Fitnə şəraİtİndə vəzİfələr



Yüklə 0,59 Mb.
səhifə8/8
tarix20.10.2017
ölçüsü0,59 Mb.
#5918
1   2   3   4   5   6   7   8

Nəticə alınan vəzifələr

1- Cəmiyyəti aydınlatmağa və fitnənin təsirlərini aradan qaldırmağa dair ən böyük məsuliyyət ruhaniliyin üzərinə düşür;

2- Fitnəkarları təyin etməkdən daha çox fitnənin mənası, fitnəkarların üsulları və fitnədən keçidin yolları üzərində işləmək lazımdır;

3- Cəmiyyəti din, etiqad və şübhələr baxımından aydınlatmaq inqilabı və quruluşu sığortalamaqdan əlavə ruhaniliyin və təqlid müctəhidlərinin mövqeyini də möhkəmlədir;

4- Cəmiyyət düşmənlərin mənfi təbliğatının təsiri altına düşməməkdən ötrü ruhaniliyin xidmətləri və əhəmiyyəti ilə yaxından tanış olmalıdır. Bu mühüm iş cəmiyyətin bütün ayıq insanlarının, xüsusən də ruhaniliyin üzərinə düşür;

5- Cəmiyyətdə düşmən tərəfindən elm hövzələrinin və ruhanilərin roluna dair şübhələr yayılır. Ruhanilər öz əməlləri ilə onu zərərsizləşdirməlidirlər;

6- Hövzənin və ruhanilərin dövlətlə əlaqə və həmkarlığına dair şübhələr də ortaya atılır. Ruhanilər onları tanımalı, təsir altına düşməməli, öz dəstək və həmkarlıqlarını artırmalıdırlar;

7- Ruhanilik dünyanın düşüncə və idarə problemlərinin həllində qabaqcıl olmalıdır;

8- Dünyada geniş yayılmış düşüncələri tənqid etmək, xalqları qane etmək üçün güclü və məntiqli nəzəriyyələr təqdim etmək;

9- İnqilabçılıq zəruri olaraq radikallıqla yanaşı deyil. Məntiq, ağıl və diqqət inqilabçılıqla yanaşı olmalıdır;

10- Düşmən hövzə tələbələrini iki qrupa bölüb hər birini bir şeydə ittiham etməyə çalışır. Sayıqlıqla bu tələdən qaçmaq lazımdır.
Bəsicin vəzifələri

Qeyd olunan vəzifələr

1- Düşmənin planlarını zərərsizləşdirmək üçün zəif cəhətləri araşdırmağın zəruriliyi;

2- Nöqsan və ziyanları aradan qaldırmaq hərəkət üçün vacib şərtlərdəndir;

3- Ayıqlıq yumşaq müharibədə mübarizənin ən mühüm yoludur;

4- İnqilabla və ölkənin müstəqilliyinə müxalif olan şəxslərin qarşısında birliyi və həmrəyliyi qorumaq;

5- Satqın şəxsləri xalqdan ayırarkən səhvə yol verməmək;

6- İmana, ayıqlığa, həvəsə və meyarlara riayət etməyə malik olmaq lazımdır;

7- Real nümunələri təyin edərkən diqqətli olmaq;

8- Ölkəyə Bəsic ruhiyyəsini hakim etmək;

9- Bəsicin rol oynadığı sahələrin rəngarəngliyinə, xüsusən də elmi və mədəni yenilik yanaşmasına diqqət yetirmək;

10- Meyar ayıqlıq, ixlas, zamanında və qədərincə əməl etməkdir. Bunların hamısına malik olun;

11- Təhlil və seçim qabiliyyəti əldə etmək lazımdır;

12- Meyar İslamdır, şəxslər yox;

13- Hansı işin düşmən istiqamətində və hansı işin onun əksinə olduğunu bilmək lazımdır;

14- Anları tanımaq və hansı işin harada görülməli olduğunu bilmək lazımdır;

15- Sözügedən üç meyar üçün nəfslə cihad, yəni böyük cihad zəruridir;

16- Düşmənin bu gün izlədiyi xətti - yəni həqiqətləri tərsinə göstərmək xəttini tanımaq lazımdır.
Nəticə alınan vəzifələr

1- Xalqda şübhəyə, tərəddüdə və etimadsızlığa mane olmaq lazımdır;

2- Ürəklərdə bir-birinə qarşı kin yaradan hər bir söz və hərəkətdən çəkinmək lazımdır;

3- Əsas məsələ birliyi qorumaqdır və hər bir hərəkət bu meyarla dəyərləndirilə bilər;

4- Bəsic ölkə məmurlarına dayaq olmalıdır;

5- Müxtəlif cihad meydanlarında öncül olan Bəsic ayıqlıqda, ixlasda və zamanında əməl etməkdə də öncül olmalıdır;

6- Ayıqlıq, ixlas və zamanında əməl etmək elementlərinin hansı biri olmasa, yolu tapmaq çətinləşəcək, səhv və yayınma imkanı artacaq;

7- Bəsic digər fəaliyyətlər kimi zehinləri aydınlatmada da mühüm rol ifa etməlidir.



Xalqın vəzifələri

Qeyd olunan vəzifələr

1- Dostu və düşməni tanımaq;

2- Dostu düşmənlə səhv salmamaq;

3- Dostu və düşməni qarışdırmamaq;

4- Düşmənlə lazım olan rəftarı dostla etməmək;

5- Ayıq və sayıq olmaq;

6- Vəhdəti qorumaq əsas məsələdir;

7- Yersiz səhv tutmaqdan çəkinmək;

8- İkinci dərəcəli məsələləri birinci dərəcəli etməmək;

9- Birinci dərəcəli məsələləri unutmamaq;

10- Allahın ipinə sarılmaq;

11- Bir-birinə dözmək;

12- Köklü prinsiplər əsasında yekdil olmaq;

13- İxtilafları artırmaq olmaz;

14- Kimisə əsassız ittiham etmək olmaz;

15- İnsafla davranmaq və insafla danışmaq lazımdır;

16- Hətta düşmənə qarşı da insafsızlıq və ədalətsizlik etmək olmaz;

17- Hamı İslam Respublikasının və İslam quruluşunun bayrağı altına toplaşsın;

18- Prinsiplərə sadiqlik və üslub fərqlərinə dözmək;

19- Öz nəfsinə bədgüman olmaq və ona aldanmamaq;

20- Üslub fərqləri nəfsi istəklərlə qarışmamalıdır;

21- Diqqət yetirmək lazımdır ki, həmişə, hətta ən yaxşı şəraitlərdə də inqilabın və müsəlman İranın düşmənlərinin zərbə vurmaq imkanı var;

22- Siyasi həyatda yuxuya qalmamaq;

23- Bir-birinə bədbin olmamaq və düşmən gözü ilə baxmamaq;

24- Ayıq olmaq;

25- Əgər bəzi düşmənlərin inqilab üçün pusqu qurduğunu unutsaq, zərbə görəcəyik;

26- Sözün həqiqi mənasında ayıq olmaq və düşmənə aldanmamaq;

27- Təqva, şəxsi yayınma və fəsada uğrama sarıdan özündən ehtiyatlı olmaq;

28- Şəxsi yayınma və fəsada uğrama sarıdan bir-birindən ehtiyatlı olmaq;

29- Məmurlara öyüd-nəsihət vermək;

30- Məmurların səhvlərini xatırlatmaq;

31- Allaha sığınmaq və Allahdan kömək istəmək;

32- Kiçik səhvlərdən və günahlardan çəkinmək;

33- Fitnəkarların əlində alət olmamaq və bizdən istifadə etmələrindən ehtiyatlanmaq;

34- Bilmək lazımdır ki, sükut etmək, kənara çəkilmək və danışmamaq bəzən fitnəyə kömək edir;

35- Fitnə şəraitində aydınlatmaq və ayıqlıq işi ümumi vəzifədir;

36- Ayıqlığın mənasına - nə istədiyinizə və özünüzlə nə götürməli olduğunuza diqqət yetirmək. Ayıqlıq kompasdır;

37- Ayıqlıq olduqda fitnə dumanları insanı azdıra bilmir;

38- Diqqət yetirmək lazımdır ki, əgər ayıqlıq olmasa, insanın niyyəti yaxşı olsa da, bəzən pis yola qədəm qoyar;

39- Diqqət yetirmək lazımdır ki, bugünkü mürəkkəb ictimai həyatda ayıqlıq olmadan hərəkət etmək olmaz;

40- Müxtəlif ayıqlıqlara malik olmaq:

Məqsəddə ayıqlıq;

Vasitədə ayıqlıq;

Düşməni tanımaqda ayıqlıq;

Yolun maneələrini tanımaqda ayıqlıq;

Bu maneələrin qarşısını almaq və onları aradan qaldırmaq yollarını bilməkdə ayıqlıq;

41- Ruhanilər, universitet mənsubları və cəmiyyətin öhdəçi adamları ayıqlığa əhəmiyyətli yanaşsınlar;

42- Gənclər öz ayıqlıqlarını artırsınlar;

43- Ayıqlığı artırmağa və dərinləşdirməyə çalışmaq;

44- Düşməni tanımaqda, haqqı və nahağı ayırd etməkdə ayıqlıq əldə etməyə çalışmaq;

45- Haqqın və nahağın səhv salınmasına imkan verməmək;

46- Quruluşa qarşı vəfadarlığı davam etdirmək;

47- Düşmənin yaydığı şayiələrə, bədbinliklərə və ümidsizliklərə diqqət yetirməmək;

48- Məmurlarla əlaqəni və onlara etimadı gücləndirmək;

49- Ruhanisiz və siyasətsiz İslam təxribatlarında düşmən sözlərinə etina etməmək;

50- Söz birliyini ciddi saymaq;

51- Üç hakimiyyət orqanı ilə sıx həmkarlıq etmək;

52- Bütün hakimiyyət orqanlarının, xüsusən də icra hakimiyyətinin zəhmətlərinə diqqət yetirmək.


Nəticə alınan vəzifələr

1- Ümumi təhlükəsizliyi pozanlara qarşı tədbir quruluşun vəzifəsidir, xalqın yox;

2- Xalq fitnələrdə daha çox iğtişaş törədənləri tanıyıb dövlət məmurlarına xəbər vermək vəzifəsini daşıyır;

3- Dostu və düşməni ayırmaqda səhv və dostla düzgün olmayan rəftar iğtişaş törədənlər və düşmənlər üçün münasib şərait yaradır;

4- Ümumi birliyə zərbə vuran hər bir əməl qeyri-düzgün və səhvdir;

5- İxtilaf yaradan hər bir əməl düşmənin dəyirmanına su tökməkdir;

6- İxtilaflar insafsızlıqdan, ədalətsizlikdən və əsassız ittihamlardan yaranır və dərinləşir;

7- İnsaf, ədalət və ittihamdan çəkinmək düşmənin ixtilaf yaratmaq və onu gücləndirmək planını zərərsizləşdirir;

8- Üslub və dərk fərqlərini prinsiplərdə ixtilafa çevirən amil nəfsdir. Ondan qorunmaq lazımdır;

9- Düşmən üslub fərqlərini prinsiplərdə fərqə çevirməyə çalışır. Ehtiyatlı olmaq lazımdır;

10- Onuncu prezident seçkiləri və ondan sonrakı hadisələr böyük bir təcrübədir. Ona ciddi yanaşmaq və təkrarına mane olmaq lazımdır;

11- Xalqın iştirakı nə zaman gözəçarpan şəkildə artsa, düşmən onu dəyişdirmək və daha çox zərbə vurmaq fikrinə düşür;

12- İxtilaflar düşmənin sui-istifadə etməsinə və fürsət gözləyən qüvvələrin səfərbər olunmasına şərait yaradır;

13- Fəsad və yayınma tədricən baş verir. Ehtiyatlı olmaq və təqva ilə onun qarşısını almaq lazımdır;

14- Əməldə yayınma etiqadda yayınmaya bais olur. Odur ki, etiqadda yayınmamaq üçün əməldə ehtiyatlı olmaq lazımdır;

15- Günah insanı nifaqa çəkir. Odur ki, münafiqlər günahkar, ehtiyat etməyən və təqvasız insanlardır. Ehtiyatlı olmamaq və təqvasızlıq insanı nifaqa düçar edir;

16- Sükut edənlər, yaxud kənara çəkilənlər məşhur hədisə əməl etdiklərini düşünürlər, halbuki onlar hədisi səhv anlamışlar;

17- Fitnə şəraitində ayıq və görkəmli adamların üzərinə daha artıq aydınlatma vəzifəsi düşür;

18- Fitnə şəraitində sükut etmək və kənara çəkilmək cəmiyyəti daha artıq dumanlatmaq üçün fitnəkarlara kömək edir;

19- Aldanmamaq üçün hadisələrdə düşünüb-fikirləşmək lazımdır;

20- Elm və savad adamları, hövzə və universitet mənsubları gənclərin və cəmiyyətin ayıqlığını artırmağa çalışsınlar;

21- Dost libasında olan düşməni və haqq libasında olan nahağı tanımaq lazımdır;

22- Düşmənin ən mühüm təsir imkanı və istifadə etdiyi amil ayıqlığın olmaması, düşmənə və onun üsullarına qarşı cəhalətdir;

23- 2009-cu il fitnəsindən təcrübə toplamaq və ayıqlığı artırmaq;

24- Dini etiqadı və dərki günbəgün artırmaq və düşmənlərin mürəkkəb təxribatlarını zərərsizləşdirmək üçün siyasi ayıqlıq;

25- Ruhaniliklə əlaqəni və onlara etimadı günbəgün gücləndirmək;

26- Həqiqi söz birliyinin meyar və əlamətlərinə, həmçinin fərdlərin və qrupların ona nə qədər sadiq olmasına diqqət yetirmək;

27- Bütün hakimiyyət orqanlarının, xüsusən də icraçı orqanın zəhmətlərini görməzliyə vurmaq və hökumətin işləri haqda insafsızlıq etmək düşmənlərin xeyrinədir.


Məmurların vəzifələri

Qeyd olunan vəzifələr

1- Fəsad və iğtişaş törədən şəxslərlə, inqilabın təhlükəsizliyinin düşmənləri ilə mübarizə aparmaqla eyni zamanda ölkəni idarə etmək;

2- Fitnə şəraitində ölkənin idarəsi;

3- Ölkəni inkişaf etdirmək və düşmənin vasitəsi ilə quruluşun inkişaf və iqtidarının sarsılmasının qarşısını almaq;

4- Vəzifələri qüdrət, qüvvə və diqqətlə yerinə yetirmək;

5- Xalqın narazılığına səbəb olan və onlar üçün problem yaradan amilləri, məsələn məişət, işsizlik və idarə problemlərini aradan qaldırmağa çalışmaq;

6- Dövlət idarələrinin bir-biri ilə əməkdaşlıq etməsi.
Nəticə alınan vəzifələr

1- Məsul şəxslərin başları hadisələrə qarışıb ölkənin idarəsini və proqramların icrasını unutmasınlar. Düşmənin və fitnə törədənlərin istəyi budur;

2- Məmurlar fitnə törədənlərə qarşı tədbirə ciddi yanaşsınlar, ölkənin təhlükəsizliyinin zəifləməsi ilə inkişaf proqramlarının dayanmasına imkan verməsinlər.
Mətbuatın vəzifələri

Qeyd olunan vəzifələr

1- Həqiqətləri yaxşı işıqlandırmaq;

2- Məsələləri birinci və ikinci dərəcələrə bölməkdə insaflı olmaq;

3- Fitnə şəraitində birinci və ikinci dərəcəli məsələləri təyin etmək və birinci dərəcəli məsələlərə daha böyük əhəmiyyət vermək;

4- Seçkiləri sual altına salmaqdan ibarət olan böyük cinayətə göz yummamaq.
Nəticə alınan vəzifələr

1- Qəzetlər başlıq seçimində və məsələlərin işıqlandırılmasında milli maraqları və düzgün informasiya çatdırmaq prinsipini nəzərə alsınlar;



2- Həqiqətləri aydınlatmaqda və xalqın düşüncələrini düzgün istiqamətə yönəltməkdə qəzetlərin üzərinə mühüm vəzifə düşür. Bu rolu layiqincə yerinə yetirmək lazımdır.

1 Tehranın cümə namazı xütbələrindən: 2009.

1 Tehranın cümə namazı xütbələrindən: 2009.

2 Tehranın cümə namazı xütbələrindən: 2009.

1 Ali Məhkəmənin sədri və məsul işçiləri ilə görüşdə çıxışından: 2009.

1 Ali Məhkəmənin sədri və məsul işçiləri ilə görüşdə çıxışından: 2009.

2 Ali Məhkəmənin sədri və məsul işçiləri ilə görüşdə çıxışından: 2009.

3 Ali Məhkəmənin sədri və məsul işçiləri ilə görüşdə çıxışından: 2009.

1 Tehranın cümə namazı xütbələrindən: 2009.

1 Məbəs bayramında çıxışdan: 2009.

2 Məbəs bayramında çıxışdan: 2009.

1 Əhzab/39.

2 Ənfal/29.

1 Əhzab/37.

2 Ali-İmran/173.

3 Ali-İmran/174.

1 Məhəmməd/7.

2 Həcc/40.

3 Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009.

1 Nisa/79.

1 Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009.

1 Nəhcül-bəlağə, xütbə: 50.

2 İslam Təbliğatı Komitəsinin Əlaqələndirmə şurasının üzvləri ilə görüşdə çıxışından: 2010.

1 Hövzə tələbələri və ruhanilərlə görüşdə çıxışından: 2009.

1 Əhzab/39.

2 Fəth/7.

3 Yenə orada.

1 Şairlərlə görüşdə çıxışından: 2009.

1 Tələbələr və elmi nümunələrlə görüşdə çıxışından: 2009.

1 Tələbələr və elmi nümunələrlə görüşdə çıxışından: 2009.

1 Universitet müəllimləri ilə görüşdə çıxışından: 2009.

1 Zümər/17-18.

2 Ölkənin elmi elitasının nümayəndələri ilə görüşdə çıxışından: 2009.

1 Ölkənin elmi elitasının nümayəndələri ilə görüşdə çıxışından: 2009.

1 Hövzə tələbələri və ruhanilərlə görüşdə çıxışından: 2009.

1 Nəhcül-bəlağə, məktub: 62.

2 Təhsil Naziri və Tehran Universitetinin müəllimləri ilə görüşdə çıxışından: 2009.

1 Tövbə/52.

1 Nəhcül-bəlağə, xütbə: 103.

1 Nəhcül-bəlağə, xütbə: 153.

2 Nəml/14.

1 Bax: Nəhcül-bəlağə, xütbə: 50.

1 Nəhcül-bəlağə, xütbə: 2.

2 Qum vilayətinin tələbə və gəncləri ilə görüşdə çıxışından: 2010

1 Hövzə tələbələri və ruhanilərlə görüşdə çıxışından: 2009.

1 Qum əhalisinin böyük toplantısında çıxışdan: 2010.

1 Qum Elmi Hövzəsinin tələbə, alim və müəllimləri ilə görüşdə çıxışından: 2010.

1 Qum Elmi Hövzəsinin tələbə, alim və müəllimləri ilə görüşdə çıxışından: 2010.

1 Qum Elmi Hövzəsinin tələbə, alim və müəllimləri ilə görüşdə çıxışından: 2010.

1 Ölkənin Bəsic üzvləri ilə görüşdə çıxışından: 2009.

1 Ənfal/74.

2 Qum şəhərinin Əli ibn Əbu Talib (ə) briqadasının komandiri general Cabbari.

3 "Ət-Təraif fi mərifə məzahib ət-təvaif", c. 1, səh: 136.

1 Yunus/82.

2 Qum vilayətinin minlərlə Bəsic üzvü ilə görüşdə çıxışından: 2010.

1 Həzrət Əmirəlmömininin (ə) doğum günündə çıxışdan: 2009.

1 İslam Şurası Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009.

1 Maidə/8.

2 İslam Şurası Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009.

3 İslam Şurası Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009.

1 Onuncu prezidentin tənfiz (prezidentliyi təsdiqetmə) mərasimində çıxışdan: 2009.

1 Rum/10.

2 Tövbə/77.

3 Ali-İmran/155.

4 Tehranın cümə namazı xütbələrindən: 2009.

1 Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009.

1 Çalus və Noşəhr əhalisi ilə görüşdə çıxışından: 2009.

1 Bax: Nəhcül-bəlağə, xütbə: 50.

2 Çalus və Noşəhr əhalisi ilə görüşdə çıxışından: 2009.

1 Qum əhalisinin böyük toplantısında çıxışdan: 2010.

1 Qum əhalisinin böyük toplantısında çıxışdan: 2010.

1 19 Dey (9 Yanvar) qiyamının ildönümündə Qum əhalisi ilə görüşdə çıxışından: 2010.

1 Qum əhalisinin böyük toplantısında çıxışdan: 2010.

1 Ölkənin elmi elitasının nümayəndələri ilə görüşdə çıxışından: 2009.

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə