Biz ağır dövr yaşayırıq. Qarşıda yeni həyat formaları
yaratmaq kimi nəhəng işlər durur və bunun üçün bəzən partiya
mənsubiyyətindən, bu və ya digər millətin nümaynədəsi olmasından
asılı olmayaraq respublikanın bütün qüvvələrini səfərbər etmək
lazımdır. Mən bu niyyətlərlə mümkün namizədlərlə danışıqlara
başlamışam. Danışıqlar iki gündür davam edir və mən belə bir
kədərli faktı deməyə məcburam ki, parlamentin mənim üzərimə
qoyduğu vəzifəni yerinə yetirəcəyimə ümid çox azdır. Mən kabinet
yaratmaqdan imtina edəcəyəm.
-
İcazə verin öyrənək, hansı səbəblərə görə?
-
Səbəblər çoxdur, ən başlıcası, maraqların və tələblərin son
dərəcədə ziddiyyətli olmasıdır ki, mən bunları razılaşdırmağın
mümkün olacağını gönuürəm.
-
Milli, yaxud partiya xarakterli tələblər və maraqlar?
-
Daha çox şəxsi.
-
Danışıqların nəticələri nə vaxt aydınlaşa bilər?
-
Bu gün, yaxud sabah.
Ancaq təkrar edirəm, mən danışıqlann
nəticələrinə hədsiz pessimistcəsinə yanaşıram.
-
Onda çıxılmaz vəziyyət yaranır. Əgər Siz, parlament
fraksiyalarının e’timadını qazanmış şəxs bu vəzifənin öhdəsindən
gələ bilmirsinizsə, bunu başqası heç bacarmaz.
-
Nəyə görə, bəlkə başqası bacaracaqdır. Hər bir siyasi
xadimin öz prinsipləri və öz dünyagörüşü var. Mənim
dünyagörüşüm kabinet yaratmaqda qarşılaşdığım ziddiyətləri
razılaşdırmağa imkan vennir, ancaq ola bilər ki, başqası kəskin ucları
yumşaldar və barışıq xəttini tapar. Mən bütün son gücümü
toplamağa və vətənin rifahı naminə verməyə hazır olduğumu
demişəm, ancaq elə hədlər var ki, mən heç vaxt adlayıb keçə
bilmərəm.” (“Azərbaycan” qəzeti 1918, 22 dekabr).
Yeni kabinetin formalaşdırılması ilə bağlı belə çıxılmaz
vəziyyətin yarandığını görən bir sıra fırqə sədrlərinin hansı qərara
gəldikləri barədə “Azərbaycan” qəzetinin 1918-ci il, 24 dekabr
sayında aşağıdakı məlumat dərc olunub: “Dünən parlament fırqələri
sədrlərinin kabinet yaradılması ilə əlaqədar məsələnin müzakirəsinə
həsr edilmiş yığıncağı keçirilmişdir. Konvent senyorları ölkənin
indiki məsuliyətli və böhranlı vəziyyətində
21