisəsi  arasında  uşağın  yaşayış  yerinin  müəyyən  edilməsi  



məsələsi ilə bağlı işdə: işdə hüquqi marağı olan şəxslərin iş materiallarına və xüsusi 

əhəmiyyətə malik olan dərc olunmuş qərarlara (əsasən apellyasiya məhkəmələrinin və 

ya  Ali  Məhkəmənin  qərarlarına)  çatımın  verilməsi  6-cı  Maddənin  1-ci  bəndinin 

açıqlıqla bağlı tələblərinə cavab vermək üçün kifayət etməmişdir (



Moser Avstriyaya 

qarşı

, §§ 102-103); 

-  birinci  və  ikinci  instansiya  məhkəmələri  qapalı  iclasda  həbsə  görə  kompensasiya 

tələbinə  qərarı  açıq  elan  etmədən  baxdıqda  və  ya  açıqlıq  digər  vasitələrlə  yetərli 

dərəcədə təmin olunmamışdırsa (



Werner Avstriyaya qarşı

, §§ 56-60). 

 

269.  Qərarın  yalnız  nəticə  hissəsinin  açıq  elan  edildiyi  hallarda:  ictimaiyyətin  qərarın 



elan  edilməyən  əsaslandırıcı  hissəsinə  digər  vasitələrlə  çatımı  olub-olmadığı  müəyyən 

edilməlidir  və  olduğu  təqdirdə,  istifadə  olunan  açıqlıq  formalarının  ictimaiyyət  tərəfindən 

nəzarət üçün kifayət edib-etməməsi araşdırılmalıdır (

Ryakib Biryukov Rusiyaya qarı

, §§ 38-


46  və  burada  qeyd  edilən  digər  istinadlar  §§ 33-36).  Ərizəçinin  tələblərinin  rədd  edilməsi 

səbəblərinə ictimaiyyətin çatımı olmadıqda, 6-cı Maddənin 1-ci bəndində güdülən məqsədə 

nail olunmur (eyni yerdə., § 45). 

 

Maddə 6 § 1 



"

Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin 

araşdırılması hüququna malikdir."  

 

3.  Məhkəmə proseslərinin müddəti 

270.  Məhkəmə  işlərinə  "ağlabatan  müddətdə"  baxılmasını  tələb  edərək,  Konvensiya 

ədalət mühakiməsinin onun effektivliliyinə və etibarlılığına xələl gətirə bilən gecikmələrə yol 

vermədən  həyata  keçirilməsinin  vacibliyini  vurğulamışdır  (

H.  Fransaya  qarşı

,  § 58; 



Katte 

Klitsche  de  la  Grange  İtaliyaya  qarşı

,  § 61).  Maddə  6  § 1  Razılığa  gələn  Dövlətlərdən 

məhkəmə  sistemlərini  elə  şəkildə  təşkil  etməyi  tələb  edir  ki,  məhkəmələr  onun  müxtəlif 

tələblərinə cavab verə bilsinlər. 

271.  Konvensiya  dəfələrlə  ədalət  mühakiməsinin  onun  effektivliliyinə  və  etibarlılığına 

xələl gətirə bilən gecikmələrə yol vermədən həyata keçirilməsinin vacibliyini qeyd etmişdir 

(

Scordino  İtaliyaya  qarşı  (№  1)

  [BP],  § 224).  Dövlət  tərəfindən  yol  verilən  pozuntuların 

məcmusu Konvensiyaya uyğun olmayan təcrübəni təşkil edir (

Bottazzi İtaliyaya qarşı

 [BP], § 

22). 

53/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə