isə müvəqqəti saxlama registrindən (bufer registrindən) götürülür. Axırıncı operand
istənilən ümumi təyinatlı registrin məzmunundan və ya
H və L registrlər çütünün
unvanlaşdırdığı yaddaş yuvasından yüklənə bilər. O 8 bitli daxili şin vasitəsilə yuklənirki,
bu da əmrin yerinə yetirilmə dövrünün bir hissəsidir.
Onluq korreksiya sxemi
xüsusi əmrlə qoşulur və ikilik
hesablamadan istifadə edən
HMQ-na hesabi əməllərin ikilik – onluq kolaşdırmaya uyıun cəmləməni həyata
kecirməsinə imkan verir
Əmr sistemləri.
Prosessorun əmrləri 3 ümumi növə ayrılırlar.
Birinci növ əmrlərə
prosessorun reqistrləri ilə yaddaş arasında verilənlərin ötürülməsi
əmrləridir. Belə əmrlərə - yüklənmə əmrləri (Load), qoruma (Store), göndərmə (Move) və
ötürmə (Transfer) aiddir. Prosessorun yaddaş kartında registrlər çoxdur. Hər hansı baytın
ötürülməsi üçün xüsusi əməliyat kodu tələb olunur və bu səbəbdən əmr sistemində çoxlu
bu tip əmrlər var. Proqramlarda belə əmrlərə ümumi işin 75% -i düşür.
İkinci növ əmrlərə
elə əmrlər aiddir ki, onlar akkumlyatorda operandların emalını
yerinə yetirsinlər. Onlar hesabi və məntiqi əməliyyatları yerinı
yetirirlər və həmçinin
sürüşmə, inkrement, atılma və əlavə əməliyyatlarını təmin edirlər.
Dostları ilə paylaş: