Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə7/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   2   3   4   5   6   7   8   9   10   ...   47

 
23
çağlarinda olmuşdur. Roma dövlətçiliyinin əsasını qoyan bu 
soyun ilk elbəyi etruskların Tarkvini şəhərindən Lutsiy Tark-
vini Prisk (616-579) idi, ondan sonra Serviy Tulliy (578-535) 
və Məğrur Lutsiy Tarkvini (535-509) hakimiyətdə olmuşdur. 
Bu sonuncu etrusksoylu II Tarkvini çoxunluğu latınlardan 
oluşan senatın qərarı ilə Romadan sürgün edilir. Onun haki-
miyətə qayıtmasına yardım edən etrusk elbəyi Porsenanın 
açdığı savaş da nəticəsiz qalır.
12
 Beləliklə, Romada etrusk 
soyunun hakimiyətinə son qoyulur və
 
m.ö.V əsr tiran üsul-
idarəsi yaranana qədər davam edən durum artıq hakimiyəti 
yönətən oliqarxiyanın əl-qolunu açmışdı. Tarkvini soyundan 
etrusk elbəylərinin bir əsrəcən Roma şəhərində oturması ro-
malıların dövlətçilik gələnəyini mənimsəməsinə  təkan ver-
mişdi. 
Bəzi qaynaqlara görə, Tarkvini şəhərindən olan bu elbəy 
soyu guya Korinfdən köçmüş Demaratın oğlu Lukumon ilə 
bağlıdır. Lukumon arvadı Tanakilin məsləhətilə Roma şəhə-
rinə gəlir. Burada dövlət quşu onun başına qonur, hökmdar 
seçirlər. Tarkvini Prisk adı ilə bu şəhərdə hökmdarlıq edən 
Lukumonun devrilməsi haqqında olan rəvayətlərdən birində 
deyilir ki, etrusk şəhəri Vulçinin elbəyi Qay Viberna etrusk 
Mastarnanın yardımı ilə Tarkvini Priski devirib yerinə keçir. 
İmperator Klavdinin etrusksoylu hökmdarlar haqqında Roma 
senatında 48-ci ildə söylədiyi nitqindəsə Serviy Tullinin elə 
həmin Mastarna olması qeyd edilir. 
Metal yataqlarının bolluğu, metal ticarəti etrusların ekono-
mik təsir gücünü təkcə İtaliyada deyil, Aralıqdənizınin batı 
yaxalarında da artırmışdı. Bu çağlarda yunan ekspansiyası 
Apennin yarımadasının sahil boyu güney bölgələrinə, Korsi-
ka, Siciliya kimi adalara yetişmişdi. Ticarətdə önə  çıxmaq 
uğrunda etrusk-yunan qarşıdurmalarında yunanlar yendilər. 
                                                           
12
 Plutarx, 1990, 271-272. 
 
23


 
24
Etrusk-yunan münasibətləri 6-cı əsrin ortalarından başla-
yaraq barışıq durumunda bir əsr boyunca davam etdi. Etrusk 
şəhərlərinə gələn yunan tacirləri, sənətkarları bəzi dönəmlər-
də burada kolonoya şəklində oturur, emalatxanalar açırdılar. 
Bu  əlaqələr nəticəsində etrusk sözləri yunan dilinə keçdiyi 
kimi, məişətlə bağlı, özəlliklə keramik qablara aid yunan söz-
ləri də etrusk dilinə keçirdi. Yunan dövləti böyüyərək qüd-
rətli hərbi-siyasi qüvvəyə çevrildikcə etrusk-yunan münasi-
bətləri pozulmaya doğru gedirdi. Bu çağlarda aktivləşən yu-
nan ekspansiyasına qarşı dənizdə və quruda etruskların dirə-
nişi də artır, yunanlıların çoxu Etruriyadan qovulurdu. 
İtaliyaya gedib yerləşdiyi çağlarda etruskların soy-boy böl-
güsü ilə yaşadığını düşünmək olar. Etrusk toplumunun yeni 
yurdda yerləşmə prinsipində, görünür, bu faktor böyük rol 
oynamışdır, çünki sonrakı dönəmlərdə salınan ayrı-ayrı şəhər 
və qalalar ətrafında məskunlaşma vahid mərkəzə bağlılıq ilə 
deyil, kiçik bölgələr üzrə siyasi-inzibati qurumlarla nəticə-
lənmişdir. 
Kiçik bölgəsəl-məhəlli teokratik qurumların konfederativ 
dövləti kimi görüntüsü olan etrusk siyasi sistemi dini birliyə 
köklənmişdi. Hər şəhər ətraf kəndlərilə birlikdə bir “dövlət” 
sayılırdı. Mərkəzi hakimiyəti olmayan belə  dərəbəylik qu-
rumlarını yönətən elitaya aid məzarlar açıldıqca klan siste-
minin əlamətləri aydın görünür.  
Roma şəhərində etrusk kvartalının olması (Tuskus vikus
göstərir ki, şəhər sakinlərinin yalnız bir qismi etruskardan, 
digər qismi isə başqa etnoslardan (latın, sabin və b.) ibarət 
imiş. Etruriyanın özündə də etrusklar müxtəlif yerli və gəlmə 
boylarla qarışıq yaşayırdılar. 
Etrusk xalqı, etrusk dili deyimlərinin gerçək anlam tutumu 
o çağların etnik demoqrafiyası, gəlmə və yerli boyların ayrı-
ayrı  və ya iç-içə yaşaması ilə bağlıdır. Etnik gələnəklərini 
 
24


 
25
saxlayan boyların dini inancları sintezindən yaranmış yeni 
etrusk dinilə paralel ortaq ünsiyət vasitəsinə çevrilmiş etrusk 
dili də Etruriyada yaşayan müxtəlif boyların mədəni birliyi
 
idi. Bu birlik siyasi birliyə, etrusk toplumu da superetnosa 
çevrilmədi. Bu baxımdan, etrusk dilinə burada yaşayan bir-
iki boyun doğma dili, başqa boylarınsa ikinci dili kimi bax-
maq gərəkir. XX əsrə qədər Qafqazda azər türkcəsinin rolu 
nə idisə, etrusk dili də Etruriyada həmin rolu oynamışdır. La-
kin vahid etnos olan azər türklərindən fərqli olaraq, etrusklar 
qarışıq etnos idi və bu durum onların İtaliyada latınlaşmış bir 
xalq kimi yeni eraya daxil olmasına münbit şərait yaratmışdı.
 
Sumer xalqı kimi etrusklar da teokratik sistemin hakim 
olduğu toplumda yaşayırdılar. İnanc sistemi politeizmə kök-
lənmiş hər iki toplumda görünən və görünməyən hər şeyin, 
xəyal ürünü olan varlıqların da tanrıları olmasına inanırdılar, 
bu da meydana çoxlu tanrı çıxarmışdı. Hər şəhərin öz hima-
yəçi tanrısı olduğundan həm sumer, həm də etrusk dövlətləri 
güclü mərkəzə bağlı siyasi rejimə deyil, konfederativ şəhər-
dövlət siyasi qurumlarına meyl etmişlər.   
Etnoqrafik bəlgələr göstərir ki, etrusk toplumunda iki xətt 
ön planda olmuşdur. Bunlardan biri kahinlər zümrəsinə olan 
qabarıq ehtiram, ikincisi də erotik olaylara alışqanlıq. Hətta 
erotik səhnələrin təsviri basırıq divarlarında çəkilən rəsmlər 
arasında da vardır. Etrusk toplumunda bir tərəfdə dini törən-
lərin icra olunduğu məbədlərin, o biri tərəfdə keramik qablar 
üzərindəki erotik şəkillərin görünməsi, ziddiyətli əxlaq ölçü-
ləri də etruskların qarışıq etnos olmasını ortaya qoyur. 
Güman edilir ki, etrusk elbəyləri baş kahin kimi həm dini 
rəhbər, həm də baş komandan kimi hərbi rəhbər olurdu. Bu 
isə qədim türk el sisteminə yaxındır. Etrusk elbəylərinə aid 
atributları (bənövşəyi xələt, qartalbaşlı əsa və s.) Roma kon-
sulları da qəbul etmişdi. 6-cı əsrin sonunda devrilən Etrusk 
 
25


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə