GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə5/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   2   3   4   5   6   7   8   9   ...   112
Avtoservis - 2010 a

 
 
 
 
 
1
Kitabda əsasən avtoservis müəssisələrinin ən geniş növü olan TXS-lər 
əhatə olunmuşdur 


11 
1.2. МİNİK AVTOMOBİLLƏRİNİN TEXNİKİ QULLUQ 
VƏ TƏMİR SİSTEMİNİN STRUKTURU VƏ MƏZMUNU 
 
TQ və təmir sistemi, bu sistemə daxil olan məmulatların 
keyfiyyətini tələb olunan səviyyədə saxlamaq və bərpa etmək üçün 
lazım olan qarşılıqlı əlaqəli vasitələrin, sənədlərin və icraçıların 
məcmusudur. Minik avtomobillərinin TQ və təmir sistemi onların 
istismarının 
fərqləndirici 
xüsusiyyətlərini 
və 
avtomobil 
sahiblərinin hüquqlarını nəzərə almaqla formalaşır və avtomobil 
nəqliyyatı hərəkət tərkibinin ölkədə qəbul edilmiş TQ və təmir 
sisteminə əsaslanır. 
Avtomobil yüksək təhlükə mənbəyidir. Buna görə də 
qüvvədə olan qanunvericiliyə görə avtomobil sahibi ona mənsub 
olan nəqliyyat vasitələrinin texniki vəziyyətinə və istismarına tam 
məsuliyyət daşıyır. Avtomobillərin texniki saz vəziyyətdə 
saxlanması vaxtında TQ və təmir işlərinin aparılması ilə təmin 
olunur. Minik avtomobillərinin TQ və cari təmir (CT) işləri 
avtoservis müəssisələrinin ən geniş yayılmış növü olan 
avtomobillərin texniki xidmət stansiyalarında
yerinə yetirilir. TXS-
lər öz təyinatına, tabeçiliyinə və digər əlamətlərə görə müxtəlif ola 
bilər, lakin onlar yerinə yetirdikləri işlərin həcminə və keyfiyyətinə 
cavabdehdirlər. 
Minik avtomobillərinin TQ və təmir sistemi strukturuna əsas 
elementlər, sənədlər və işlərin məzmununu müəyyən edən 
məlumatlar aiddir (şəkil 1.1). 
Avtomobil istehsal mərhələsindən silinənə qədər periodik 
olaraq texniki təsirlərin üç kompleksinə məruz qalır: 

satışdan qabaq hazırlıq zamanı TQ və CT; 

istismarın təminatlı dövründə TQ və CT; 

təminatlı dövrdən sonra istismar zamanı TQ və CT. 
Avtomobillərin texniki istismarının hər bir göstərilən 
dövründə işlərin yerinə yetirilməsi haqqında əsas müddəalar, 
normativlər, işlərin siyahısı və yerinə yetirilmə şərtləri, avtomobil 
sahibləri ilə TXS arasında qarşılıqlı öhdəliklər müvafiq sənədlərdə 
öz əksini tapır. 


12 
Şəkil 1.1. Minik avtomobillərinin texniki xidmət sisteminin 
strukturu və məzmunu 
* burada: 1 − avtomobillərin yuyulması; 2 − təminatlı xidmət; 
3 − TQ; 4 − CT; 5 − avtomobillərin hazırlanması və texniki baxışın 
keçirilməsi; 6 − avtomobillərin və ehtiyat hissələrin satışı; 7 − 
texniki istismar üzrə məsləhətlərin verilməsi; 8 − kuzovun 
korroziyadan qorunması; 9 − satışdan qabaq hazırlıq; 10 − yollarda 
texniki kömək göstərilməsi; 11 – diaqnostika; 12 − aqreqatların 
əsaslı təmiri. 


13 
İstehsalçı-zavodlar öz məhsullarının (avtomobillərin və s.) 
keyfiyyətinə məsuliyyət daşıyırlar və məhsulun daha da 
təkmilləşdirilməsi üçün istismarçılardan (texniki istismar 
sahəsindən) obyektiv informasiya almağa maraqlıdırlar. Buna görə 
də satışdan qabaq hazırlıq və təminatlı istismar dövründə mümkün 
ola biləcək xərclər, adətən, avtomobilin satış qiymətinə daxil edilir. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə