G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə7/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   62

 
 
24 
 
Region  zəngin  təbii  ehtiyatlara  malikdir.  Dünyanın  ən  zəngin  qalay-volfram 
qurşağı buradadır. Hazırda Malayziya və Tailandda metallurgiya sənayesinin inkişaf 
etməsinin səbəbi də buradakı əlvan metal yataqlarıdır. Cənub-Şərqi Asiya həm də 
neft-qaz ehtiyatları ilə zəngindir. Sahilboyu ərazilər isə məşhur turizm zonalarıdır. 
 
 
• 1991-ci ildə Filippin adala-
rında püskürən Pinatubo vul-
kanı  bəşəriyyət  tarixində  ən 
güclü püskürmələrdən biridir. 
Vulkan  külündən  ibarət  olan 
bulud stratosferə qədər qalx-
mışdır. Püskürmə zamanı ya-
ranan  “dirəyin”  hündürlüyü 
34  km-ə  çatmışdır.  Havaya 
atılan küllər səmada 125 000 
km
2
  ərazini  əhatə  etmişdir. 
Bu  ərazidə  bir  neçə  saat 
ərzində  tam  qaranlıq  müşa-
hidə edilmişdir. Küllər nəinki 
Filippin,  həm  də  Vyetnam, 
Kamboca və Malayziyaya da 
çatmışdır.  
Müzakirә edin:  
1.  Cənub-Şərqi Asiyada daha hansı vulkan püskürmüşdür? 
2. 
Vulkan püskürmələrinin təbii və iqtisadi fəsadlarını sadalyın.
 
 
Cәnubi Asiyanın әsas hissәsini Hindistan yarımadası tutur. Yarımadanın mər-
kəzi hissəsində denudasion mənşəli Dekan yaylası yerləşir. Ərazi daş kömür, dəmir 
filizi və qrafit kimi mineral ehtiyatlarla zəngindir. 
 
 
 
 
Mәtn vә şәkil üzrә iş
 
Şәkil üzrә iş
qurunun hərəkət 
istiqaməti 
Müzakirә edin:  
–  Litosfer  tavalarının  hərəkəti 
nəticəsində  ərazidə  daha  hansı 
dəyişikliklər baş vermişdir? 
 
Vaxtı ilə Hondvananın tərkibinə 
daxil olan Hindistan tektonik pro-
seslər nəticəsində Avrasiyaya 
sonradan birləşmişdir.
 
Litosfer tavasının 
hərəkəti nəticəsində 
Hindistan yarımada-
sının yerinin dəyişməsi
 
Pinatubo. Filippin. Püskürmə zamanı yaranan vulkanik qaz-
kül buludları 
LAYİHƏ


 
 
25 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
Cənubi Asiya Mərkəzi və Şərqi Asiyadan Himalay dağları ilə ayrılır. Himalay 
dağları Hind-Avstraliya tavasının tərkibinə aid olan Hindistan platforması ilə Av-
rasiya litosfer tavalarının toqquşması nəticəsində yaranmışdır. Bu dağlar Hindistan, 
Nepal  və  Çin  arasında  2500  km  uzunluğunda  dövlət  sərhədi  yaradır.  Buradakı 
zirvələrin  hündürlüyü  8000  m-dən  çoxdur.  Bunlardan  Nepal  ilə  Çin  sərhədində 
yerləşən dünyanın ən hündür zirvəsi Comolunqma (Everest – 8848 m) və hündür-
lüyünə görə ikinci olan Çoqori zirvələrini (və ya K-2 – 8611 m) göstərmək olar.  
 
 
 
 
1. Mətndəki coğrafi obyektlərin adlarını  dəftərinizə yazın, fiziki xəritədə göstərin və kontur 
xəritədə qeyd edin.  
  
2. Asiya ölkələrinin iqtisadiyyatına zəlzələ, vulkan püskürmələri və sunami kimi tektonik 
hadisələrin hansı mənfi təsiri vardır? Konkret misallar göstərin.  
 
3. Alp-Himalay qurşağına daxil olan dağların çox hündür olmasını necə izah edə bilərsiniz?  
 
4. İzah edin: dağların yaşı ilə onların seysmikliyi arasında hansı əlaqə vardır? Hansı qrafikdə bu 
qanunauyğunluq düzgün göstərilmişdir? 
 
 
 
  A 
 
 
           B   
 
 
     C
 
 
5. Mətndəki Asiyada yerləşən zirvələrin adlarını seçin, onların hündürlüklərini dəftərinizdə 
qrafiklə təsvir edin. 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
LAYİHƏ


 
 
26 
 
  
Ş
İMALİ AMERİKANIN RELYEFİ 
 
 
Şimali
 Amerikanın qərbi üçün dağlıq və şərqi üçün düzənlik relyef səciyyəvidir.  
Qərbdə ən böyük dağ sistemi Kordilyerdir. Onlar Sakit okeanın sahilləri boyunca 
şimaldan cənuba 7000 km-ə qədər uzanır. Bu dağlar Kanada, ABŞ, Meksika və Mər-
kəzi Amerika ölkələrinin ərazilərindən keçir.  

Müzakirә edin: 
1. Materikin hansı hissəsində ovalıqlar və yüksəkliklər üstünlük təşkil edir? 
2. Materikin qərbində hansı dağ sistemi yerləşir? Dağların hansı hissəsi daha hündürdür? 
3. Fiziki və tektonik xəritələri müqayisə edərək suallara cavab verin: a) Şimali Amerikanın hansı 
hissəsi platformadır?  b) Şimali Amerikada hansı dağlar litosfer tavalarının sərhədində, hansılar 
isə ondan kənarda yerləşir?  C) Appalac və Kordilyer dağları hansı qırışıqlıqda yaranmışdır? 
Şimali Amerikanın fiziki xәritәsi 
  
Xәritә üzrә iş
Şimali Amerikanın 
tektonik xәritә-sxemi 
Ən qədim qırışıq zona 
Qədim qırışıq zona 
Orta qırışıq zona 
Müasir qırışıq zona 
Platformanın örtük hissəsi 
Zəlzələ ocaqları 
Tavaların sərhədi
LAYİHƏ


 
 
27 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
Kordilyer dağlarında Şimali Amerikanın ən yüksək zirvəsi – Mak-Kinli (6194 m) 
və ən alçaq nöqtəsi – Ölüm dərəsi (–86 m) yerləşir.  
Kordilyer dağları qәrb vә şәrq silsilәlәrindәn ibarətdir. Kordilyer dağlarının qərb 
hissəsi – (Sahil sıra dağları) daha cavan olub, Sakit okean “Odlu halqası”na daxildir. 
Qərbi Kordilyerdə Kaskad, Şərqi Kordilyerdə isə Qayalı dağ sistemləri yerləşir. Kor-
dilyer  dağlarının  mərkəzi  hissəsi  yüksək  plato  (yəni,  səthi  hamar  olan  ərazi)  və 
yaylalardan  ibarətdir.  Bunların  içərisində  nəhəngləri  Böyük  Hövzə,  Meksika 
yaylaları, Kolorado və Kolumbiya platolarıdır.  
 
 
 
Yayla və platolar üçün intensiv denudasiya prosesləri səciyyəvidir. Onlar dərin, 
dar  dərələrlə,  çox  vaxt  kanyonlarla  kəsilir.  Şimali  Amerikanın  cənubunda  Kor-
dilyerlər daralır və Meksikada onu Syerra-Madre adlandırırlar. Kordilyer dağlarında 
çoxlu  sönmüş  və  fəaliyyətdə  olan  vulkanlar  vardır:  məsələn,  Müqəddəs  Yelena, 
Şasta, Kolima, Orisaba, Taxumulko, Popokatepetl.  
 
 
 
Şimali  Amerikanın  mərkəzi  və  şərq  hissələri  platformadır.  Burada  düzənliklər 
üstünlük  təşkil  edir.  Onların  formalaşmasında  müxtəlif  ekzogen  proseslərlə  əla-
qədardır. Şimalda Lavrentiya yüksəkliyində buzlaq relyef formaları üstünlük təşkil 
edir. Ona görə də bu hissədə buzlaq mənşəli göl çökəklikləri çoxdur. Mərkəzi dü-
zənlikdə buzlaq formaları ilə yanaşı, çayların işi də böyük rola malikdir. Mərkəzi 
• Relyef xüsusiyyətlərinə görə Kordilyer dağları 3 hissəyə bölünür:  
1. Qayalı Daglar. 2. Kaskad dağları. 3. Böyük Hövzә yaylası. 4. Meksika 
yaylası. 5. Syerra-Madre. 6. Kolorado platosu. 
– Kordilyer dağlarındakı relyef formalarını onun hissələrinə uyğun olaraq 
qruplaşdırın: 
 
Kordilyerin hissələri 
Relyef formalarının adı 
Qərbi Kordilyer 
 
Mərkəzi Kordilyer 
 
Şərqi Kordilyer 
 
 
Mәtn vә şәkil üzrә iş
Qeyri-adi relyef formaları turistlər üçün maraqlı 
obyektlərdən biridir. Bunlardan biri də Kolorado 
kanyonudur. Onun dərinliyi 1800 m-ə çatır. 
Kordilyer dağlarında Kolorado çayının dərə-
sinə 
piyada, maşın və vertolyotla ekskursiyalar 
təşkil olunur.
 
Müzakirә edin:  
1. Dağlıq regionlarda turizmin inkişafına nə 
mane ola bilər?  
2. Azərbaycanda şəklə oxşar relyef forma-
larına harada rast gəlmək olar?  Turistləri 
bu ərazilərə cəlb etmək üçün nə kimi 
tədbirlər görmək lazımdır?
Böyük Kanyon.  ABŞ 
  
Şәkil üzrә iş
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə