FiRİdun bəy köÇƏRLİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix02.06.2018
ölçüsü0,55 Mb.
#47022
1   2   3   4   5   6   7   8   9   ...   18

 



ƏRĠNCƏK ĠT 

 

Qiş olanda it deyir: 

-

 



Yaz olaydı, özümə bir çuxa toxuyaydım. 

Elə ki, yaz gəlir, it tənbəlləşib deyir: 

-

 

Eh, kim əyirib, kim toxumayacaq?! 



 

M ə s ə l l ə r: 

 

Bu günün işini sabaha qoyma. 



Qalan işə qar yağar. 

Əldən qalan əlli gün qalar. 

Qorx payızdan, qabağından qış gəlir. 

Qorxma qışdan, qabağından yaz gəlir. 

Köpək itin qarnı tox gərək. 

 

TOYUQ 

 

Bir gün bir toyuğu taxıl anbarına saldılar. Toyuq başladı buğdanı ayaqları ilə 

eşələyib yeməyə. 

Dedilər: 

- Bu qədər buğdanı niyə eşələyirsən? 

Toyuq cavab verdi: 

- Hə eləyim, kəsilmişlərim öyrənibdir, məndə nə günah var? 

 

M ə s ə l l ə r: 

 

Toyuq yumurtasına görə qaqqıldar. 



Toyuq istər qaz yerişi yerisin, öz yerişini də yanılar. 

Toyuq su içər, allaha baxar. 

E v  q u ş l a r ı:  toyuq, xoruz, qaz, hindtoyuğu, tovuz, göyərçin. 

 

T a p m a c a l a r: 



 

3. Qara toyuq qarğalar 

 

Evdən-evə yırğalar. 



4. Qarnı toyuq 

 

Qarnı yarıq. 



5. Tap tapmaca 

 

Gəl tapmaca. 



 

Məməli xatun 

Dişləri yox. 

6. Çil toyuq 

 

Çilmə toyuq 



 

Başını kəsdim, 




 

 



Qanı yox. 

7. Ana bir qız doğdu. Nə əli var, nə ayağı. 

8. Qız bir ana doğdu, əli də var, ayağı da. 

 

XORUZ VƏ PADġAH 

 

Biri  var  imiş,  biri  yox  imiş,  allahdan  başqa  heç  kəs  yox  imiş.  Bir  də  bir 

xoruz var imiş. 

 

Bir gün xoruz peyinlikdə eşələnib, özünə yem axtaranda bir qaraca pul tapdı, 



şad olub başladı oxumağa: 

-

 



Quqquluqu! Bircə şahı tapmışam. 

Padşah xoruzun səsini eşidib buyurdu ki, gedib onun pulunu əlindən alsınlar. 

Şahını xoruzun əlindən alandan sonra başladı oxumağa: 

-

 



Quqquluqu! Padşah mənə möhtac imiş! 

Padşah buyurdu ki, şahısını aparıb özünə versinlər. 

Xoruz oxudu: 

-

 



Quqquluqu! Padşah da məndən qorxar imiş! 

Padşah  bunu  eşidəndə  xoruza  acıqlanıb  buyurdu  ki,  onu  tutub  öldürsünlər. 

Xoruzun başını kəsəndə oxudu: 

-

 



Quqquluqu! Nə iti bıçaq imiş! 

Xoruzun  başını  kəsəcək  onu  basdılar  qaynar  suya  ki,  tükünü  yolsunlar. 

Qaynar qazanın içində xoruz oxudu: 

-

 



Quqquluqu! Nə isti hamam imiş! 

Xoruz  qazanın  içindən  çıxarıb  tükünü  yoldular  və  bişirib  qoydular  plovun 

başına. Burada xoruz oxudu: 

-

 



Quqquluqu! Nə ağca təpə imiş! 

Plovu  gətirdilər  padşahın  qabağına.  Padşah  plovu  yeyəndə  xoruz  onun 

boğazında yenə oxudu: 

-

 



Quqquluqu! Nə darca küçə imiş! 

Ondan  sonra  xoruz  getdi  qaranlıq  yerə,  orada  oxudusa  da  kimsə  səsini 

eşitmədi. 

 

M ə s ə l: 

 

Xoruz olmasa səhər açılmaz? 



 

T a p m a c a: 

 

9. Çağırdım bərkdən, 



    Səs verdi kənddən

    Ağzı sümükdən,  

    Saqqalı ətdən. 

 

 



 


 



QANACAQLI QARAÇI 

 

 

Bir gün bir qaraçı yatıb röyasında bir qab ləzzətli umac görür. Amma qaşığı 



yox  idi  ki,  yesin.  Gələn  səfər  yatanda  qaraçı  yanına  bir  qaşıq  qoydu.  Amma 

yuxusunda bir zad görmədi. 

 

M ə s ə l l ə r: 

 

 



Ac  toyuq  yuxusunda  darı  görər.  İştahasızın  yuxusuna  beş  arşın  bez  girər. 

Vaxt olar ki, şahın da qaraçıya işi düşər. Özünə umac ova bilməz, özgəyə əriştə 

kəsər. 

 

 



QARI VƏ PĠġĠK 

 

 



Bir  gün  bir  qarı  inəyini  apardı  suvarmağa.  İnəyin  ayağı  buzun  üstündən 

sürüşüb yıxıldı və qıçı sındı. Onda qarı buza dedi: 

-

 

A buz, sən nə güclüsən? 



Buz cavabında dedi: 

-

 



Əgər mən güclü olsaydım, gün məni əritməzdi. 

Qarı dedi: 

-

 

A gün, sən nə güclüsən? 



Gün cavabında dedi: 

-

 



Əgər mən güclü olsaydım, bulud qabağımı kəsməzdi. 

Qarı dedi: 

-

 

A bulud, sən nə güclüsən? 



Bulud dedi: 

-

 



Mən güclü olsaydım,  yağış məndən yağmazdı! 

Qarı dedi: 

-

 

A yağış, sən nə güclüsən? 



Yağış dedi: 

-

 



Əgər mən güclü olsaydım, ot məndən bitməzdi. 

Qarı dedi: 

-

 

A ot, sən nə güclüsən? 



Ot dedi: 

-

 



Mən güclü olsaydım, qoyun məni yeməzdi! 

Qarı dedi: 

-

 

A qoyun, sən nə güclüsən? 



Qoyuh dedi: 

-

 



Əgər mən güclü olsaydım, qurd məni yeməzdi! 

Qarı dedi: 

-

 

A qurd, sən nə güclüsən? 



Qurd dedi: 

-

 



Mən güclü olsaydım, it məni boğmazdı. 

Qarı dedi: 




 

-



 

A it, sən nə güclüsən? 

İt dedi: 

-

 



Mən güclü olsaydım, çoban məni döyməzdi. 

Qarı dedi: 

-

 

A çoban, sən nə güclüsən? 



Çoban dedi: 

-

 



Mən güclü olsaydım, xanım məni söyməzdi. 

Qarı dedi: 

-

 

A xanım, sən nə güclüsən? 



Xanım dedi: 

-

 



Əgər mən güclü olsaydım, siçan torbalarımı kəsməzdi. 

Qarı dedi: 

-

 

A siçan, sən nə güclüsən? 



Siçan dedi: 

-

 



Əgər mən güclü olsaydım, pişik məni yeməzdi! 

Qarı dedi: 

-

 

A pişik, sən nə güclüsən? 



Pişik  iki  əllərini  qabağa,  iki  ayaqlarını  dala  qoyub,  gərdənini  çəkib, 

quyruğunu qalxızıb, gözlərini bərəldib, dilini çıxarıb, qarıya dedi: 

 

 

 



Güclüyəm ha, güclüyəm, 

 

 



 

Dəmir daraq dişliyəm. 

 

 

 



Yük üstü yaylağımdır, 

 

 



 

Yük altı qışlağımdır. 

 

 

 



Kürsü üstə duraram, 

 

 



 

Bığlarımı buraram... 

 

M ə s ə l: 

 

Siçan görəndə pələngə oxşayan pişik, pələng görəndə siçana dönər. 



 

T a p m a c a: 

 

10. Taxçadan düşdü tap elədi, Gülsənəm onu hap elədi. 



 

QOYUN 

 

Yeyər-yeyər gərnəşər, 

Alnın vurar, döyüşər, 

Buynuzu burma-burma, 

Yunu var yerlə sürümə. 

Zinhar


1

 qoyunu vurma, 

Qoyunsuz yerdə durma. 

Qoyunlu evlər gördüm, 

________________ 

1.

 



Z i n h a r  - çəkin, sağın. 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə