GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə4/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   2   3   4   5   6   7   8   9   ...   112
Avtoservis - 2010 a

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


10 
1. FƏRDİ İSTİFADƏ AVTOMOBİLLƏRİNİN TEXNİKİ 
QULLUQ VƏ TƏMİR SİSTEMİ 
1.1. TEXNİKİ XİDMƏT STANSİYASININ
TƏYİNATI VƏ FUNKSİYASI 
 
Avtoservis müəssisəsi
1
(texniki xidmət stansiyası 

TXS) 
istismar olunan avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət 
üçün nəzərdə tutulur. 
Avtoservis müəssisəsi avtomobil nəqliyyatı hərəkət 
tərkibinin TQ və təmiri üzrə istehsalat funksiyalarını yerinə yetirir.
Təcrübə göstərir ki, istehsalatın səmərəsi ilk növbədə, onun 
iriləşdirilməsi hesabına yox, daha çox istehsalatı çevik, yəni 
avtomobillərin TQ və cari təmirinin iş növlərini müasir tələblərə tez 
uyğunlaşdırmaq qabiliyyəti ilə müəyyən olunur. Çevik istehsalatın 
qurulması isə avtoservis müəssisəsinin yeni, daha effektiv texnika 
və avadanlıqla təchiz edilməsi, əl əməyinin payının azaldılması 
hesabına mümkündür. 
Avtoservis müəssisəsinin istehsalat gücünü müəyyən edən 
əsas amillər işçi postların sayı, xidmət olunacaq hərəkət tərkbinin 
sayı və onların mövcud texniki vəziyyətidir. Məsələn, şərti 
avtoservis müəssisəsi 13 işçi post ilə ildə təqribən 1200 ... 1500 
avtomobilə xidmət edir. Müəssisədə istehsalat zona və sahələri 
müasir texnoloji avadanlıqla qismən təchiz olunmuşdur. İşçilərin 
əmək şəraitinin tələb olunan səviyyədə olması üçün sanitar-
gigiyenik normalara və istehsalat prosesi tələblərinə əməl olunur. 
Lakin təhlil göstərir ki, bu sahədə əlavə tədbirlərin görülməsinə 
ehtiyac var. Avtoservis müəssisəsinin fəaliyyətinin müasir tələblərə 
cavab verən, daha yüksək səviyyəyə çatdırılması və texnoloji layihə 
sənədlərinin hazırlanması məqsədi ilə iş aparılmalıdır. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə