Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə23/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   113

hallarda iş vaxtının ayda əvəzi ödənilmədən 5 saatdan çox 

artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna əlavə 

haqq ödənilməlidir, 

Dövlət  qulluqçusuna  ildə  bir  dəfə  30  təqvim  günü 

qədər haqqı ödənilən məzuniyyət verilir. Uzun illər işləməyə 

görə  haqqı  ödənilən  əlavə  məzuniyyət  aşağıdakı  qaydada 

verilir: 

-

 



5 ildən 10 ilədək əmək stajına görə - 2 təqvim 

günü; 


-

 

10 ildən 5 ilədək əmək stajına görə - 4 təqvim 



günü; 

-

 



15 ildən çox qulluğa görə - 6 təqvim günü; 

Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu 

aşağıdakılarla təmin olunur: 

-

 



mehmanxanada  və  xidməti  yaşayış  sahələrində 

yer,  altı  aydan  çox  müddətə  ezamiyyətə  göndəriləndə  isə 

ayrıca xidməti mənzil sahəsi; 

-

 



iş yeri, rabitə sahələrindən istifadə etmək imkanı; 

-

 



digər  zəruri  texniki  xidmətlər  və  sosial-məişət 

xidmətləri  o  cümlədən  onu  göndərən  orqanın  vəsaiti 

hesabına xidmətlər; 

Müvəqqəti  olaraq  başqa  yerə  qulluğa  keçirilən 

dövlət  qulluqçusunun  ailəsini  özü  ilə  aparmağa  ixtiyarı 

vardır.  Ona  müəyyən  edilmiş  yaşayış  normalarına  uyğun 

gələn  məişət  ləvazimatı  ilə  komplektləşdirilmiş  xidməti 

mənzil verilir. Habelə əvvəl işlədiyi yerdəki yaşayış sahəsi 

saxlanılır.  Dövlət  qulluqçusunun  ailə  üzvlərini  işə  və  ya 

təhsil  müəssisələrinə  düzəltməkdə  kömək  göstərilir. 

Məktəbəqədər  uşaq  müəssisələrində  yer  verilir  və  lazım 

gəldikdə  onu  göndərən  orqanın  vəsaiti  hesabına  haqqı 

ödənilən tibbi 

-

82




 

xidmət  göstərilir.  Müvəqqəti  olaraq  başqa  yerə  qulluğa 

keçirilməklə  bağlı  olan  başqa  məsələlər  Azərbaycan 

Respublikasının əmək məcəlləsi ilə tənzim olunur. 

Yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək 

münasibətləri  “Dövlət  qulluğu  haqqında”  Azərbaycan 

Respublikası Qanunun tələbləri nəzərə almaqla Azərbaycan 

Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. 



Dövlət  qulluqçularına  ixtisas  dərəcələrinin 

verilməsi.  Dövlət  qulluqçusunun  ixtisas  dərəcəsi  onun 

ixtisas səviyyəsini göstərir. Onun tuta bildiyi dövlət qulluğu 

növlərinin  və  dövlət  vəzifələrinin  təsnifat  siyahısı 

müəyyənləşdirilir, dövlət qulluqçusuna vəzifə maaşına əlavə 

haqq  almaq  və  sosial  təminatdan  istifadə  etmək  hüququ 

verilir. 

İxtisas  dərəcəsi  nəzərdə  tutulan  inzibati  vəzifənin 

təsnifatına uyğun müəyyən edilir. 

-

 

həqiqi dövlət müşaviri



-1, II və III dərəcəli dövlət müşavirləri; 

-

 



dövlət qulluğunun baş müşaviri

-

 



dövlət  qulluğu  müşaviri,  dövlət  qulluğunun  kiçik 

müşaviri, dövlət qulluğunun I dərəcə referenti; 

-

 

dövlət  qulluğunun  II  və  III  dərəcə  referentləri, 



dövlət qulluğunun kiçik referenti. 

İxtisas  dərəcəsi  dövlət  qulluqçusunun  ixtisasına, 

tutduğu  vəzifəyə  və  qulluq  stajına  uyğun  olaraq,  habelə, 

əvvəllər  verilmiş  dərəcə  nəzərə  alınmaqla  ardıcıl  qayda  da 

verilir. 

Dövlət qulluğunun kiçik müşaviri, dövlət qulluğunun 

I dərəcəli referenti ixtisas dərəcələrində qalmaq müddəti 3 il, 

dövlət qulluğunun II və III dərəcəli referentləri. 



-

83




dövlət  qulluğunun  kiçik  referenti  ixtisas  dərəcələrində 

qalmaq  müddəti  isə  2  ildir.  Başqa  ixtisas  dərəcələrində 

qalmaq  müddətləri  müəyyən  edilmir.  İxtisas  dərəcəsinin 

vaxtından  əvvəl  verilməsi  dövlət  qulluqçusu  daha  yüksək 

təsnifat üzrə vəzifəyə təyin edildikdə mümkündür. 

Dövlət  qulluğunun  kiçik  refereritindən  dövlət 

qulluğu 

müşavirinədək 

ixtisas 

dərəcələri 

dövlət 

qulluqçusunun şəxsi ərizəsi əsasında verilir. Ərizəyə ixtisas 



dərəcəsi xahiş edilən ixtisas dərəcəsindən aşağı olmayan iki 

dövlət  qulluqçusunun  zəmanəti,  habelə  iddiaçının  təhsilini 

təsdiq edən sənədlər və onun xidməti vəsiqəsi əlavə edilir. 

İxtisas  dərəcələrinin  verilməsi  qaydası  Azərbaycan 

Respublikasının  müvafiq  qanunvericilik,  icra  və  məhkəmə 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

III  dərəcə  dövlət  müşaviri  və  ondan  yuxarı  olan 

ixtisas 


dərəcələri 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının  109-cu  maddəsinin  24-cü  və  32-ci 

bəndlərində nəzərdə tutulmuş qaydalarda verilir. Bu ixtisas 

dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və 

vəsiqə verilir. 

İstefada olan dövlət qulluqçusu ona verilmiş ixtisas 

dərəcəsini saxlayır. 

§4.6. Dövlət qulluqçularının attestasiyası, 

dövlət qulluğunda irəli çəkilmə

dövlət qulluğuna xitam verilməsi 

İnzibatı  və  yaradıcı  vəzifələri  tutan  hər  bir  dövlət 

qulluqçusu  beş  ildə  bir  dəfədən  çox  olmayaraq 

attestasiyadan keçirilməlidir. Attestasiya kollegial, obyektiv 

surətdə müstəqil mütəxəssislərin cəlb edilməsi ilə keçirilir. 

Attestasiya 



-

84




komissiyasının  tərkibini  və  attestasiyanın  nəticələrini 

müvafiq  dövlət  qulluğunu  idarəetmə  orqanı  təsdiq  edir. 

Dövlət qulluqçunun tutduğu vəzifəyə keçirilməsi və ya azad 

edilməsi məsələsi qoyulur. 

Attestasiya zamanı dövlət qulluqçusunun peşəkarlıq, 

işgüzarlıq və mənəvi keyfiyyətləri qiymətləndirilir və onun 

tutduğu  vəzifəyə  uyğun  gəlib-gəlmədiyi  barədə  nəticə 

çıxarılır. 

Attestasiya ümumi kadr potensiallarının aşkara 

çıxarılmasına və dövlət orqanının funksional təyinatının 

optimal surətdə təmin edilməsinə kömək göstərməlidir. 

Attestasiyanın əsas məqsədləri aşağıdakılardır: -Dövlət 

qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin 

müəyyənləşdirilməsi; 

-İşçinin  potensial  imkanlarından  istifadə  etmək 

mümkünlüyünün  aşkara  çıxarılması,  onun  peşə  səriştəliyi- 

nin stimullaşdırılması; 

-Qulluqçunun 

ixtisasının, 

peşə 


hazırlığının 

yüksəldilməsinə  və  ya  təkrar  hazırlıq  keçməsinə  zərurət 

dərəcəsinin müəyyənləşdirilməsi; 

-Kadrların  irəli  çəkilməsinin  uzun  müddətli  planı 

tərtib  etmək  imkanını  təmin  edilməsi,  habelə  dövlət 

qulluqçusunun vaxtında vəzifədən azad edilməsi və ya daha 

aşağı ixtisaslı işə keçirilməsi. 

Attestasiyanın  keçirilməsinin  konkret  müddətləri, 

habelə  cədvəli  müvafiq  dövlət  qulluğunu  idarəetmə  orqanı 

tərəfindən  təsdiq  edilir  və  attestasiyanın  başlanmasına  ən 

geci  1  ay  qalmış  attestasiyadan  keçən  işçilərin  nəzərinə 

çatdırılır.  Tutduğu  vəzifədə  bir  ildən  az  işləmiş  dövlət 

qulluqçuları, stajçılar növbəti attestasiyadan keçməli deyil 

85 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə