G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə8/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   62

 
 
28 
 
düzənliklərdən qərbdə Böyük düzənliklər yerləşir. Hündürlüyü 500 m-dən yüksək 
olan  Böyük  düzənliklər  Kordilyer  dağlarına  keçid  zonasıdır.  Atlantik  okeanının  
sahilboyunda Meksika sahili və Atlantik sahili ovalıqlar uzanır. Missisipi çayı ABŞ-
da nəhəng allüvial mәnşәli Missisipi ovalığını yaratmışdır. Bu ovalıqda və Meksika 
körfəzində zəngin neft və qaz yataqları mövcüddur. 
 
 
 
Materikin şərq hissəsində yeganə qədim dağ sistemi Appalaçdır. Onun ən yüksək 
zirvəsi  Mitçeldir  (2037  m).  Dağlar  güclü  parçalanmaya  məruz  qalmışdır.  Burada 
faydalı qazıntı yataqları zəngindir. Şimali Amerikanın ən nəhəng Appalaç daş kömür 
hövzəsi  də  buradadır.  Platformanin  sipər  (qalxan)  hissələrində,  Labrador  yarım-
adasında və Boyük Göllərin sahilində dəmir filizi yataqları mövcüddür. 
 
 
 
1.  Mətndə adı çəkilən coğrafi obyektləri dəftərinizdəki cədvəldə qruplaşdırın, onları fiziki xəritədə 
göstərin və kontur xəritədə qeyd edin: 
Dağlar
 
Düzənliklər 
... 
... 
 
2.  Missisipi və Hudzon ovalıqlarını müqayisə edin. Onların 3 ümumi və 3 fərqli cəhətini dəftərinizdə 
qeyd edin.  
 
3.  Uyğunluğu tapın. 
 
• Böyük Hövzə Kordilyer dağlarının mərkəzi hissəsində yerləşən yayladır. Yaylaların yerləşdiyi 
hissədə Qərbi və Şərqi Kordilyer dağları bir-birindən çox aralıdır. Hövzə hər tərəfdən dağlarla 
əhatə olunmuşdur. Bu dağlar rütubətli hava kütlələrinin qarşısını kəsərək, onu yaylaya buraxmır. 
Yaylanın səthi bitki örtüyünə görə kasıbdır, ətraf ərazilər yarımsəhranı xatırladır.  
Müzakirә edin: 
1. Fiziki xəritədə Böyük Hövzəni əhatə 
edən silsilələri müəyyən edin. 
2. Ərazinin iqliminin formalaşmasında 
onu əhatə edən relyefin rolu nədən 
ibarətdir? 
3. Yaylada bitki örtüyünün zəif olmasının 
səbəbini izah edin. 
Böyük Hövzә. ABŞ 
 
Mәtn vә şәkil üzrә iş
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1. Yaşına görə qədim dağlardır.
2. Qayalıq, Sahil və Kaskad silsilələrdən ibarətdir.
 
3. Materikin şərqində yerləşir.
4. Materikin qərbində yerləşir.
6. Şimali Amerikada ən nəhəng kömür yatağı buradadır
 
5. Dünyanın ən dərin kanyonu buradadır.
 
7. Materikin ən hündür zirvəsi buradadır.
 
Kordilyer
Appalaç
LAYİHƏ


 
 
29 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
  
C
ƏNUBİ AMERİKANIN RELYEFİ 
 
 
Cənubi Amerika
 
nın qərbində Sakit okean sahili boyunca dünyanın ən uzun dağ 
sistemi olan (təqribən 9000 km) And dağları uzanır. Bu dağlar Karib dənizi sahillə-
rindən Cənubi Amerikanın cənub qurtaracağına qədər davam edir. Odlu Torpaq ada-
ları  da And dağlarının davamıdır. Sıra dağlar arasında ensiz dağarası çökəkliklər 
yerləşir. Yalnız 20° c.e dairəsi boyunca sıra dağlar arasında məsafə artır, geniş pla-
tolar – Altiplano yaranır.  
 
 

 
Xәritә üzrә iş
Müzakirә edin: 
1. Materikin qərb və şərq hissələri üçün hansı relyef forma-
ları səciyyəvidir? 
2. Cənubi Amerikanın hansı hissəsi litosfer tavalarının sər-
hədində yerləşir? 
3. Cənubi Amerika platformasına hansı düzənliklər uyğun 
gəlir? 
Ən qədim qırışıq zona 
Qədim qırışıq zona 
Orta qırışıq zona 
Müasir qırışıq zona
 
Platformanın örtük hissəsi 
Cәnubi Amerikanın  
tektonik xәritә-sxemi
Cәnubi Amerikanın  
fiziki xәritәsi 
       Litosfer tavalarının 
hərəkət istiqaməti  
• 
 
       Zəlzələ ocaqları 
• Altiplano – And dağlarında, Boliviya və Çili sərhədində 
yerləşən yüksək yayladır. Burada iqlim quraqdır və ağac 
bitkiləri yoxdur. Altiplano quraqlığa davamlı bitkilərlə ör-
tülmüşdür.  
Müzakirә edin:  
– Altiplano yaylası  təsərrüfatın hansı sahələrinin inkişaf 
etdirilməsi üçün yararlıdır? 
Altiplano  
Akonkaqua 
(6960 m)
 
  
Mәtn vә şәkil üzrә iş
LAYİHƏ


 
 
30 
 
And  dağları Sakit  okean, Naska  və  Cənubi  Amerika  litosfer  tavalarının  sərhə-
dindədir. Bu dağlar yüksək seysmikliyi, zəlzələlərin tez-tez baş verməsi və vulkan-
ların fəallığı ilə fərqlənir. And Sakit okean “Odlu halqa”sının bir hissəsi olub sub-
duksiya zonasında yerləşir. 
 
 
 
And dağlarının ən yüksək zirvəsi Akonkaquadır (6960 m). Digər zirvələr – Çim-
boraso və Kotopaxinin də hündürlüyü 6000 m-dən yüksəkdir. Bu zirvələr buzlaqla 
örtülmüşdür. And dağlarında dünyanın ən nəhəng “mis qurşağı” yerləşir. Zəngin mis 
ehtiyatları burada yerləşən ölkələrin, əsasən də Çili və Perunun iqtisadiyyatında xü-
susi rola malikdir.   
Cənubi Amerika materikinin şərq hissəsi platformadır və onun üzərində düzənliklər 
yerləşir.  Buranın  relyefi  ovalıqlar,  yastı  yayla,  plato  və  yüksəkliklərdən  ibarətdir. 
Amazon,  La-Plata  və  Orinoko  kimi  nəhəng  ovalıqların  yaranmasında  Cənubi  Ame-
rikanın  Amazon,  Parana və  Orinoko çayları böyük rol oynamışdır.  Bu alçaq  allüvial 
düzənliklər hamar relyefə malik olub, Atlantik okeanına tərəf meyillidir. Orinoko ovalığı 
dünyanın zəngin neft-qaz ehtiyatlarının mövcud olduğu ərazilərdən biridir.  
 Braziliya  və  Qviana  yaylaları  qədim  dağ  sistemlərinin  qalıqları  olub,  denuda-
siyaya məruz qalmışdır. Braziliya yaylası filiz faydalı qazıntıları ilə zəngindir. Bra-
ziliya dövlətinin dəmir filizi ixracatçısı kimi dünyanın ilk onluğuna daxil olması da 
bununla əlaqədardır.  
Braziliya  və  Qviana  düzənlikləri 
üçün  uyğun  olaraq  “Şəkər  başları” 
və tepuilər – “masavarı dağlar” ki-
mi relyef formaları səciyyəvidir. Bu 
relyef formaları turistlərin diqqətini 
cəlb  edir.  La-Plata  ovalığından  cə-
nuba doğru yerləşən ərazi Pataqo-
niya adlanır. Pataqoniya  yüksəklik 
və  platoların  üstünlük  təşkil  etdiyi 
regiondur. 
• Subduksiya okean litosfer tava-
sının materik litosfer tavasının altına 
batması prosesidir. Belə batma 
nəticəsində okean tavası tərəfində 
dərinsulu çökəkliklər – novlar 
əmələ gəlir. Materik tavası tərəfdə 
isə qövsvarı adalar və ya cavan 
dağlar yaranır. 
 
– Subduksiya zonasının sxemini 
dəftərinizə çəkin (And dağlarını,  
litosfer tavalarını və novu göstərin). 
 
Sxem üzrә iş
• Tepuilәr – 800–1800 m 
yüksəkliyə malik olan  ma-
sayabənzər dağlardır. Te-
puilər kimyəvi və fiziki 
aşınma, axar suların fəaliy-
yəti ilə yaranmışdır. Əsa-
sən, Venesuela ərazisində 
Qviana yaylasında yerlə-
şir.  
 
 
Tepuilәr. Venesuela 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə