Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə


§4.5. Dövlət qulluğuna qəbul



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə22/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   113

§4.5. Dövlət qulluğuna qəbul 

Azərbaycan  Respublikasının  16  yaşına  çatmış, 

irqindən,  milliyyətindən,  dilindən,  cinsindən,  sosial 

mənşəyindən,  əmlak  vəziyyətindən,  yaşayış  yerindən,  dinə 

münasibətindən,  əqidəsindən,  ictimai  və  digər  birliklərə 

mənsubiyyətindən  asılı  olmayaraq,  müvafiq  vəzifənin 

tələblərinə uyğun peşə hazırlığına malik olan vətəndaşların 

dövlət qulluğuna girmək hüququ vardır; 

■ Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda 

götürülə bilməz; 

-onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya 

məhdud  fəaliyyət  qabiliyyətinə  malik  olması  məhkəmənin 

qərarı ilə təsdiq edilərsə 

-

 



məhkəmə  onu  müəyyən  müddətə  dövlət  vəzifəsi 

tutmaq hüququndan məhrum etmişsə ; 

-

 

bilavasitə  tabeliyində  və  ya  nəzarəti  altında 



işləyəcəyi vəzifəli şəxslə yaxın qohumluq və ya qudahq (ər- 

arvadlar, onların valideynləri, qardaşları, bacıları övladları ) 

əlaqəsi olduqda 

-qanunvericilikdə müəyyən edilmiş başqa hallarda ; 

Dövlət  qulluğuna  qəbul  edilən  şəxsin  dövlət 

qulluğunda 

işləməsinin 

mümkün 


olub-olmaması 

qabaqcadan 

yoxlanıla 

bilər. 


Yoxlamanın 

qaydası 


qanunvericiliklə  müəyyən  edilir.  Şəxsi  (ailə)  həyatının 

təfsilatı yoxlanmalıdır. 

Dövlət  qulluğuna  vətəndaşlar  müsabiqə  əsasında 

qəbul  edilirlər.  Dövlət  qulluğunda  boşalan  vəzifələrə 

vətəndaşlar müsabiqə əsasında təyin edilirlər. 

Müsabiqədə  iştirak  etmək  istəyənlər  sənədlərini 

müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində 

78

-

 



Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət 

Qulluğu  Məsələləri  üzrə  Komissiyaya  təqdim  edirlər. 

Müsabiqə  sənədlərin  qəbulu  başa  çatdıqdan  sonra  10  gün 

ərzində keçirilir və test imtahanında və söhbətdən ibarət olur. 

Müsabiqənin elan edilməsi, keçirilməsi və yekunlarına dair 

müvafiq  qərarın  qəbul  edilməsi  qaydası  Azərbaycan 

Respublikasının  müvafiq  qanunvericilik,  icra  və  məhkəmə 

hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilir.  Test 

imtahanından müvəffəqiyyətlə çıxanlar söhbətə buraxılırlar. 

Test  nümunələri  Azərbaycan  Respublikasının  müvafiq 

qanunvericilik,  icra  və  ya  məhkəmə  hakimiyyəti  orqanı 

tərəfindən  müə>q/ən  edilmiş  qaydada  hazırlanır  və  təsdiq 

olunur. 

Qanunvericiliklə  başqa  qayda  nəzərdə  tutulmadıqda, 

müsabiqədən  keçmir  namizədlər  dövlət  orqanı  rəhbərinə 

təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş 

namizədlərdən birini seçərək öz qərarı ilə bir il müddətində 

stajçı  kimi  qulluğa götürür və boş vəzifəyə təyin edir. Staj 

dövründə  dövlət  orqanı  rəhbərinin  təyin  etdiyi  kurator 

stajçının işinə göz qoyur və staj müddəti qurtardıqdan sonra 

stajçının  dövlət  qulluğuna  götürülməsinin  məqsədəuyğun 

olub-olmaması barədə tövsiyə təqdim edir. Qanunvericiliklə 

başqa  qayda  nəzərdə  tutulmadıqda,  tövsiyə  müsbət  olarsa, 

stajçı əmək müqaviləsi (kontrakt) bağlamaq yolu ilə ikiillik 

sınaq  müddəti  ilə  qəbul  edilir.  Kontraktın  sınaq  müddəti 

ərzində işin şərtləri müəy^^ənləşdirilir. Sınaq müddəti ilə işə 

qəbul  kontraktının  nümunəsi  Azərbaycan  Respublikasının 

müvafiq  qanunvericiliyi  əsasında,  icra  və  ya  məhkəmə 

hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  təsdiq 

olunur. Sınaq müddəti ərzində kontrakt- pozul- 



79

 - 



mayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının 

rəhbəri  kontraktın  şərtlərinə  əməl  etməklə  işləmiş  şəxsin 

daimi  dövlət  qulluğuna  götürülməsi  haqqında  əmr  verir  və 

bu şəxslə müvafiq kontrakt bağlanır. Sınaq müddəti ilə bağlı 

digər  məsələlər  də  müvafiq  qanunvericilik,  icra  və  ya 

məhkəmə hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. 

Daimi  dövlət  qulluğuna  qəbul  Azərbaycan 

Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə 

təsdiq edilir. 

Boşalmış  vəzifənin  tutulması  üçün  namizəd 

seçilərkən müsabiqə vaxtı aşağıdakılar nəzərə alınmalıdır: 

-ixtisas dərəcəsi; 

-attestasiyanın nəticələri

-boşalmış  vəzifənin  tələblərinə  uyğun  olaraq  təkrar 

hazırlıq keçirilməsi və ixtisasın artırılması. 

Müsabiqədə  başqa  hakimiyyət  qolunda  dövlət 

qulluğu  keçən  dövlət  qulluqçuları  da  iştirak  edə  bilərlər. 

Müvafiq dövlət qulluğunu idarəetmə orqanı dövlət orqanının 

rəhbərinə  boşalmış  vəzifənin  tutulması  üçün  ən  azı  3-4 

namizəd təqdim edir. 

Dövlət  orqanının  rəhbəri  onlardan  birini  seçərək 

həmin vəzifəyə təyin  edir. Dövlət  orqanının rəhbəri dövlət 

qulluğunu idarəetmə orqanının tövsiyəsi ilə razılaşmadıqda, 

yaranmış fikir ayrılığı Azərbaycan Respublikasının müvafiq 

qanunvericilik  və  ya  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilmiş qaydada aradan qaldırılır (tövsiyə qüvvədə 

saxlanılır və namizədlərdən biri təyin olunur və ya tövsiyə 

rədd  olunur).  Dövlət  qulluğunun  idarəetmə  orqanının 

tövsiyəsi qüvvədə saxlanılarsa, dövlət orqanının 

 

-



80




rəhbəri namizədlərdən birini mütləq boşalmış vəzifəyə təyin 

etməlidir.  Həmin  tövsiyə  rədd  edildikdə  isə  boşalmış 

vəzifənin  tutulması  üçün  Azərbaycan  Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş 

bu müddəalar əsasında müsabiqə elan edilir və keçirilir. 

Vətəndaş dövlət qulluğuna daxil olarkən belə bir and 

içir: “Azərbaycan Respublikasına sadiq olacağıma, onun 

Konstitusiyasına  dönmədən  əməl  edəcəyimə,  dövlət 

sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun 

mənə  verdiyi  hüquqları  və  üzərimə  qoyduğu  vəzifələri 

qərəzsiz,  vicdanla,  ancaq  qanuna  uyğun  surətdə  var 

gücümlə  və  vətənin  mənafeyi  naminə  həyata 

keçirəcəyimə and içirəm.” 

And Azərbaycan Respublikası ilə dövlət qulluqçusu 

arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq 

edir. 


Andiçmə 

təntənəli 

şəraitdə 

Azərbaycan 

Respublikasının  dövlət  bayrağı  altında  Azərbaycan 

Respublikasının  Konstitusiyasına  əl  basmaqla  həyata 

keçirilir. 

Andiçmə  bir  dəfə  olur.  Andın  imzalanmış  mətni 

dövlət qulluqçusunun şəxsi işində saxlanılır. 

Dövlət  qulluğunun  ayn-a

5

a‘i  növlərdə  andın  status 



xüsusiyyətləri  Azərbaycan  Respublikasının  qanunvericilik 

aktında müəyyən edilir. 

Yardımçı  dövlət  qulluğu  vəzifəsinə  qəbul  edilənlər 

and içmirlər. 

Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır. Dövlət 

qulluqçularının  ayrı-ayrı  kateqoriyalar  üçün  qanunla 

müddəti,  qısaldılmış  iş  vaxtı  müəyyən  edilə  bilər.  Qulluq 

üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna 



-

81




Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə