Fəsil I. Maye və qazların hərəkətində səltlik şərti. Mayelərin fiziki, mexaniki xassələri və onların təzyiq və tempraturdan asılılığı


Əyri səthlərə düşən təzyiq qüvvəsi



Yüklə 2,04 Mb.
səhifə9/32
tarix22.02.2023
ölçüsü2,04 Mb.
#101214
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
(mühazirə) Hidromexanika (azərb)

2.9. Əyri səthlərə düşən təzyiq qüvvəsi
Əksər hallarda maye yerləşən qabın divarı müstəvi deyil, əyir səth şəklində olur.
Məlumdur ki, mayedən əyri səthli divara düşən təzyiq qüvvələri sistemi baş vektor və baş momentlə əvəz oluna bilər. Simmetriya müsstəvisi olan əyri səthlər üçün qüvvələr sistemi təkcə bir əvəzləyici qüvvə ilə əvəz olunur. Onun qiymət və istiqaməti isə həmin qüvvələrin toplananları ilə müəyyən edilir.

Şək.2.12
AB əyri səthi vərəq müstəvisinə perpendikulyar olduğundan onun proyeksiyası AB xətti kimi alınır. Bu səthin h – dərinliyində dS elementar sahəsinə təsir edən təzyiq qüvvəsi dF ona normal istiqamətdə yönələcəkdir.

dF =γhdS
Təzyiq qüvvəsini X və Z istiqamətində iki toplanana ayırsaq


dF = dFx + dFz


dFx = dFcos α ; dFZ= dFsinα


beləliklə Fx = γ hCdSZ


h c - əyri səthli divarın şaquli proyeksiyasının ağırlıq mərkəzinin mayedə dalma dərinliyidir.
Deməli, əyri səthli divara düşən tam təzyiq qüvvəsinin horizontal toplananının qiyməti həmin divarın şaquli müstəvi üzərindəki proyeksiyasına təsir edən tam trəzyiq qüvvəsinə barabərdir.

FZ = γVT = GT


FZ – toplananı AB əyri səthinin BM şaquli müstəvi ilə hüdudlanan maye həcminin GT çəkisidir. Əyri səthin şaquli müstəvi ilə hüdudlanan ABM maye tutan hissəsi təzyiq cismi, VT onun həcmi, GT, çəkisi isə təzyiq cisminin çəkisi adlanır.


Əyri səthlərə düşən tam təzyiq qüvvəsinin qiyməti isə



2.10. Mayeyə batırılmış cismin müvazinəti.
Arximed qanunu.

Tutaq ki,ölçüləri H və S olan şaquli silindrik cisim mayeyə batırılmışdır (Şəк.2.13). Onun üst oturacağının mayeyə dаlмa dərinliyini , alt oturacağının isə qəbul edək.


Silindrik cismin üst oturacağına , alt oturacağına təzyiq qüvvəsi,şaquli səthinə isə onun oxuna normal istiqamətlənən hidrostatik təzyiq qüvvəsi təsir göstərəcəkdir. Bu qüvvələrin qiyməti bərabər, istiqaməti isə əksinə olduğu üçün əvəzləyicisi sıfra bərabər olacaq. Onda yaza bilərik.


;



Şək.2.13
Məlumdur ki, cismi mayeyə batırmağa, qüvvəsi isə onu qalxmağa məcbur edəcəkdir. Lakin  halında hidrostatik təzyiq qüvvəsi cismi mayedən çıxartmağa çalışacaq. Deməli, mayeyə batırılmış cisim hidrоstаtiк təzyiq qüvvəsi altında olacaqdır. Buna Arximed qüvvəsi deyilir.







- mayeyə batırılmış cismin həcmi;
- cismin həcminə bərabər maye həcminin çəkisidir.
Maye içərisinə salınmış cismə onun mayedən sıxışdırıb çıxardığı həcm qədər,mayenin çəkisinə bərabər altdan yuxarı itələyici qüvvə təsir edir.Bu Arximed qanunudur.
Arximed qanununu belə ifadə etmək olar:sıxlığı mayenin sıxlığından az olan cisimlər üzür, çox olan isə batır. Sıxlığı mayenin sıxlığına bərabər olan cisimlər mayenin içərisində müvazinət halında qala bilər.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə