Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə9/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

 
30
Evrənin (Dünyanın) üçqatlı  məbəd kimi yuxarıda Göyə, 
aşağıda yerüstü və yeraltı bölməyə ayrıldığını düşünən et-
rusklar hər bölmənin öz tanrısı olduğuna inanırdılar. Bu, ver-
tikal bölgü idi. Horizontal bölgü isə Dünyanın dörd tərəfə 
ayrılması ilə doğu-batı, quzey-güney cəhətləri bildirirdi. Do-
ğuda xeyirxah, batıda isə şər qüvvələri təmsil edən tanrı və 
demonlar vardı. Etruskların çoxsaylı panteonu tam aydınlaş-
mayıb, çünki teonim kimi verilən bəzi adlar əslində epitetlər 
ola bilər. 
Siseron çağında etrusk dini görüşlərinə aid yazılan  əsər 
haqqındakı qeydlər etrusk kosmoqoniyasında göydəki 16 
bölmənin hərəsinə aid birər tanrını, zodiakı  təmsil edən 12 
tanrını, planetlərə aid 7 tanrını  və baş tanrı Tinlə  bərabər 
Ana (Uni), Minerva tanrıcalarını, həmçinin tanrılar kurulunu 
(senatores deorum) sərgiləyir.  
Etrusk törələri (disciplina etrusca) m.ö. II əsrdə  qələmə 
alınmış bir neçə bitikdə  əks olunsa da, onlar qalmamışdır, 
yalnız onlardan bəhs edən bəzi yazarların verdiyi azacıq bəl-
gələrə əsasən bəlli olur ki, bunlar ildırımlar haqqında (libri 
fulgurales), gələcəkdən xəbərvermə  (libri haruspikini) və 
törənlərə  (libri rituales) aid yazılmış kitablardır. Etrusklar 
doğal olayları, təbiət hadisələrini ilahiləşdirib çoxlu tanrı və 
tanrıcalara sitayiş edirdilər. 
Başqa bir versiyaya görə, disiplina etruska tanrı elçiləri-
nin (peyğəmbərlərin), özəlliklə Taqın yorumlarına köklənən 
törələrin yazıldığı qutsal bitiklər idi. Belə qutsal bitiklərin 
sayı isə beş imiş:  libri haruspicini,  fulgurales,  rituales, 
fatalesacheruntici. Birincisi haruspika, ikincisi ildırım yo-
rumları, üçüncüsü icra olunası törənlər, dördüncüsü çeşidli 
möcüzələr, beşincisi isə ölümdən sonrakı yaşamla bağlı idi. 
Sadalanan bitiklərdən yalnız ildırım və törənlərə aid olanlar 
haqqında müəyən məlumatlar bəllidir, digərləri haqqında isə 
 
30


 
31
dolayı tanıtmalar vardır. Belə ki, heyvanın içalatı üzərində 
falaçma qaydası Pyaçenzada tapılan ciyərformalı tunc fiqur 
üzərindəki yazı və cizgilərdən bəlli olur. 
 
Rituallar (törənlər) ilə bağlı bitikdə şəhərsalma, məbədlər 
və mehrab tikmə qaydaları, divara bəzək vurulması, qapının 
hansı səmtə açılması kimi məsələlər yer tutur. Burada həm 
də budun, boy, soy bölgüləri, ordunun səfərbərliyi, savaşa 
hazırlıq, ordunun başında kimin dura biləcəyi, savaş və barış 
üçün hansı addımların atılması, dini və sivil törənlərin keçi-
rilmə günlərini bildirən təqvim də göstərilmişdir. 
Belə törənlərin gerçək üzünü Roma şəhərinin salınması 
ilə bağlı verilən bilgilərdə görmək olur. Tit Liviy yazır ki, 
Roma şəhərinin əsası etrusk törəsilə qoyulmuşdur. Belə ki, 
bu  şəhərin Palatin təpəsində  əsası qoyularkən onun sınırını 
cızmaq üçün mərkəzdən eyni məsafə uzantısında dörd daşla 
bəlirlənmşdir. Ona görə də sonralar Roma quadrata (Dörd-
bucaqlı Roma) deyimi yaranmışdı. Şəhərin ilkin qala hasarı 
həmin kvadrat boyu kotanla açılan şırım üzərində tikilmişdi. 
Hasarın içindəki İçərişəhərdə yaşamaq hüququ olanlar hasar 
dışında olanlardan üstün idi. İçəriyə yalnız qapıdan girmək 
olardı. Etrusk törəsinə görə bu qaydanı pozanı ölüm cəzası 
gözləyirdi. Romul da həmin törəni pozan qardaşı Remi bu 
nədənlə öldürmüşdü.   
Libri rituales bitiyində sosial toplumun yaşam törələri
siyasi-ictimai normalar və obiri dünyadakı durum haqqında 
bilgi verilirdi. Bu bitiklərlə uğraşan uzman kahinlər iyerar-
xiyası vardı. Etrusk törələrinin roma toplumuna böyük təsiri 
olmuşdur. Miladdan sonra, hətta romalılar 408-də qotların 
Romaya hucumunu etrusk ritualı ilə dəf etmək istəmişdilər. 
İldırım yorumu haqqında bitik. İldırım çaxmasını yoz-
maq üçün etrusk kahinlərinə romalıların da vaxtaşırı müra-
ciət etməsi başqa kitablara nisbətən ildırımla bağlı bitik haq-
 
31


 
32
qında daha çox məlumatın qalmasına səbəb olmuşdur. Bu 
bitikdə ildırım çaxmalarını yozmaq qaydaları, ildırımın hansı 
tərəfdən çaxması, nəyi vurması və harada eyni olayın təkrar 
olunması ilə bağlı yozumlar vardı. 
Seneka yazır ki, romalılar ildırım çaxmasını buludların 
toqquşması ilə baş verdiyini düşünür, etrusklar isə ildırımın 
çaxması üçün buludların toqquşduğunu və bunun tanrıların 
istəyilə baş tutduğuna inanırdı. Göydən yerə göndərilən 12 
türlü ildırımdan baş tanrı Tin yalnız üçünü, tanrılardan bə-
ziləri isə birər ildırım göndərirdi. Ona görə, baxıcılar çaxan 
ildırımın hansı tanrı  tərəfindən, hansı yöndən hansı amacla 
göndərildiyini öyrənmək üçün fala baxırdılar.   
Yandırıb-yaxmaq məqsədilə dağıdıcı ildırımı göndərmək 
üçün Tin oniki tanrı şurasının razılığını almalı idi. Etrusklar 
manubiy dediyi ildırımlara qorxunc olay kimi deyil, tanrının 
xəbərdarlığı kimi baxırdılar.  İldırımların bir qismi ehtiyatlı 
olmaqla, bir qismi ölüm və sürgün olayının yaxınlaşması ilə, 
digəri lukumona (başçıya) qarşı  təhlükəli olayla bağlı idi. 
Baxıcılar gözlənilən bu tür təhlükələrin qarşısını almaq üçün 
müəyən vaxt ayarlayırdı, bunun icrasının dərhal, yaxud son-
raya saxlanması göstərilirdi. 
Plini qeyd edirdi ki, deyilənə görə, car Volsini tanrıların 
qorxunc yaratıq Voltu ildırımla öldürməsinə nail olmuşdur. 
Bu qeyddən bəlli olur ki, ildırımdan düşməni məhv etmək 
üçün də istifadə olunmuş, bu məqsədlə ildırımla ilgisi olan 
tanrılara qurban sunulmuşdur.  
Irq bitik (fal kitabı).  Görünür, Irq bitik yalnız fərdlərin 
deyil, bütöv toplumun, dövlətin başına gələcəkləri öngörü 
ilə aydınlığa çıxarmaq amacı güdürdü. Belə fal kitabları Ön
 
Asiyada yayğın idi. Etrusklar insan yaşamını 12 yeddi illiyə 
ayırır; hər yeddi il dönəmində insan verilən yeni imkanlara 
uyğun davranmalı, tanrının ona bağışladığını  qəbul edərək 
 
32


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə