xəssislərin və digər vəzifəli şəxslərin xidməti fəaliyyətlərini
təmin edirlər. Onlar tərəfindən xidməti vəzifələrinin yerinə
yetirilməsi üçün lazımi şərait yaradılır. Yardımçı heyətə aid
edilən qulluqçular sənədləri tərtib edirlər və saxlayırlar,
statistik və hesabat əməliyyatlarını və s. yerinə yetirirlər.
Onların vəzifələrinə hüquqi əhəmiyyətə malik olan texniki
əməliyyatların törədilməsi də daxil edilə bilər. Məsələn;
orqana daxil olan təklif, ərizə və şikayətlərin dəftərxana işçisi
tərəfindən qeydiyyata alınması hüquqi əhəmiyyət kəsb edir,
çünki onların qeydiyyata alındığı gündən onların
qanunvericiliklə müəyyən edilmiş baxılma müddətləri
hesablanır. Yardımçı heyətə (tərkibə) texniki icraçılar, kar-
güzarlar və s. aiddir.
Dövlət qulluqçularını qulluğun müddətinə görə
aşağıdakı növlərə bölmək olar;
-
müəyyən olunmuş müddətə vəzifəyə təyin edilən
dövlət qulluqçuları (məsələn: inzibati vəzifələri tutan dövlət
qulluqçuları);
-
müəyyən olunmuş müddətə vəzifəyə seçilən və
təyin edilən dövlət qulluqçuları (məsələn: siyasi vəzifələr
tutan dövlət qulluqçuları);
-
sınaq müddətinə vəzifəyə təyin edilmiş dövlət
qulluqçuları.
İxtisas dərəcələrinə görə dövlət qulluqçularının
növləri:
-
həqiqi dövlət müşavirləri;
-1, II və III dərəcə dövlət müşavirləri;
-
dövlət qulluğunun baş müşaviri;
-
dövlət qulluğunun kiçik müşaviri:
-
dövlət qulluğunun I dərəcə referenti:
i
60
-
-
dövlət qulluğunun II və III dərəcə referenti:
-
dövlət qulluğunun kiçik referenti.
Bundan əlavə, dövlət qulluqçularının qanunvericilikdə
başqa təsnifat meyarları və növləri və nəzərdə tutulur.
Məsələn, DİO-nin əməkdaşları sıravi və rəhbər heyətə
bölünür.
Yuxarıda göstərilən dövlət qulluqçularının təsnifatının
analizi belə bir qanunauyğun nəticəyə gətirib çıxarır ki,
dövlət qulluqçularının hamısı vəzifəli şəxslərə aid edilə
bilməz. Ona görə də inzibati qanunvericilikdə “vəzifəli şəxs”
anlayışı vəzifə anlayışdan irəli gəlmir, belə ki, bütün dövlət
qulluqçuları dövlət orqanlarında müəyyən vəzifə tuturlar.
Vəzifəli şəxs anlayışı xüsusi vəzifə səlahiyyətlərinin, yəni
hüquqi nəticələr yaradan hərəkətləri həyata keçirmək
hüququnun mövcudluğu ilə xarakterizə edilir.
4
%
§4.2. Dövlət qulluqçularının inzibati-hüquqi statusu
Bütün dövlət qulluqçuları hüququn subyektləri
sayılır və aydın məsələdir ki, onların müəyyən hüquq və
vəzifələri
mövcuddur.
İlk
növbədə,
Azərbaycan
Respublikasının Konstitusiyası ilə təsis edilmiş insan və
vətəndaş hüquq və azadlıqları, başqa normativ - hüquqi
aktlarla müəyyən edilmiş digər hüquq və vəzifələr, eyni
zamanda, dövlət vəzifəsini tutduğu andan o, xüsusi dövləti-
xidməti münasibətlərin subyekti olur; ona xüsusi hüquq və
vəzifələr verilir və bunların yerinə yetirilməsinə görə üzərinə
məsuliyyət qoyulur.
-
61
-
Bununla yanaşı, dövlət qulluqçularına verilən hüquq
və vəzifələrin iki qrupa ayrılması zəruridir:
a)
dövlət qulluqçularının ümumi hüquq və vəzifələri;
b)
tutduğu vəzifənin səlahiyyətlərini müəyyən edən
hüquq və vəzifələr.
Dövlət qulluqçularının ümumi hüquq və vəzifələri
ilk dəfə olaraq Azərbaycan Respublikasının “Dövlət qulluğu
haqqında” qanununda öz əksini tapmışdır. Bu hüquq və
vəzifələr II və III kateqoriya dövlət orqanlarının
qulluqçularına aid edilir. I kateqoriya dövlət orqanlarının
qulluqçularının
hüquq
və
vəzifələri
Azərbaycan
Respublikasının Konstitusiyası ilə, həmçinin xüsusi
qanunvericilik aktları ilə müəyyən edilir.
Hər bir dövlət qulluqçusu tutduğu vəzifədən asılı
olmayaraq aşağıdakı hüquqlara malikdir:
-
vəzifə borcunu yerinə yetirmək üçün dövlət
orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və
təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya
və materiallar tələb etmək və almaq;
-
dövlət qulluqçusunu işə götürmək və işdən azad
etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq
vəzifələrini yazılı surətdə təsbit edilməsini və onların icrası
üçün şəraitin yaradılmasını tələb etmək;
-
dövlətdən maaş almaq;
-
ixtisasının artması və qulluq vəzifələrinin yerinə
yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli
çəkilmək və ya dövlət maaşının məbləğinin artırılması
iddiasında olmaq ;
«
-
62
-
-
elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq,
işlədiyi dövlət orqanı rəhbərinin imzası ilə pedaqoji və başqa
ödənişli fəaliyyətlə məşğul olmaq;
* əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan,
rentadan və icarədən gəlir götürmək;
-
ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi
işə tikilməsi əsas olan rəylər və digər sənədlərlə tanış olmaq,
habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək;
-
şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib
etmək üçün xidməti tədqiqat aparmasını tələb etmək;
-
müvafiq orqanlarda və məhkəmələrdə öz qanuni
hüquqlarının mənafeyini müdafiə etmək;
-
həmkarlar ittifaqlarına birləşmək ;
-
işlədiyi dövlət orqanının rəhbərindən aldığı icrası
məcburi olan, göstəriş və ya əmrin qanuniliyi və dürüstlüjdi
dövlət qulluqçusunda şübhə doğursa, həmin göstərişin və ya
əmrin yazılı şəkildə ona verilməsini tələb etmək ;
-
qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və
bu dövlət qulluqçusu flınksiyalarının icrası ilə bir araya
sığmayan deyilsə, ictimai birliklərdə üzv olmaq;
-
qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət
vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə
təhsil məqsədilə məzuni}q/ət almaq;
-
qanunvericilikdə nəzərdə tutulmuş hallarda və
qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya
ailə üzvlərinin müalicəsi ilə əlaqədar və elmi məzuniyyətlər),
özünün və ya ailə üzvlərinin əlilliyi ilə əlaqədar pensiyalar və
müavinətlər almaq;
-
dövlət qulluğunda irəli çəkilmək hüququ.
-
63
-
Dostları ilə paylaş: |