Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   45   46   47   48   49   50   51   52   53

Düz saat onun yarısında – durub getmək istəyəndə, telefon zəng çaldı, Leni ona “Sabahın 
xeyir!” – deyib, əhvalını soruşdu. K. tələsik təşəkkür edərək dedi ki, indi onunla çox danışa 
bilməyəcək, çünki kilsəyə getməlidir. 
– Kilsəyə? – Leni təəccübləndi. 
– Bəli, kilsəyə... 
– Kilsədə nə işin var? 
K. hər şeyi ona qısa şəkildə başa salmaq istədi, ancaq çatdıra bilmədi, çünki Leni qəfildən 
dedi: 
– Onlar səni qızışdırır! 
Diləmədiyi, gözləmədiyi bu halıyananlıq K.-nın xoşuna gəlmədi, ona görə də bir-iki sözlə 
vidalaşdı, ancaq dəstəyi yerinə qoyanda, yarı özünə, yarı da uzaqda olan qıza – o bunu heç 
eşitmədi – dedi: 
– Bəli, məni qızışdırırlar... 
Artıq gec idi, gecikmək təhlükəsi vardı. Taksi ilə getdi, yalnız son anda yadına düşmüşdü ki, 
səhər-səhər imkan tapıb kitabçanı qonağa verə bilməmişdi və onu da özü ilə götürmüşdü. İndi 
onu dizinin üstünə qoymuşdu və bütün yol boyu da əsəbi halda əli onu döyəcləyirdi. Yağış 
səngimişdi, ancaq hava sərin və tutqun idi, nəm iyi verirdi. Belə havada kilsədə çox şeyə 
baxmaq mümkün deyildi, ancaq orda soyuq kaşının üstündə çox dayanmaq K.-nın 
soyuqdəyməsini daha da mürəkkəbləşdirəcəkdi. Kilsə meydanı bomboş idi və K.-nın yadına 
düşdü ki, hələ uşaq vaxtı bu dar meydanın ətrafındakı evlərin pəncərələrində pərdələrin 
həmişə salınması onun diqqətini cəlb etmişdi. Ancaq belə havada bu başadüşülən idi. 
Deyəsən, kilsə da boş idi, çünki belə havada heç kim bura gəlməzdi. K. hər iki köndələn 
tağları gəzdi, yalnız isti şala bürünüb Müqəddəs Məryəmin əksi önündə diz çökərək ona 
baxan yaşlı qadına rast gəldi. Sonra uzaqdan axsaya-axsaya yan qapıda gözdən itən itən bir 
xidmətçini gördü. K. vaxtında gəlmişdi, içəri girən kimi saat onu vurdu, ancaq italiyalı hələ 
görünmürdü. K. əsas girişə tərəf qayıtdı, nə edəcəyini bilməyib orda bir az dayandı, yağış 
başından tökə-tökə kilsənin ətrafına dolandı ki, bəlkə qonaq səhvən yan qapıların birinin 
ağzında gözləyir. Ancaq onu heç yerdə tapa bilmədi. Bəlkə direktor vaxtı düz başa 
düşməmişdi? Məgər bu adamın özünü düz başa düşmək olurdu? Hər necə olsa da, K., onu 
yarım saat gözləməli idi. Yorulduğu üçün oturmaq istədi, təzədən kilsəyə girdi, pillələrdən 
birində xalçaya bənzəyən palaz çırığı gördü, onu ayağının ucu ilə yaxındakı skamyanın önünə 
çəkdi, bərk-bərk paltosuna büründü, onun yaxalığını yuxarı qaldırıb oturdu. Fikrini dağıtmaq 
üçün kitabçanı açdı, onu bir az vərəqlədi, ancaq tez də dayanmalı oldu, çünki ətraf birdən elə 
qaranlıqlaşdı ki, başını qaldıranda, yaxındakı köndələn tağlarda belə heç nəyi seçə bilmədi.  
Uzaqda – baş mehrabın üstündə üçbucaq şəklində şamlar yanırdı. K. bunları əvvəlcə görüb-
görmədiyini deyə bilməzdi. Bəlkə də yenicə yandırmışdılar. Axı kilsə xidmətçiləri elə bil 
ayaqyalın gəzirlər, onları görmək olmur. K. təsadüfən geri dönəndə, arxa tərəfindəki sütuna 
bərkidilmiş uzun, qalın bir şamın da yandığını gördü. Gözəl idi, ancaq qaranlıqdakı yan 


mehrablardan asılmış şəkilləri işıqlandırmağa bəs eləmirdi, qaranlığı daha da dərinləşdirirdi. 
İtaliyalı gəlməməklə nəzakətsizlik eləmiş olsa da, ağıllı tərpənmişdi, onsuz da heç nəyi 
görmək olmurdu, uzaqbaşı K.-nın elektrik cib fanarının işığında gömrük işçisi kimi nəyəsə 
baxa bilərdi. K. bunu yoxlamaq üçün yan tərəfdəki yaxın kapellalardan birinə yaxınlaşdı, bir-
iki pillə qalxaraq ən aşağıdakı mərmər sürahiyə çatanda dayandı, onun üstündən bir az qabağa 
əyilərək mehrabdakı şəkli fənərlə işıqlandırdı. K.-nın ilk gözünə sataşan, qismən də tanış 
gələn şəklin lap qurtaracağında təsvir olunmuş zirehli cəngavər oldu. O qarşısındakı qupquru 
torpağa – yalnız orda-burda qurumuş ot saplaqları görünürdü – sancdığı qılıncına söykənmişdi 
və deyəsən, qarşısında baş verənləri diqqətlə izləyirdi. Qəribə idi ki, o dayanıb qalmışdı və 
oraya yaxınlaşmırdı. Ola bilsin, onu keşik çəkməyə qoymuşdular. Çoxdan şəklə baxmayan K. 
lampanın yaşıl işığı gözlərini qamaşdırsa da, uzun-uzadı cəngavərə tamaşa elədi. Sonra işığı 
şəkilin başqa tərəfinə döndərəndə Isanın sərdabəyə qoyulması mərasimini gördü. Bu səhnə 
burda da bütün başqalarında olduğu kimi təsvir edilmişdi və şəkil də lap təzə idi. O, lampanı 
cibinə qoyub bayaq oturduğu yerə qayıtdı. 
Yəqin ki daha italiyalını gözləməyə dəyməzdi, bayırda da yağış leysana çevrilmişdi və burda 
gözlədiyi qədər də soyuq olmadığı üçün K. qərara aldı ki, hələlik içəridə qalsın. Yaxınlığında 
böyük bir kafedra vardı, onun balaca, yumru damına da bir-birinə tərəf əyilmiş iki qızıl xaç 
bərkidilmişdi və onlar da lap son nöqtələrində kəsişirdilər. Sürahinin çöl divarı və əsas sütuna 
keçid yaşıl yarpaqlardan düzəldilmiş, uçan və uçmayan balaca mələklər də onlardan 
yapışmışdılar. K. kafedranın qabağına gəlib onu hər tərəfdən yoxladı: daş çox diqqətlə 
işlənmişdi, onun arxa tərəfi ilə yaşıl yarpaqlar arasındakı qatı qaranlığı sanki aldadıb oraya 
salmış, ağzını da bağlamışdılar. K. əvvəlcə əlini həmin boşluğa saldı, sonra da onu ehtiyatla 
daşın üstündə gəzdirdi. İndiyə qədər burda kafedranın olduğunu bilməmişdi. Həmin anda 
təsadüfən o biri cərgədəki skamyaların arasında bir kilsə xidmətçisinin dayandığını gördü. 
Onun çiynində qasıglı qara cübbə var idi, sol əlində burunotu qabı tutmuşdu və özü də K.-ya 
tərəf baxırdı. “O nə istəyir?” – deyə K. ürəyindən keşirdi. -“Yoxsa məndən şübhələnir? Bəlkə 
çaypulu istəyir?” Xidmətçi K.-nın onu gördüyünü hiss edən kimi sağ əli ilə – onun iki 
barmağı arasında bir çimdik tütün vardı – qeyri-müəyyən bir istiqaməti göstərdi. K. onun 
hərəkətlərindən heç nə anlamadı, bir az da gözlədi, ancaq xidmətçi dayanmırdı, əli ilə nəyisə 
göstərirdi, üstəlik də təsdiq əlaməti kimi başını tərpədirdi. “O nə istəyir?” – deyə K. astadan 
soruşdu, çünki burda bərkdən danışmağa cəsarət etmirdi. Sonra pulqabını çıxarıb o biri 
cərgəyə keçdi ki, ona yaxınlaşa bilsin. Kişi o dəqiqə əlini yellədərək onu rədd etdi, çiyinlərini 
çəkdi və axsaya-axsaya ordan uzaqlaşdı. Belə yerişi – hoppana-hoppana axsamağı – K. uşaq 
vaxtı çox yeriyir, guya at çapırdı. “ Qocalığında uşaqlaşıb” – K. ürəyindən keçirdi – “Ağlı 
indi yalnız kilsə xidmətçisi olmağa çatır. Mən dayanan kimi o da durur, pusur ki, mən nə vaxt 
yerimdən tərpənəcəm!” K. gülə-gülə bütün yan tağları keçib qocanı baş mehraba qədər izlədi. 
Qoca hələ də dayanmadan nəyisə göstərirdi, ancaq K. qəsdlə o tərəfə baxmırdı, bilirdi ki, onu 
azdırmaq üçün belə eləyir. Axırda doğrudan da qocadan əl çəkdi, çünki onu çox da qorxutmaq 
istəmirdi, üstəlik də onu çox ürkütmək olmazdı, italyalı gəlib çıxsa, bunu da görərdi. 
Əsas yolla geri qayıdıb kitabçanı qoyduğu yeri axtaranda, sütunların birinin yanında, mehrab 
xoru üçün qoyulmuş skamyaların lap yaxınlığında balaca, sadə, çılpaq, bomboz bir daşdan 
yonulmuş kafedra gördü. Kafedra o qədər balaca idi ki, uzaqdan hansı Müqəddəsinsə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə