Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə28/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

Humen  Polşaya  qarşı



  [BP],  §  66).  Ərizəçinin  davranışı  özlüyündə  hərəkətsizlik  dövrlərinə 

bəraət qazandıra bilməz. 

289.  Ərizəçinin davranışı ilə bağlı bəzi nümunələr

-  tərəflərin  öz  dəlillərini  təqdim  etmək  üçün  hazırsızlıqları  məhkəmə  prosesinin 

ləngiməsinə qəti şəkildə töhfə verə bilər (

Vernillo Fransaya qarşı

, § 34); 

-  tez-tez/təkrar vəkilin dəyişdirilməsi (

König Almaniyaya qarşı

, § 103); 

-  məhkəmə  prosesinin  aparılmasına  təsir  edən  sorğular  və  ya  hərəkətsizliklər 

(

Acquaviva Fransaya qarşı

, § 61); 

-  dostcasına həllə nail olmaq üçün cəhd (



Pizzetti İtaliyaya qarşı

 § 18; 


Laino İtaliyaya 

qarşı

 [BP] § 22); 

-  ərizənin  səhvən  bu  işə  baxmaqda  səlahiyyəti  olmayan  məhkəməyə  təqdim  edilməsi 

(

Beaumartin Fransaya qarşı

, § 33). 

 

290.  Yerli hakimiyyət orqanları cavabdehin davranışına görə məsul tutula bilməsələr də, 



tərəflərdən birinin tətbiq etdiyi ləngidici taktikalar hakimiyyət orqanlarını məhkəmə prosesini 

ağlabatan  müddətdə  aparılmasını  təmin  etmək  vəzifəsindən  azad  etmir  (



Mincheva 

Bolqarıstana qarşı

, § 68). 

 



 Səlahiyyətli hakimiyyət orqanların davranışı 



291.  Yalnız  Dövlətə  aid  gecikmələr  "ağlabatan  müddət"  tələbinin  pozulması  barədə 

nəticəyə  gətirib  çıxara  bilər  (



Buchholz  Almaniyaya  qarşı

,  § 49; 



Papageorgiou Yunanıstana 

qarşı

,  § 40; 



Humen  Polşaya  qarşı

  [BP],  § 66).  Dövlət  özünün  bütün  hakimiyyət  orqanları 

üçün - sadəcə məhkəmə orqanları deyil, bütün dövlət müəssisələri üçün cavabdehdir(

Martins 

Moreira Portuqaliyaya qarşı

, § 60). 

292.   Hətta  prossesual  təşəbbüsün  tərəflərə  aid  olması  prinsipinin  tətbiq  edildiyi  hüquq 

sistemlərində belə, tərəflərin münasibəti məhkəmələri 6 § 1 Maddənin tələb etdiyi operativ  

məhkəmə  araşdırmasını  təmin  etmək  öhdəliyindən  azad  etmir  (

Pafitis  və  digərləri 

Yunanıstana qarşı

, § 93; 


Tierce San Marinoya qarşı

, § 31; 


Sürmeli Almaniyaya qarşı

 [BP], 


§ 129). 

293.  Eyni  hal  proses  zamanı  ekspertin  xidməti  zəruri  olduqda  tətbiq  olunur:  işin 

hazırlanmasına  və  tezliklə  məhkəmə  araşdırmasının  aparılmasına  görə  hakim  məsuliyyət 

daşıyır  (



Capuano  İtaliyaya  qarşı

,  §§ 30-31; 



Versini  Fransaya  qarşı

,  § 29; 

Sürmeli 

Almaniyaya qarşı

 [BP], § 129). 

294.  Məhz  Razılığa  gələn  Dövlətlər  öz  məhkəmə  sistemlərini  elə  təşkil  etməlidirlər  ki, 

məhkəmələr  hər  kəsin  mülki  hüquq  və  vəzifələri  ilə  bağlı  mübahisələr  üzrə  ağlabatan 

müddətdə yekun qərar əldə etmək hüququna təminat verə bilsinlər (

Scordino İtaliyaya qarşı 

(№ 1)

 [BP], § 183, və 



Sürmeli Almaniyaya qarşı

 [BP], § 129). 

295.  Bu öhdəlik həm də Konstitusiya Məhkəməsinə tətbiq edilsə də, o, adi məhkəmə üçün 

olduğu  kimi  eyni  qaydada  şərh  edilə  bilməz.  Konstitusiyanın  təminatçısı  kimi  onun  rolu 

işlərin siyahıya daxil olduğu xronoloji ardıcıllıqdan savayı, məsələn, işin xarakteri və onun 

siyasi  və  ictimai  şərtlərdə  əhəmiyyəti  kimi  digər  halların  bəzən  nəzərə  alınmasını 

Konstitusiya Məhkəməsi üçün xüsusilə zəruri edir (müqayisə et 

Süßmann Almaniyaya qarşı

 

[BP],  §§ 56-58; 



Voggenreiter  Almaniyaya  qarşı

,  §§ 51-52; 



Oršuš  və  digərləri  Xorvatiyaya 

qarşı

  [BP],  § 109).  Bundan  əlavə,  6-cı  Maddə  məhkəmə  proseslərinin  operativ  şəkildə 

aparılmasını  tələb  etsə  də,  daha  ümumi  prinsip  olan  ədalət  mühakiməsinin  düzgün  şəkildə 

həyata  keçirilməsini  də  vurğulayır  (



Von  Maltzan  və  digərləri  Almaniyaya  qarşı

  (qərardad) 

[BP],  § 132).  Bununla  belə  xroniki  həddən  artıq  iş  yükü  məhkəmə  proseslərinin  uzun 

müddətinə bəraət qazandıra bilməz (



Probstmeier Almaniyaya qarşı

, § 64). 

56/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

296. Ağlabatan  müddətdə  yekun  qərar  əldə  etmək  hüququna  təminat  verəcək  məhkəmə 



sistemlərini məhz üzv Dövlətlər təşkil etməli olduqlarından, həddən çox iş yükü nəzərə alına 

bilməz  (



Vocaturo  İtaliyaya  qarşı

,  § 17; 



Cappello  İtaliyaya  qarşı

,  § 17).  Bununla  belə, 

müvəqqəti  iş  yükü  Dövlətin  məsuliyyətini  yaratmır,  bir  şərtlə  ki,  Dövlət  bu  cür  müstəsna 

vəziyyəti  aradan  qaldırmaq  üçün  kifayət  qədər  cəld  tədbirlər  görmüşdür  (



Buchholz 

Almaniyaya  qarşı

,  § 51).  Müvəqqəti  həll  yolu  olan  metodlara  işlərə  nəinki  onların  alındığı 

tarixlər  əsasında,  həm  də  onların  aktuallığına  və  əhəmiyyət  dərəcəsinə  əsasən,  xüsusilə  də 

maraqlı  şəxslər  üçün  təhlükə  altında  olanlara  baxılması  daxildir.  Bununla  belə,  bu  cür 

vəziyyət  davam  edərsə  və  struktur  təşkilat  problemi  halına  gələrsə,  bu  cür  metodlar  artıq 

yetərli deyil və dövlət təsirli tədbirlərin alınmasını təmin etməlidir (



Zimmermann və Steiner 

İsveçrəyə qarşı

, § 29; 


Guincho Portuqaliyaya qarşı

, § 40). Bu cür gecikmə hallarının geniş 

yayılmış olması faktı məhkəmə prosesinin həddən artıq uzun müddətini əsaslandırmır (

Unión 

Alimentaria Sanders S.A. İspaniyaya qarşı

, § 40). 

297. Bundan  əlavə,  məhkəmə  işlərinin  araşdırılmasının  sürətləndirilməsinə  yönələn 

islahatın başlanması gecikmələrə bəraət qazandıra bilməz; çünki dövlətlər bu cür tədbirlərin 

qüvvəyə minməsini və həyata keçirilməsini elə təşkil etməlidirlər ki, həllini gözləyən işlərin 

araşdırılması  gecikməsin  (



Fisanotti  İtaliyaya  qarşı

,  § 22).  Bu  baxımdan  həddən  artıq  uzun 

çəkən məhkəmə prosesləri ilə bağlı problemin qarşısını almaq və ya dəymiş ziyanın əvəzini 

ödəmək  məqsədilə  üzv  Dövlət  tərəfindən  təmin  edilən  ölkədaxili  hüquqi  müdafiə 

vasitələrinin kafiliyi və ya qeyri-kafiliyi, Məhkəmə tərəfindən müəyyən olunmuş prinsiplərin 

işığında qiymətləndirilməlidir (



Scordino İtaliyaya qarşı (№ 1)

 [BP], § 178 və sonrakı bəndlər 

və § 223). 

298.  Ərizəçinin  əqli  vəziyyətinin  müəyyən  edilməsi  ilə  bağlı  həddən  artıq  məhkəmə 

fəaliyyətinin həyata keçirildiyi işdə, Dövlət ağlabatan müddət tələbinə əməl etmədiyinə görə 

məsuliyyət daşımışdır. Milli məhkəmələr ərizəçinin normal əqli vəziyyətini təsdiq edən beş 

ekspert  rəyinin  olmasına  və  qəyyumluq  orqanlarının  iki  ərizəsinin  təmin  edilməsindən 

imtinanın mövcud olmasına baxmayaraq, bu barədə şübhələrini davam etdirmişdilər; bundan 

başqa, iddia doqquz ildən çox müddətdə davam etmişdi (

Bock Almaniyaya qarşı

, § 47). 

299. Vəkillər  Kollegiyasının  üzvlərinin  tətili  özlüyündə  Razılığa  gələn  Dövlətin 

"ağlabatan müddət" tələbi ilə bağlı məsuliyyət daşımasına səbəb ola bilməz; lakin Dövlətin 

bunun  nəticəsində  yaranmış  istənilən  gecikməni  azaltmaq  üçün  etdiyi  səylər  tələbə  əməl 

edilib-edilməməsinin  müəyyən  edilməsi  məqsədilə  nəzərə  alınmalıdır  (



Papageorgiou 

Yunanıstana qarşı

, § 47). 

300.  İşə  baxan  hakimlərin  təkrar  dəyişməsi  məhkəmə  prosesini  ləngidir,  çünki 

hakimlərdən  hər  biri  məhkəmə  araşdırmasından  əvvəl  işlə  tanış  olmalıdır;  bu,  Dövləti 

ağlabatan  müddət  tələbi  ilə  bağlı  öhdəliklərdən  azad  etmir,  çünki  ədalət  mühakiməsinin 

lazımi şəkildə təşkil edilməsini təmin etmək Dövlətin vəzifəsidir (



Lechner və Hess Avstriyaya 

qarşı

, § 58). 

 



 Mübahisənin predmeti 



301.  Xüsusi tezliklə baxılması tələb olunan işlərin kateqoriyalarına dair nümunələr: 

-  Mülki  status  və  fəaliyyət  qabiliyyəti  ilə  bağlı  işlərə  xüsusi  əhəmiyyət  göstərilməsi 

tələb olunur (

Bock Almaniyaya qarşı

, § 49; 


Laino İtaliyaya qarşı

 [BP], § 18; 



Mikulić 

Xorvatiyaya qarşı

, § 44); 

-  Uşağa  qəyyumluqla  bağlı  işlərə  tez  zamanda  baxılmalıdır  (

Hokkanen  Finlandiyaya 

qarşı

,  § 72; 



Niederböster  Almaniyaya  qarşı

,  § 39),  xüsusilə  də  müddətin  keçməsi 

valideyn-uşaq münasibətləri üçün geri dönüşü olmayan nəticələrə gətirib çıxara bilər 

(

Tsikakis  Almaniyaya  qarşı

,  §§ 64  &  68)  -  oxşar  şəkildə,  valideyn  məsuliyyəti  və 

57/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə