Kitabı hazırladılar:
Q.M.Palatnikov
R.Q.Qasımov
Bədii redaktor:
???
Korrektor:
???
Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafi ya Мərkəzi, 2010, 168s.
Kitabda Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz
Boru Kəməri layihə sinin
Azərbaycanda torpaqayırma prosesinin uğurla həyata keçirilməsinin təfsilatları yer
alır. Vəsait enerji sektorunda fəaliyyət göstərən şirkətlər, torpaqayırma məsələləri
üzrə mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
ISBN:
978 – 9952 – 450 – 09 – 5
©
Müəllif hüquqları BP Caspian Sea Ltd-yə aiddir. Bakı 2010
3
MÜQƏDDİMƏ
Təbiət Xəzər dənizini yaradarkən ona misilsiz incilər bəxş etmişdir. Son-
suz xəzinələrə sahib olan bu dənizin əsas sərvəti Nərə balıqları və Neft dir.
Hələ qədim zamanlarda müdriklər deyərdi ki,
sərvət sahibi olmaq, xüsusən
də gələcəyi düşünmədən istifadə olunan sərvət heç kəsi xoşbəxt edə bilməz.
Bütün təbii ehtiyatlar iki hissəyə bölünür – bərpa olunan və bərpa olun-
mayan.
Bərpa olunan ehtiyatlara, öz-özünə çoxalma yolu və ya müəyyən təbii
bərpa dövrlərində insanların təsərrüfat fəaliyyətinin
templərinə uyğun ola-
raq bərpa oluna bilən ehtiyatlar aiddir. Nərə balıqları məhz belə ehtiyatlar-
dandır.
Bərpa olunmayan ehtiyatlar insanın təsərrüfat fəaliyyəti templərinə uy-
ğun dövrdə biosferdə maddələr mübadiləsi prosesində bərpa olunmayan
təbii ehtiyatlardır. Neft ehtiyatları məhz belə mənbələrdəndir.
Hal-hazırda biz bəşəriyyətin bütün səylərinin ani tələbatın ödənilməsi
üçün enerji mən bələrinin hasilatına yönəldilməsinin şahidiyik.
Neft və qaz
ehtiyatlarının kəşfi yyatı, hasilatı və nəqli üzrə yeni texnologiyaların işlənib
hazırlanmasına böyük pul vəsaitləri xərclənir. Bununla belə, o ehtiyatlar gec-
tez tükənəcək və bütün bunlar heç kəsə gərək olmayacaq.
Belə bir zamanda düzgün aparılmayan ovlanma, qidalanma və kürü
tökmə yerləri sahəsinin azalması, su mühitinin çirklənməsi nərə balıqları
ehtiyatlarının azalmasına səbəb olmuşdur. Lakin
bu problemlərin həllinə
kifayət qədər diqqət yetirilmir. Qeyd etmək lazımdır ki, nərə balıqlarının eh-
tiyatlarının qorunması daha az sərmayə tələb etməklə yanaşı, gələcək dövrlər
üçün sabit yüksək gəlir vəd edir.
Təəssüfl ər olsun ki, heç də hamı və hətt a Xəzər dənizi ətrafında yaşa-
yanlar belə bunu dərk etmirlər. İnsanların çoxu bu balıqlar barədə dərin
təsəvvürə malik deyillər. Çox hallarda bu balıqlar haqqında bilgi xalis qida
tələbatı, yeyinti məhsulu(qastronomik) kimi anlayışlardan ibarət olur.
Biz isə
oxucuları bu balıqların həyatı ilə tanış etməyə çalışacağıq.
Beləliklə, sizə aşağıdakılardan bəhs edəcəyik:
Nərəkimilər – dinozavrların həməsrləri
5
TARİXƏ BİR NƏZƏR
Nərə balıqları ovunun kökləri qədim zamanlara gedib çıxır. Günümüzdən
4 min il əvvəl yaşamış qədim misirlilər, onlardan sonra isə Misir sahilləri bo-
yunca ticarətlə məşğul olan fi ni kiyalı tacirlər balığı və kürünü
duza və mari-
nada qoyurdular. Müharibələr, aclıq illəri və uzun müddətli dəniz səfərləri
zamanı onlar bu ehtiyatlarla qidalanırdılar. Sakkaradakı pirami da nın ya xın-
lığında yerləşən Ti adlanan bir ərazidəki qədim məzar divarlarının barel-
yefl ərində müx təlif balıqları ovlayan və içalatını təmizləyib kürüsünü əldə
edən balıqçılar təsvir edilmişdir.
Qədim Misirdə və Çində nərə balıqlarının yalnız fi ronların və imperator-
ların masalarına verilməsinə icazə vardı.
Həmçinin, Çində belə bir inanc var
idi ki, nərə balıqları əjdahalara çevrilirlər.
Bizim eradan əvvəl 600-cü il tarixində müasir Tunisin ərazisində yerləşən
qədim Finikiyanın liman şəhəri Karfagendə kəsilmiş sikkələr üzərində
nərəkimilər fəsiləsinə aid olan balıq təsvir edilib. Bizim eradan əvvəl 400-cü
ildə isə Frakiya çarlığının paytaxtı olmuş Pantikapeydə balıqlar təsvir olun-
muş sikkələr kəsilirdi. Şimali Qara dəniz bölgəsi kurqanlarında
aşkar olun-
muş antik sikkələrdə Roma imperatorlarının və ya skif çarlarının profi lləri ilə
yanaşı, nərə balıqlarının başlarının təsvirinə də rast gəlmək mümkündür.
Bizim eradan əvvəl 2-ci əsrdə yunan natiqi Klavdiy Elian “yaxın
keçmişdəki səyahətlərindən”söz açarkən, Balkan yarımadası ətrafında Dunay
çayında yaşamış nərəkimilər fəsiləsinə aid bölgə balığını mədh edirdi. Onun
xatirələrində həmin dövrlər nərə balıqlarının bütün çay boyunca kəndirlə
bağlanıb atılan xüsusi qarmaqlı tilov iplərinin (qarmaqlı tor) istifadəsi ilə ov-
lanması üsulunun adı çəkilir. Bölgə balığı o qədər iri və ağır idi ki, qarmaqlı
torlar və tor zənbillər çaydan atların və öküzlərin köməyi ilə çıxarılırdı.
Qədim Yunanıstanda heç bir nahar dəvəti nərə balıqlarından hazırlanan
yeməklərsiz keçinməzdi. Qədim əlyazmaların xəbər verdiyinə görə, bu balıq
o qədər dəyərli idi ki, Afi nada
bir amfora, yəni sərnic nərə balığı əti yüz qo-
yun və ya bir öküzün dəyərinə bərabər və baha hesab olunurdu.
Roma imperiyasının çiçəklənən və qüdrətli zamanında (bizim eradan
əvvəl 4-cü əsrdən başlayaraq) bir çox yazıçı və fi losofl ar nərə balıqları haqqın-