Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

də həmin dəlillərin mövcudluğu, məzmunu və həqiqiliyi haqqında müvafiq şəkildə və 



müvafiq  zamanda  (

Krčmář  və  digərləri  Çex  Respublikasına  qarşı

,  § 42; 



Immeubles 

Groupe Kosser Fransaya

, § 26), zərurət olduqda möhlət alaraq (



Yvon Fransaya qarşı

 

§ 39), şərh vermək imkanına malik olmalıdırlar;   



-  Tərəflər iddia tələblərinin təmin olunması üçün zəruri olan istənilən sübutları təqdim  

etmək imkanına malik olmalıdır (



Clinique des Acacias və digərləri Fransaya qarşı

§ 37); 



-  Məhkəmənin özü çəkişmə prinsipinə riayət etməlidir, məsələn hüquq məsələləri üzrə 

şikayət  etmək  hüququ  məhkəmənin  öz  təşəbbüsü  ilə  irəli  sürdüyü  qəbul  edilənlik 

meyarlarına  görə  itirilmiş  heab  edilmişdir  (

Clinique  des  Acacias  və  digərləri 

Fransaya  qarşı

,  § 38;  müqayisə  et: 



Andret  və  digərləri  Fransaya  qarşı

  (qərardad), 

qəbul edilməz: bu sonuncu məhkəmə işində Kassasiya Məhkəməsi tərəflərə məlumat 

vermişdir  ki,  yeni  arqumentlər  irəli  sürülə  bilərdi  və  ərizəçilər  qərarı  elan  etmiş 

Kassasiya Məhkəməsi qarşısında çıxış etmək imkanına malik idilər); 

-  Digər  tərəfin  təqdim  etdiyi  sənədə  və  ya  şahid  ifadələrinə  münasibətdə  şərh  verib-

verməmək  qərarını  tərəflər  verir.  Tərəflərin  ədalət  mühakiməsinin  həyata 

keçirilməsinə etimadı onların iş materiallarında olan hər sənəd üzrə (məhkəmənin öz 

təşəbbüsü  ilə  əldə  etdiyi  sənədlər  daxil  olmaqla: 

K.S.  Finlandiyaya  qarşı

,§  22)  öz 

fikirlərini bildirmək imkanına malik olduqlarını bilmələrinə əsaslanır (



Nideröst-Huber 

İsveçrəyə qarşı

, § 29; 


Pellegrini İtaliyaya qarşı

, § 45). 

 

220.  Aşağıdakı  sənədlərin  və  sübutların  açıqlanmaması  nəticəsində  çəkişməli 



məhkəmə hüququnun pozulmasına dair nümunələr: 

-  uşağın  yerləşdirilməsi  ilə  bağlı  məhkəmə  prosesində,  uşaq  haqqında  məlumatlar  və 

işin  keçmişi  ilə  əlaqədar  detalları  ehtiva  edən  və  tövsiyələr  olan  sosial  xidmətin 

hesabatları,  baxmayaraq  ki,  valideynlər  məhkəmə  prosesi  zamanı  onların  məzmunu 

barədə məlumatlandırılmışdılar (

McMichael Birləşmiş Krallığa qarşı

, § 80); 

-  prokurorun  təqdim  etdiyi  sübutlar  -  hər  şeydən  əvvəl  statusunun  ona  verdiyi 

səlahiyyətdən  istifadə  edərək,  məhkəmə  qərarının  müvafiq  şəxsin  əleyhinə 

dəyişməsinə  təsir  edə  bildiyindən,  "tərəf"  olub-olmamasından  asılı  olmayaraq 

(

Ferreira Alves Portuqaliyaya qarşı (№ 3)

, §§ 36-39); 

-  aşağı  instansiya  məhkəməsinin  apellyasiya  məhkəməsinə  sözügedən  məhkəmənin 

qərarına təsir etmək məqsədilə göndərdiyi qeydlər, bu qeydlər hər hansı yeni faktlar 

və  ya  arqumentlər  nəzərdə  tutmasa  da    (



Ferreira  Alves  Portuqaliyaya  qarşı  (№  3)

§ 41); 



-  hakimlərin bilavasitə əldə etdiyi və işin mahiyyəti üzrə əsaslandırılmış rəyləri ehtiva 

edən sənədlər (



K.S. Finlandiyaya qarşı

, §§ 23-24). 

 

221.  Məhdudiyyət: çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi 



sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (

Hudakova və digərləri 

Slovakiyaya  qarşı

,  §§  26-27).  Çəkişmə  prinsipi  hər  bir  tərəfin  həm  də  məhkəməyə  təqdim 

edilməyən  sənədləri  qarşı  tərəfə  verməyi  tələb  etmir  (

Yvon  Fransaya  qarşı

,  § 38).  O, 

həmçinin  işin  nəticəsinə  təsir  edə  bilməyən  memorandumun  təqdim  edilməsini  tələb  etmir 

(

Asnar Fransaya qarşı (№ 2)

, § 26). 

 

 



 

44/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

e) T



ƏRƏFLƏRIN BƏRABƏRLIYI

 

222.  “Tərəflərin  bərabərliyi"  prinsipi  ədalətli  məhkəmə  araşdırması  anlayışının  geniş 

mənasının tərkib hissəsidir. "Tərəflərin bərabərliyi" tələbi tərəflər arasında "ədalətli balans

mənasında  prinsipcə  həm  mülki,  həm  də  cinayət  işlərinə  tətbiq  olunur  (



Feldbrugge 

Hollandiyaya qarşı

, § 44). 

223.  MəzmunTərəflər arasında “ədalətli balansın” saxlanılması: tərəflərin bərabərliyi 

prinsipi hər bir tərəfə öz işini – o cümlədən sübutlarını – onu digər tərəf qarşısında əlverişsiz 

vəziyyətə  salmayan  şərtlər  altında  təqdim  etmək  üçün  ağlabatan  imkanın  təmin  edilməsini 

nəzərdə tutur (



Dombo Beheer B.V. Hollandiyaya qarşı

, § 33): 

-  Bir  tərəfin  digər  tərəfin  xəbəri  və  şərh  vermək  imkanı  olmadan  məhkəməyə 

təqdimatlarını  verməsi  qəbul  edilmir.  Qarşı  tərəfin  təqdimatlarına  reaksiya  verib-

verməməyi yalnız tərəflər qiymətləndirə bilərlər (

APEH Üldözötteinek Szövetsége və 

digərləri Macarıstana qarşı

, § 42); 

-  Bununla  belə,  əgər  məhkəməyə  təqdim  edilən  müşahidələr  tərəflərdən  heç  birinə 

bildirilməmişsə,  bu  halda  tərəflərin  bərabərliyi  deyil,  daha  çox  geniş  mənada 

məhkəmə  araşdırmasının  ədalətliliyi  pozulacaq  (

Nideröst-Huber  İsveçrəyə  qarşı

, 

§§ 23-24; 



Clinique des Acacias və digərləri Fransaya qarşı

, §§ 36-37). 

 

224.  Tərəflərin  bərabərliyi  prinsipinə  riayət  olunmadığı  hallara  dair  nümunələr: 



Aşağıdakı məhkəmə işlərində tərəflərdən biri açıq-aydın əlverişsiz vəziyyətdə olduğu üçün 

tərəflərin bərabərliyi prinsipi pozulmuşdur: 

-  Tərəflərdən  birinin  apellyasiya  şikayəti  digər  tərəfə  təqdim  edilməmişdi,  nəticə 

etibarilə onun cavab təqdim etmək imkanı olmamışdır (



Beer Avstriyaya qarşı

, § 19); 

-  Müddətin  axımının  dayandırılması  yalnız  tərəflərdən  birinə  münasibətdə  tətbiq 

olunmuşdur,  bununla  da  digər  tərəf  əlverişsiz  vəziyyətə  düşmüşdür  (



Platakou 

Yunanısatana qarşı

, § 48; 


Wynen Belçikaya qarşı

, § 32); 

-  İki əsas şahiddən yalnız birinin dinlənilməsinə icazə verilmişdir (

Dombo Beheer B.V. 

Hollandiyaya qarşı

§§ 34-35); 

-  Qarşı  tərəf  müvafiq  məlumatlara  çatım  baxımından  əhəmiyyətli  üstünlüyə  malik 

olmuşdur,  məhkəmə  prosesində  dominant  mövqe  tutmuşdur  və  məhkəmənin 

qiymətləndirməsinə əhəmiyyətli təsirə malik idi (



Yvon Fransaya qarşı

, § 37); 

-  Qarşı  tərəf  onu  üstün  mövqeyə  gətirən  vəzifəyə  və  ya  mövqeyə  malik  idi,  və 

məhkəmə, digər tərəfə müvafiq sənədləri və ya şahid ifadələrini təqdim etməyə icazə 

verməyərək,  onun  qarşı  tərəfə  ciddi  şəkildə  etiraz  etməsinə  çətinlik  törətmişdi  (



De 

Haes və Gijsels Belçikaya qarşı

, §§ 54 və 58); 

-  İnzibati məhkəmə prosesində inzibati orqanın təqdim etdiyi əsaslar ərizəçi tərəfindən 

onların qiymətləndirilməsinin mübahisələndirilməsi üçün çox qısa və ümumi idi; və 

məhkəmələr  əslində  ərizəçiyə  öz  işini  müdafiə  etmək  üçün  arqumentlərini  təqdim 

etməyə icazə verməmişdi (

Hentrich Fransaya qarşı

, § 56); 

-  Tərəflərdən birinin hüquqi yardımla təmin edilməməsi onu məhkəmədə daha yüksək 

maddi  imkanlara  malik  bir  rəqib  qarşısında  öz  işini  səmərəli  şəkildə  təqdim  etmək 

imkanından məhrum etmişdir (

Steel və Morris Birləşmiş Krallığa qarşı

, § 72); 



Martinie Fransaya qarşı

 [BP] iş üzrə qərarında (§ 50) Məhkəmə hesab etdi ki, Audit 

Məhkəmə  prosesində  Dövlət  Müşavirinin  mövqeyinə  münasibətdə  iddiaçıların 

zərərinə disbalans mövcud idi: digər tərəfdən fərqli olaraq Dövlət Müşaviri məhkəmə 

iclasında  olmuş,  məruzəçi  hakimin  rəyi  barədə  məlumatlandırılmış,  sonuncunun 

təqdimatlarını məhkəmə iclasında dinləmiş, məhkəmə proseslərində tam iştirak etmiş 

45/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə