Fxslxgghpxn ncplhkxn ncpxl


İYİRMİ DÖRDÜNCÜ DӘRS SİX AYİNİ (2)



Yüklə 0,83 Mb.
səhifə26/31
tarix21.06.2018
ölçüsü0,83 Mb.
#50648
1   ...   23   24   25   26   27   28   29   30   31

İYİRMİ DÖRDÜNCÜ DӘRS

SİX AYİNİ (2)

ӘQİDӘLӘRİ


Bu dərsdə six ayininin mühüm əqidəvi əsaslarını araşdırırıq:

1-Tövhid:

Keçən dərsdə qeyd olunduğu kimi, six ayininin bünövrəsini qoyan Nanak varlıq aləmində tövhidə inanır, öz yazılarında və şerlərində dəfələrlə bu məsələni təkidləndirirdi. Bu barədə Qrant kitabında belə oxuyuruq: «Yalnız vahid Allah mövcuddur ki, onun adı haqdır, xaliqdir, qorxu və düşmənçilikdən uzaqdır, fənaya uğramaz, doğulmamışdır, öz zatı ilə mövcuddur, əzəmətli və səxavətlidir. Vahid həqiqi Allah əvvəldən mövcud olmuşdur. Vahid Allah əzəldən olmuşdur, indi vardır və həmişə olacaqdır.» Bu kitabın digər bir hissəsində isə belə yazılır: «Allah birdir və ondan başqa heç bir məbud yoxdur. Ey mənim qardaşlarım!»

Nanak həmçinin öz şerlərində Allaha xitab edərək belə deyir: «Sənin heç bir şərikin yoxdur ki, sənin kənarında olsun», «Kimi ikinci Allah çağıraq? Heç kəs yoxdur, bütün dünyada yalnız eyibsiz və münəzzəh vahid Allah vardır», «Sənin heç bir oxşarın yoxdur. Sən hər bir qərinələrdə və əsrlərdə yeganə Allahsan, həmişə vahidsən. Səndən başqa heç vaxt başqa bir məbud olmayıbdır.»

Aydındır ki, Nanak öz tövhidçi əqidəsində müsəlman sufi alimlərindən çox təsirlənmişdir. Onun Allahın zatı ilə əlaqədar söylədiyi fikirlər və haqq adlandırılması da bu təsirləri bəyan edir.

Nanak eyni halda inanırdı ki, ilahi təcəllilər növbənövdür. O, öz nəğmələrinin birində belə deyir:

«Ey böyük Allah sən vahidsən, amma sənin təcəllilərin çoxdur.»

O, hindu məbudlarından bəzilərini Allahın məzhəri hesab edir.

Nanakın Allah üçün işlətdiyi əsas ad haqdır. Bütün yazılarının, nəğmələrinin və məktublarının sərlövhəsində Satnam, yəni haqq adı görünür. Bununla belə, bəzən onun əsərlərində islami və hindu təbirləri də gözə dəyir. Məsələn, Allah-taala və mütəal brahma. Nanak bəzən də Allahı mütləq bir qadir ünvanı ilə yad edir ki, hamının hidayəti və müqəddəratı onun əlindədir. O, nəğmələrdən birində deyir: «Hər kəsin giriftarçılığı və azadlığı sənin fərmanınladır. Heç kəsin ona dəxalət etməyə qüdrəti çatmaz», «O, hər şeyi iradə etsə yerinə yetirir. Bir kəs ona fərman vermir. O sultan və sultanların sultanıdır. Hər bir şey onun iradə və fərmanına tabedir», «Bəndələrini öz fərmanı ilə hidayət edir», «Sənin razılığın olduğu şeylər mövcuddur. Sənin istədiyin və etdiyin işlər əncam tapır. Sənin razılığın olan şeylər yerinə yetirilir.»


2. ALLAHI ZİKR ETMӘK


Allahı yad etmək və ona zikr demək Nanakın əqidə və təlimlərinin digər bir xüsusiyyəti hesab olunur. Әvvəlki dərsdə qeyd olundu ki, o ilk mükaşifəsindən sonra bildirdi ki, Allah ona adını təkrarlamağı tövsiyə etmişdir. Qurtuluş vədəsini o kəslərə vermişdir ki, onun adını dildə təkrar-təkrar zikr etsinlər. Buna əsasən Nanakın təbliğinin əsas mehvəri Allahı yad etmək və bu işdə davamiyyət göstərməkdir. Nanakın bu məsələ barəsində təkidi elə bir yerə çatmışdı ki, ondan «nə üçün sat nama (haqq adı kəlmələri) həmişə sənin nəğmə və şerlərinin başında gəlir» - deyə soruşulduqda belə cavab verir:

«Bu ad bütün məbudların allahının adıdır. Qurunun şagirdləri və müridləri haqq ada pərəstiş edirdilər; ona sitayiş etməklə qurtuluş yolunu qət edir və bu yol üzərində mövcud olan maneələri aradan qaldırırlar. Buna görə də haqq adı kəlmələri kitabların, yazıların və nəğmələrin hər birinin əvvəlində yazılır.»

O öz yazılarından digər birində bu barədə belə deyir:

«Bu adı unudanlar azğınlığa düçar olarlar... Necə mümkün ola bilər ki, bir şəxs allahın adı olmadan nicat tapsın?»

O başqa bir yerdə deyir:

«Mən Allahın adında sükunət tapıram və bu ad mənim qəlbimdə özünə yer edir.»

Aydındır ki, six etiqadının bu hissəsi sufi etiqadlarından təsirlənmişdir. Allahı zikr etmək və bu işi davam etdirmək müsəlman sufilərin nəzərində ən mühüm və ən əhatəli bir işdir. Belə bir üslub hinduiizm dinində görünməmişdir.

3. İNSAN VӘ DÜNYA


Nanak inanırdı ki, insan məxluqatın ən şərəflisidir, sair varlıqlar ona xidmət etmək üçün xəlq edilmişdir. Bu baxımdan o, hinduların nəzərində haram olan heyvan ətinin yeyilməsini caiz hesab edirdi. Nanak bu işi caiz bilirdi və bu məsələdə ona ilham verən hind müsəlmanlarının əqidələri idi. O həm də inanırdı ki, insan səadət və qurtuluş yolunu öz qüdrəti ilə qət edəcəkdir. Nəzərə almaq lazımdır ki, bəndələr allahın qüdrətindən və ondan kömək istəməkdən qafil olmamalıdırlar. Çünki bütün varlıqlar allahın fərmanı ilə xəlq edilmişdir, onun fərmanı ilə öz vəzifə və təkliflərini yerinə yetirirlər. Onlar Allahın əmri ilə ölümə təslim olur, onun fərmanı ilə həqiqi vahidə cəzb edilir; Allahın razılığı olan hər bir iş baş verib gerçəkləşir, heç bir şey onun məxluqatının qüdrət əlində deyildir. Nanak öz şerlərinin birində belə deyir:

«Onun razılığı hasil olsa, istədiyi şəxsi əziz edər; razılığı olmasa, tənbih edər; razı olduğu işlər gerçəkləşir. Ey Nanak, insan hansı ixtiyarın sahibidir axı?»

Belə nəzərə çarpır ki, insan həyatında müqəddərat məsələsi ilə əlaqədar bu cür təfəkkür tərzi nicat və qurtuluş istiqamətində tövhid əsasında olan təfəkkür və Allahı daim zikr etməkdir. Həmçinin müsəlman sufilərin irfani təfəkkür və əqidələrindən təsirlənmişdir. Çünki, islam irfan ədəbiyyatında ixtiyarın inkar olunması, varlıqların mütləq fail olması və hətta insani təkliflərin yerinə yetirilməsində Allahın mütləq failiyyəti kimi təbirlər müşahidə olunub. Amma Nanakın varlıq aləmi, eləcə də axirət aləmi barəsindəki nəzərləri islam etiqadları ilə hinduiizmin qarşılıqlı təsirindən əmələ gəlmişdir. O, dünyanın ötəri və davamsız olduğuna işarə edərək deyir: «Bu dünyanın işləri davamsız və ötəridir; yalnız dörd gün davam edir. Biz tam xatircəmliklə bu mərhələdən keçəcəyik, bu aləm bir yuxu və xəyaldan ibarətdir.»

O dəfələrlə Qrant kitabında behişt və cəhənnəmin varlığını təkid edir, amma eyni halda bu dünyanın ötəri və xəyali olmasını manaya etiqadla eyni səviyyədə hesab edir. Hinduiizm etiqadında maya dünyanın batini surəti mənasındadır. Yəni, Allah maddəni xəlq etməklə batildən bir niqabı haqqın üzərinə çəkmişdir və varlıq aləmi bundan sonra müxtəlif surətlərdə cilvələnmişdir. Brahma, vişno və şiva məbudları, yer, asiman, insan, bitki hamılıqla haqqın müxtəlif surətləridir ki, insanın təsəvvür pərdəsində cilvələnir. Nanak bu mətləbi qəbul etməklə aşkar şəkildə deyir ki, Allah özü dünyanı yaratmış və hər bir şeyə onun özü ad qoymuşdur. O mayanı öz qüdrəti ilə vücuda gətirmişdir.»

Buna əsasən bütün xilqət amilləri, səbəblər və nəticələr silsiləsi hamılıqla batil və aldadıcı düşüncələrdir; yalnız aləmin yaradanı və xaliqi olan Allah haqqdır və dünya ilğımdan başqa bir şey deyildir. Nanak daha sonra hinduların şəxsi ruhlarının bir-birinə nəql olunması əsasında olan etiqadı qəbul edir; təsəvvür edir ki, karma qanunundan xilas olmaq üçün həmişə Allahı yad etmək lazımdır. Yalnız bu surətdə ardıcıl təvəllüdlərdən xilas olmaq olar. Bu bəyanla Nanak islam təfəkkürü ilə hinduiizmin müştərək nöqtəsini seçir. Çünki onun nəzərində qurtuluş və səadət behiştinə daxil olmaq islam təfəkküründə, nirvana mərhələsinə nail olmaq isə hinduiizm təfəkküründə, cəhənnəm əzabından xilas olmaq islam təfəkküründə, karma qanunundan və tənasüxdən qurtarmaq isə hinduiizm təfəkküründə haqqı zikr etməyə davamiyyətlə mümkün ola bilər. Buna əsasən six ayini nəzərindən behişt və cəhənnəm Allahı yad etməkdən uzaq olmaqdan başqa bir şey deyildir. Hinduiizm nəzərinə uyğun olaraq behişt və cəhənnəmin varlığı dünyanın batil surətləri, yaxud mayadır; behiştin həqiqi surəti isə haqqı zikr etməyə məşğul olmaqdan ibarətdir. Bu təbir həqiqətdə bəzi sufi firqələrinin nəzəriyyələrini xatırladır ki, hinduiizm ayinində fəna mərhələsinə və nirvanaya qovuşmaq kimi təsvir edilir və bu da haqda fani olmaq mərhələsidir.

4. İBADӘT


Six ayinində ibadət mərasimlərinin heç birini islamda və hinduiizmdə mövcud olan kimi qarşılaşmırıq. İslam dinində mövcud olan namaz, oruc, həcc və s. əməllər, eləcə də hinduiizmdə mövcud olan qurbanlıq, bütlərə pərəstiş, riyazətlər, çaylarda qüsl etmək və s. Nanak tərəfindən tövsiyə edilməmişdir. Six ayinində ümumiyyətlə ibadət əməllərinin yerinə yetirilməsi ilə müxalifdir və onların hamısını zahiri hesab edir. Amma onların yerində batini aləmdə dərindən düşüncəyə, irfani seyr-süluka diqqət yetirilməsinə daha çox yer verilir. Nanak bu firqənin rəhbəri ünvanı ilə yalnız Allahı zikr etməyi və bu işi davam etdirməyi öz ardıcıllarına ibadət əməllərinin və vəzifələrinin ən əsası kimi tövsiyə etmişdir. Belə ki, o deyir:

«Ey mənim qardaşlarım! Allah-taala barəsində təfəkkür etmək yalnız zahiri olan dini ayindir.»

Başqa yerdə deyir:

«Hamının ən yüksək vəzifəsi yeganə Allahın adını təkrarlamaqdır», «Çox pak olan ram adını (hindu məbudlarından biri) xatirələrdə saxlayın və qalan hər bir şeyi boşlayın», «O müqəddəs atı təkrar et, onu eşit və onunla ünsiyyətdə ol. Öz diqqətini Allaha yetir və hər nəfəs çəkəndə və nəfəs verəndə onun adını təkrarla ki, sənin ruhun Allah nuruna cəzb olunsun.»

Әlbəttə, six göstərişlərində Allahı zikr etməkdən əlavə, quruya xüsusi ehtiram və diqqət yetirmək də tövsiyə və təkid olunmuşdur. Bu ayində heç bir şəxs qurunun yol göstərməsi olmadan nicat mərhələsinə çata bilməz. Nanak bu məsələni belə bəyan edir:

«Həqiqi bir quru olmadan siz nicat yolunu tapa bilməyəcəksiniz», «Quru olmadan heç kəs Allaha nail ola bilməz.»

Buna görə də quruya qarşı ixlas və məhəbbət göstərmək six ayinindəki ədəb qaydalarından biri kimi qəbul olunmuşdur. Six cəmiyyətini silahlı şəkildə müdafiə edən və onun genişlənməsi üçün mübarizə aparan Sinqat, yaxud xalis quruluş da sonradan yaranmasına baxmayaraq, quruya ehtiram əsasında olan təfəkkür qurmuşdur. Çünki bu quruluşun nizamnaməsi bundan ibarətdir ki, quru müqabilində ən yüksək ixlas mərtəbəsini isbat edən şagirdləri xalis fərd ünvanı ilə tərbiyələndirsinlər.

5. QRANT


Sixlərin əsil və müqəddəs kitabı adi Qrant, yaxud ilkin kitab adlanır. Bu kitab six ayininin dini nəğmələrinin və şerlərinin böyük bir məcmuəsindən ibarətdir. Bu kitabın birinci bölməsi 400 səhifə olub, quru Nanakın şerlərindən ibarətdir ki, ona Cabçit deyirlər. Sixlər hər gün sübh çağı, gün çıxan zaman onu oxuyurlar. Onda mövcud olan bəzi nəğmələri gün batan zaman oxuyurlar. Sixlər cəmiyyətində 10 qrupu təsnif edən bir kitab da six ayininin ideya və etiqadlarını izah və təkmil edir.

Qeyd olunmalıdır ki, quru Qubind-six əsrindən sonra (sixlərin axırıncı qurusu) sixlər tərəfindən Qranta ehtiram qoyulması və müqəddəsləşdirilməsi həmin ehtiramın yerini tutmuşdur. Hətta Qrant sixlərin məbədlərində xüsusi yerlərdə saxlanılır və sixlər məbədə daxil olarkən onların qarşısında əyilib təzim edirlər. İzdivac mərasimlərində bu kitabın ətrafına fırlanmaq sixlərin dini ayinlərindən sayılır.


DӘRSİN XÜLASӘSİ


Varlıq aləminin vahid yaradanına etiqad, qurtuluşa nail olmaq üçün Allahı zikr etmək six ayinində ibadətin ən əsas forması sayılır.

SUALLAR VӘ TAPŞIRIQLAR


1-Six ayinin tövhidçi nəzərlərini şərh edin.

2-Six ayini nəzərindən qurtuluş yolu nədir?

3-Nanakın insan barəsindəki nəzəri nədir?

4-Nanakın nəzərində varlıq aləmi necədir?

5-Six ayininin ibadət əməlləri hansılardır?

6-Sixlərin müqəddəs kitabları barəsində nə bilirsiniz?


Müəllimin göstərişi ilə six ayininin əqidə və rəylərini islam və hinduiizm əqidələri ilə müqayisə edib tənqid edin.

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə