qarşısında general
Tomson tərcüməçiyə
dönərək “Baş nazir
həzrətlərinə söyləyin
ki, hər hansı
bir hərbi
qüvvəni çıxarmaq
üçün hərbi qüvvəyə
sahib olmaq gərək.
Bildiyimə görə
q u r d u ğ u n u z
Cümhuriyyətinin
ordusu hələ qurulma-
mışdır” deyir. Fətəli
Xan tərcüməçiyə:
“General həzrətlə-
rinə söyləyin ki, o
yalnız hərbi birliyə
malikdir.
Ya xalq
qüvvələrinin nə ol-
duğunu bilmir və ya
hər xalqı Hindistan
xalqı zənn edir. Biz
azərbaycan türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100
minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb
sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə,
bir ovuc
ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir
neçə saatlıq məsələdir. Ancaq, biz nə onlardan pislik görmək, nə
də onlara pislik etmək istəyirik” cavabını vermişdi”. (Nağı
Şeyxzamanhnın xatirələri Bakı, “Qartal” nəşriyyatı, 1997, səh. 165-
166.)
Fətəli Xan Azərbaycanda ayrı-ayn hökumət qurumlarının
yaradılmasında, xüsusilə ölkənin müdafiəsi, daxili sabitliyin
qorunması və xarici siyasət məsələləri ilə bağlı sahələrin inkişaf
etdirilməsində xüsusi xidmətlər göstərmişdir. Bu baxımdan belə bir
fakt mühüm əhəmiyyət kəsb edir ki. Fətəli Xan 1-ci hökumət
kabinəsində eyni zamanda daxili işlər, ikinci kabinədə ədliyyə
24
və müəyyən
dövrdə həm də müdafiə, üçüncü kabinədə isə xarici
işlər naziri kimi çox vacib sahələrə rəhbərlik etmişdir. Hökumət
başçısı kimi onsuz da kifayət qədər işi olan bu insanın həmin
postları da tutmasının vəzifə aludəçiliyi ilə heç bir bağlılığı yox
idi və yuxarıda göstərilənlər bunu aydın sübuta yetirir. Görünür
həmin vəzifələrin kabinet sədrinə həvalə olunması hər şeydən
əvvəl ölkə həyatının daxili tələbatından,
bu sahələrin müstəqilliyin
qorunması və möhkəmləndirilməsində həqiqətən də, daha mühüm
sayılmasından irəli gəlirdi. Çünki Azərbaycanın 4-cü hökumətinə
başçılıq etmiş Nəsib bəy Yusifbəyli də eyni zamanda daxili işlər
naziri vəzifəsini icra et—mişdir. Azərbaycanın üç hökumətində
Nazirlər Şurasının sədri olmuş Fətəli xan Xoyski 24 dekabr 1919-
cu ildən 1 aprel 1920-ci ilə qədər fəaliyyət göstərmiş 5-ci
hökumətdə isə xarici işlər naziri postunu tutmuşdur.
Fətəli Xanın necə uzaqgörən
siyasətçi və dövlət xadimi
olduğunu onun müasirlərindən biri, Azərbaycanın müxtəlif
hökumətlərində üç dəfə nazir postu tutmuş M.Hacmskinin 29
dekabr 1930-cu ildə istintaqa verdiyi ifadə bir daha təsdiq edir:
“Mən burada Bakıda 1919-cu ilin sonlarında mənimlə İrandan
Londona göndərilmiş nümayəndə Mirzə Rza Xanla aramızdakı
bir söhbəti də gətirmək istəyirəm. O, Londondan Tehrana
gəlmişdi. Hökumət üzvlərinə danışmışdı ki, İngiltərənin Yaxın
Şərqdə Türkiyə ilə yanaşı böyük bir müsəlman dövləti yaratmaq
planı var. Belə bir dövlətin İran olacağı güman edilir.
Nəzərdə
tutulur ki, Azərbaycanın arzuladığı formaya uyğun şəkildə
Türkistan, Əfqanıstan və Azərbaycan birləşsinlər. O vaxtkı xarici
işlər naziri Xoyski ona diplomatik bir cavab vermişdi ki, bu barədə
fikirləşmək lazımdır, ancaq sonra hökumət dairələrində biz başa
düşdük ki, bu Bakını tutmuq üçün manevr imiş.
Bu cavab təəssüf
hissi ilə qarşılanmadı”.
Yeri gəlmişkən, bir fakta aydınlıq gətirmək istərdik. Fətəli
Xan haqqında yazan müəlliflərin əksəriyyəti (bizim tanış
olmadığımız materiallar da ola bilər - L.Ş.) onun çox az bir
müddətdə Azərbaycanın hərbiyyə naziri olduğunu qeyd
etməyiblər. Bu faktın ən sadə təsdiqi isə Naz
noyabr 1918-ci il tarixli qərarıdır: “Nazirlər