Fəsil I. Maye və qazların hərəkətində səltlik şərti. Mayelərin fiziki, mexaniki xassələri və onların təzyiq və tempraturdan asılılığı


Müstəvi və əyri divara düşən təzyiq qüvvəsi



Yüklə 2,04 Mb.
səhifə8/32
tarix22.02.2023
ölçüsü2,04 Mb.
#101214
1   ...   4   5   6   7   8   9   10   11   ...   32
(mühazirə) Hidromexanika (azərb)


2.7. Müstəvi və əyri divara düşən təzyiq qüvvəsi.

Qabın oturacağına mayenin ğöstərdiyi təzyiq qüvvəsi onun oturacağındakı təzyiqlə oturacaq sahəsinin vurma hasilinə bərabərdir.


F =PS
P – oturacağa maye sütununun hidrostatik təzyiqidir.

P = P0 + h



Şəк.2.8

Müstəvi səthli qabın oturacağına düşən təzyiq qüvvəsi onun oturacağı sahəsindən - S , mayenin sıxlığından - , hündürlüyündən – h asılıdır. Qabın forması heç bir rol oynamır. Oturacağının en kəsiyi sahəsi eyni olan müxtəlif formalı qablarda eyni hündürlükdə, eyni sıxlıqda maye yerləşərsə, bütün hallarda maye həcminin qiymətindən asılı olmayaraq, qabın oturacağına düşən təzyiq qüvvəsi eynidir.


F = (P0 +h ) S


İlk dəfə Qaliley tərəfindən müşahidə edilmiş bu hadisə hidravlik paradoks adlanır. Burada F – oturacağa düşən təzyiq qüvvəsinin əvəzləyicisidir.


Təzyiq qüvvəsinin tətbiq nöqtəsi oturacağın ağırlıq mərkəzində, istiqaməti isə səthə perpendikulyardır (şəк.2.9).


.


Şək.2.9
2.8. Təzyiq mərkəzi

Təzyiq qüvvələri əvəzləyicisinin təsir xəttinin qabın divarı ilə kəsişdiyi nöqtə təzyiq mərkəzi adlanır. Təzyiq mərkəzini bilməklə təzyiq qüvvəsinin təsir xəttini təyin etmək olar.


1) Maye yerləşən qabın istənilən formalı müstəvi divarına düşən təzyiq qüvvəsinin əvəzləyicisinin qiyməti həmən divar müstəvisinin ağırlıq mərkəzindəki hidrostatik təzyiqin qiyməti ilə onun islanmış sahəsinin vurma hasilinə bərabərdir. Yəni
F1 = (P0 +hc ) S1

P0 +hc  = Pc –səthin ağırlıq mərkəzindəki maye sütununun təzyiqidir.


2) İndi isə şək.2.8-dəki qabın şaquli vəziyyətdə olan 2 divarına düşən mayenin təzyiq qüvvəsinin qiymətini hesablayaq. 2 divarı düzbucaqlıdır. 2 divarının sahəsi hb, ağırlıq mərkəzinin maye səviyyəsindən məsafəsi h/2 olduğu üçün ona düşən təzyiq qüvvəsi əvəzləyicisinin qiyməti

Şək.2.10

3) Yastı divara düşən təzyiq mərkəzinin D vəziyyətini qrafiki üsulla tapmaq olar (Şəк.2.11). Əvvəlcə təzyiqin ABO paylanma epyurasını qurmalı, alınan üçbucağın 01 və B2 meridianların kəsişdiyi C nöqtəsi tapılmalıdır.

Şək. 2.11

C nöqtəsindən divara perpendikulyar çəkilən xəttin divarla toxunan D nöqtəsi təzyiq qüvvəsinin mərkəzi olacaqdır. Baxılan halda təzyiq mərkəzinin sərbəst maye səthindən qədər dalma dərinliyi olacaqdır.



Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə