Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

 
35
 
XALQIM, 
MİLLƏTİM


 
36
YA QİSMƏT 
 
Qəlbimizdə sonsuz arzu, həvəs var
başımızda yüz qəzavət, ya qismət. 
Bəxt bu yolda gah oyanar, gah yatar, 
kimə qoyar qədir-qiymət, ya qismət? 
 
Zaman-zaman təbiətin hikməti 
bizə növ-növ şirin, acı öyrətdi. 
Nə qədərdi yaxşı-pisin qiyməti, 
harda hörmət, harda töhmət, ya qismət?  
 
Ey acların loxmasına göz dikən, 
bostançının çiyinində tağ əkən, 
sənə qalmaz, kimin olar görəsən
topladığın bu qənimət, ya qismət? 
 
Hansı həris həvəsindən usanmış, 
hansı xəbis əməlindən utanmış? 
İnsanlığa qənim elə insanmış, 
kimi tutar bu bəd xislət, ya qismət? 
 
Azaltdıqca istisini od-ocaq, 
Vətən gülü güllüyündə solacaq. 
Haçanacan dərd olaraq qalacaq 
tapdaq torpaq, namus, qeyrət, ya qismət? 
 
Boş buraxdıq neçə ciddi söhbəti, 
əvəzində gördük zülmü, zilləti. 
Kim aldatdı, kim sındırdı milləti, 
açılarmı bu həqiqət, ya qismət? 
 
Sözün də öz hikməti, öz gücü var, 
əsrlərin min sirrini daşıyar. 
Neçə dildə, neçə eldə yaşayar
yazdığım dörd-beş hekayət, ya qismət? 
 
Mart, 2005 


 
37
CƏSURLARIN NƏĞMƏSİ 
 
Nə qədər əzaba dözsün 
bu səbri ümman Vətən? 
Sinəsində yağı gəzən 
yaralı aslan Vətən. 
 
Yurd yerindən qovulursa 
hələ min-min soydaşın, 
demək savaş alnımıza 
yazılıbdı, qardaşım. 
 
Təsir etməz daha bizə 
nə yalvarış, nə hədə. 
Mücahidlik, əqidəmiz 
dəyişilməz heç vədə. 
 
Öncə Vətəndir deyirik, 
yox qeyri qərarımız. 
Çünki heç kimə qalmayıb 
daha etibarımız. 
 
ATƏT* -lə torpaq qayıtmaz, 
budur sözün qısası. 
Xalqı məcbur eyləyirlər 
dola səbr kasası. 
 
Bizim olmaz, ağrıları 
keçməsə səndən, məndən. 
Əsgər çəkməsi altında 
qalan torpaqdır Vətən. 
 
Ər oğullar önə çıxsın, 
el də gəlsin dalınca. 
Ayrı bir yol yoxdur artıq, 
bu yurd azad olunca. 
 
 Avqust, 2005 
 
 
*ATƏT – Qarabağ savaşını nizamlamalı olan rəsmi beynəlxalq təşkilat. 


 
38
QALXIN Kİ, QALXAQ 
 
Ön cəbhə xəttində ayıq-sayıq dayanan əsgərlərimizə 
 
Siz ey bu torpağın ər oğulları, 
mətin insanları, nər oğulları. 
Hələ qarşımızda ağır imtahan, 
hələ çiynimizdə əzablı yük var. 
Qalxın, nərənizdən qızışsın meydan, 
qalxın, zərbənizdən titrəsin dağlar. 
 
Siz ey cəbhə boyu ayıq olanlar, 
gecəni sübhətək oyaq qalanlar, 
gözünüz rəqibdə olsun həmişə
əliniz tətikdə olsun həmişə. 
Cəsurlar ölməyə, uduzmağa yox, 
qələbə əzmiylə girir döyüşə. 
 
Siz ey şir biləkli, qartal gözlülər, 
yolundan dönməzlər, kişi sözlülər. 
Rəqib önünüzdə duruş gətirməz, 
əgər qarşısında sipər olsanız. 
Vətən sərhəddindən quş səkə bilməz, 
siz orda keçilməz çəpər olsanız. 
 
Siz ey and yerimiz, güvənc yerimiz
səcdəgah yerimiz, söykənc yerimiz. 
Uyduq hiyləsinə kələkbazların, 
onların istəyi, sevgisi üzdə. 
Marağı ayrıymış bu işbazların, 
ümid də sizədir, qüvvət də sizdə. 
 
Siz ey mələk kimi təmiz əsgərlər, 
övlad, qardaş qədər əziz əsgərlər. 
Sizin çiyninizdə qorunur Vətən, 
sizin adınızla tanınır Vətən. 
Amandı, sıx durun səf sıranızda, 
əsgər gücsüz olsa, tez sınar Vətən. 


 
39
Siz ey ön cəbhədə xidmət edənlər, 
özünü Vətənə qurban deyənlər. 
Kimsə deyə bilməz qurbanlıq sizə, 
qəhrəman oğullar, igid oğullar. 
Bütün bu el-oba qurbandır sizə, 
ey torpaq uğrunda şəhid oğullar. 
 
Siz ey döyüşlərdə ad qazananlar, 
ayaq izləriylə tarix yazanlar. 
Min ilin tarixi ibrətdir bizə, 
qorunur o yurd ki, qorxmazı çoxsa. 
Qalxın, örnək olun bir-birinizə, 
Allahın izniylə qalxın ki, qalxaq! 
Aprel, 2006 
 
MİLLƏT ŞƏRQİSI 
 
Qalx, ey zavallı millətim,yetər  
bu qədər əzaba dözdüyün illər. 
Yadlar neçə yol yurd yerlərini, 
doğmalar sadəlövh xalqı böldülər. 
 
Qalx, vətəndaş millət, həmrəy olmağa, 
qalx, aldanmış millət, həmrəy olmağa! 
 
Rədd olsun araya nifaq salanlar, 
rədd olsun kütlədən qisas alanlar. 
Biz tayfa deyilik, ixtiyar xalqıq, 
hayqıraq – istiqlal, deyək – azadlıq! 
 
Bacılar, qardaşlar, bir rəyə gəlin, 
gələcək naminə birliyə gəlin! 
 
Qalx, ey yaraları hələ qan Vətən, 
gücünü birlikdə göstər, can Vətən. 
Bizim nicatımız bütövlüyündə, 
azad Azərbaycan həmrəyliyində. 
 
Yığılın, soydaşlar həmrəy olmağa, 
bu xalqa, bu yurda kömək olmağa! 
İyul, 2001 


 
40
ŞAH XƏTAİNİN RUHU İLƏ GİLEY-GÜZAR 
 
Yüz ildir kiçilir məmləkətimiz, 
yüz ildir nisgilli, dağlıyıq, dədə. 
Qaçqınıq, köçkünük, didərginik biz
qoyub dərdimizi ağlayaq, dədə. 
 
Yüz ildə neçə yol bölündük, böldük, 
Vətənə yad olduq, millətə dönük. 
Fərsizik, gücsüzük, acizik, nəyik, 
axır bu torpağın oğluyuq, dədə. 
 
Kiçik millətlərə söylədik – özgə, 
bölündük kəndbəkənd, bölgəbəbölgə. 
Nə bütöv xalq olduq, nə böyük ölkə, 
Ləzgi, Tat, Kürd, Talış, Dağlıyıq, dədə. 
 
Xeyrinə ortaqlar, şərinə özgə, 
naqislər Vətəni sevərlər üzdə. 
Deyirlər kasıbıq, onunçun biz də, 
Vətənə bu qədər bağlıyıq,dədə. 
 
Kimə imkan düşür dağıdır, sökür, 
biri bank açdırır, biri bağ tikir. 
Gözümüz önündə məmləkət çökür
nankoruq, qulduruq, oğruyuq, dədə. 
 
Bu yolla düşmənə yurd satan bizik, 
neçə günahsıza şər atan bizik. 
Bu gün Həccə gedən şarlatan bizik, 
biz ayrı kimik ki, biz buyuq, dədə. 
 
Boğur kişiləri içindən qəhər, 
nə vaxt üzümüzə açılar səhər? 
Hələ ki, tapılmır bir ər oğlu ər, 
hələ qəlb göynədən ağrıyıq, dədə. 
 
Yanvar, 2005 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə