Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   45   46   47   48   49   50   51   52   53

heykəlciyini qoymaq üçün düzəldilmiş divar oyuğuna oxşayırdı. Vaiz sürahidən bircə addım 
da geri ata bilməzdi. Bundan əlavə də onun naxışsız daş qübbəsi o qədər alçaqda tağlanırdı ki, 
orta boylu bir adam orda düz dayana bilməz, sürahiyə tərəf əyilməli olardı. Bütün bunlar 
vaizə əzab vermək üçün idi və başa düşmək olmurdu ki, içəridə bu qədər böyük, naxışlı-
bəzəkli kafedralar ola-ola, bu kimə və nəyə lazımdır... 
Əgər yuxarısında lampa asılmış olmasaydı, bu balaca kafedra, şübhəsiz ki, K.-nın diqqətini 
belə cəlb etməzdi. Lampanı ibadət başlamağa az qalanda ora qoyurdular. İndi ibadət olmalı 
idi? Özü də bomboş kilsədə? K. sütuna söykənə-söykənə kafedraya qalxan pillələrə baxdı. Bu 
pilləkən o qədər ensiz idi ki, deyərdin adamlar üçün deyil, sütuna vurulmuş naxışdır. Ancaq 
onun ayağnda – K. onu görəndə heyrətdən gülümsədi – doğrudan da bir keşiş dayanmışdı, bir 
əli ilə sürahidən yapışaraq yuxarı qalxmağa hazırlaşır və K.-ya tərəf baxırdı. Keşiş başını 
yüngülcə tərpətdi, buna cavab olaraq K. da xaç çəkərək baş əydi, halbuki bunu əvvəlcədən 
etməli idi. Keşiş özünə yüngül bir təkan verib qısa, ancaq cəld addımlarla kafedraya qalxmağa 
başladı. Doğrudan ibadət başlayırdı? Bəlkə kilsə xidmətçisi hələ ağlını tamam itirməmişdi, 
onu vaizin yanına gətirmək istəyirdi? Bəlkə kilsənin belə boş olduğu bir vaxtda bu çox vacib 
idi? Yeri gəlmişkın, hardasa Müqəddəs Məryəmin əksi önündə dayanmış bir qoca qadın da 
vardı, o da gələ bilərdi. Əgər bu ibadət idisə, bəs niyə orqan musiqisi yox idi? Orqan sakitcə 
dayanmışdı, qaranlıqda zəif parıltısı güclə sezilirdi. 
K. fikirləşdi ki, bəlkə burdan tez uzaqlaşsın, əgər indi getməsə, ibadət başlayandan sonra bunu 
edə bilməyəcək, onda gərək axıra kimi qalaydı. Onsuz da işdə italyalını gözləyəndə, çox vaxt 
itirmişdi, bundan artıq gözləməyə də borclu deyildi. Saatına baxdı: on bir idi. Doğrudan indi 
ibadət başlayırdı? Bəs o bütün ibadətçiləri əvəz edə bilərdi? Bəs o da kilsəyə baxmağa gəlmiş 
əcnəbi olsaydı necə? Əslində, belə idi. İndi ibadət olacağını fikirləşmək mənasız idi: saat on 
bir, iş günü. Belə pis hava... Yəqin keşiş – şübhəsiz ki, cavan keşiş idi, hamar, tutqun sifəti 
vardı – səhvən yandırılmış lampanı söndürmək üçün yuxarı qalxırdı. 
Ancaq belə deyildi. Keşiş lampanı bir neçə dəfə yoxladı, işığını bir az artırdı, sonra yavaş-
yavaş sürahiyə tərəf döndü, hər iki əlini onun üstünə qoydu. Xeyli beləcə dayandı, başını 
tərpətmədən içəriyə göz gəzdirdi. K. xeyli geri çəkilərək dirsəyi ilə lap öndəki skamyaya 
söykənmişdi. Ona gəldi ki, bayaqkı beli bükülmüş xidmətçi hardasa gözünə dəydi, vəzifəsini 
yerinə yetirəndən sonra bir kənarda rahatca büzüşüb oturmuşdu, ancaq hara olduğunu dəqiq 
bilmədi. Kilsəyə elə sakitlik çökmüşdü ki! K. bu sakitliyi pozmalı idi, burda qalmaq istəmirdi. 
Əgər keşiş müəyyən saatda şəraiti nəzərə almayıb moizə etməli idisə, qoy eləsin, onsuz da K-
nın burda olub-olmamsı heç nəyi dəyişmirdi. Yavaş-yavaş yerindən tərpəndi, ayağının ucu ilə 
skamyaya toxuna-toxuna geniş orta yola çıxdı, heç bir maneəyə rast gəlmədən irəliləməyə 
başladı. Yalnız daş döşəmə üzərindəki sakit addım səsləri eşidilir və bu səs də 
arasıkəsilmədən ahəngdar şəkildə qübbələrdə əks-səda verirdi. K. bəlkə də keşişin baxışları 
altında bomboş skamyaların arası ilə gedə-gedə özünü bir az tənha hiss elədi, üstəlik də ona 
elə gəldi ki, kilsə yaman böyükdür, adam buna dözə bilməz. Bayaqkı yerə çatanda, 
dayanmadan əlini uzadıb kitabçanı götürdü. Demək olar, skamyalar qurtarmışdı, onlarla çıxış 
qapısı arasındakı boş yerə yaxınlaşırdı ki, ilk dəfə keşişin səsini eşitdi. Uca, ötkəm bir səs! Bu 
böyük kilsəyə necə də yayıldı! Yox, keşiş ibadətçilərə müraciət etmirdi, kimə müraciət etdiyi 
qəqiq bilinirdi, ondan qaçmaq olmazdı: 


-Yozef K.! 
Dayanıb yerə baxdı. Hələlik azad idi, gedə bilərdi, yaxınlıqdakı üç balaca qapının birindən 
çıxıb qaça bilərdi. Özünü elə göstərə bilərdi ki, başa düşməyib, ya da başa düşüb, ancaq 
vecinə almır. Geri dönməyi ilə yerində mıxlanıb qalmağı bir oldu, çünki bunula etiraf etmiş 
oldu ki, hər şeyi yaxşı başa düşüb, çağırılan odur və elə özü bu çağırışa doğru getmək istəyir. 
Keşiş bir də çağırsa, yəqin ki çıxıb gedərdi, ancaq sakitlik olduğundan və özü də dayandığı 
üçün keşişin nə etdiyini bilmək məqsədilə başını azacıq geri döndərdi. O bayaqkı kimi sakitcə 
kafedrada dayanmışdı və aydınca hiss olunurdu ki, K.-nın başını geri döndərdiyini görüb. K. 
indi tamamilə geri dönməsəydi, bu, uşaq kimi gizlənpaç oynamağa bənzəyərdi. Belə də elədi, 
keşiş əlinin işarəsilə onu yanına çağırdı. Artıq hər şey göz qabağında idi və K. həm onu 
bürüyən maraqdan, həm də məsələni tez həll eləyib qurtamaq üçün iri, sürətli addımlarla 
kafedraya tərəf qayıtdı. Skamyaların birinci cərgəsinə çatanda dayandı, ancaq bu məsafə 
keşişə çox uzaq göründü, əlini irəli uzadaraq şəhadət barmağı ilə kəskin şəkildə kafedranın 
yaxınlığını göstərdi. K. göstərilən yerə gəldi, ancaq onu görmək üçün başını geri atmalı oldu. 
– Sən Yozef K.-san, – deyə keşiş sürahiyə qoyduğu əlini qeyri-müəyyən tərzdə yuxarı 
qaldırdı. 
– Bəli! 
Fikirləşdi ki, əvvəllər çəkinmədən adını deyirdi, ancaq neçə vaxt idi ki, adını demək onun 
üçün ağır yükə çevrilmişdi, indi birinci dəfə gördüyü adamlar da onun adını bilirdi. Ah, özünü 
təqdim edərək adını söyləmək necə də gözəl imiş! 
– Sən ittiham olunursan! – Keşiş bu sözləri lap alçaqdan dedi. 
– Bəli, bunu mənə artıq deyiblər. 
– Elə isə, sən axtardığım adamsan. Mən türmənin keşişiyəm. 
– Belə de... 
– Səni bura çağırtdırmışam ki, söhbət eləyim. 
– Bunu bilmirdim. Bura ona görə gəlmişdim ki, kilsəni italiyalı qonağa göstərim. 
– İkinci dərəcəli şeylərdən danışma! Əlindəki nədir? Dua kitabıdır? 
– Xeyr, şəhərin görməli yerləri haqqında kitabçadır. 
– Tulla getsin! 
K. kitabçanı elə bərk tulladı ki, o, göydə açıldı və vərəqləri yellənə-yellənə döşəmənin üstü ilə 
bir az sürüşdü. 
– Bilirsənmi məhəkəmədə işlərin pis gedir? 
– Mənə də elə gəlir. Çox çalışdım, ancaq indiyə qədər bir şey çıxmadı.Yeri gəlmişkən, heç 
vəkalətnamə də hazır deyil. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə