FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   2   3   4   5   6   7   8   9   ...   26

 

11

hissəsində  ixtsaslaşır,digərləri  isə  bütün  sahə  üzrə  və  ya  bir  neçə  sahədə 



diversifikasiya  olunmuş  fəaliyyət  göstərirlər.Bəzi  hallarda  müəssisələr  öz 

missiyalarını  yanlış  olaraq  mənfəət  terminləri  ilə  ifadə  edirlər.Unutmaq  olmaz 

ki,mənfəət  müəssisənin  fəaliyyət  nəticəsində  yaranır.Mənfəətin  əldə  edilməsi 

məqsədi  bizə  hansı  sahədə  fəaliyyət  göstərəcəyimizi  və  yaxud,bu  mənfəəti  hansı 

sahədə əldə edəcəyimizi əks etdirmir.Nümunə üçün ,”Samsung” və “General Motors” 

korporasiyaları  tamamilə  müxtəlif  fəaliyyət  növləri  ilə  məşğul  olurlar,baxmayaraq 

ki,onların hər biri  mənfəət əldə etməyə istiqamətlənirlər. 

Müəssisənin strateji təyinatının müəyyən edilməsinin əsas üç cəhətini qeyd edək: 

  Müəssisənin fəaliyyət göstərdiyi biznes sahələrinin üəyyən edilməsi; 

  Müəssisənin strateji təyinatının aydın ,səlis və ilhamlı izahı; 

  Müəssisənin  strateji  kursunun  və  missiyasının  nə  zaman  dəyişdirilməsi  barədə 

vaxtlı qərarın qəbulu. 

Hər bir müəssisədə strateji təyinat müəyyən edildikdən sonra onun əsas funksional 

(elmi-tətqiqat  və  sınaq  işləri,maliyyə,marketinq  .istehsal  və  b)  və  köməkçi 

(kadrlar,informasiya təminatı və s.) bölmələrinin missiyaları müəyyən edilir. 

Müəssisənin strateji təyinatı və missiyasının izahatının hər bir  menecerə və işçiyə 

çatdırılması bu təyinatın özünün müəyyən edilməsi qədər mühümdür.Dəqiq ifadələrlə 

ifadə  olunmuş  strateji  təyinat  və  missiya  işçilərin  daha  keyfiyyətli  işləmələrinə  və 

yüksək motivasiyaya malik olmalarına şərait yaradır.Qəbul edilmiş strateji təyinat və 

missiya  zaman  keçdikcə  dəyişə  bilər.Belə  ki,alıcıların  tələbatlarında  baş  verən 

keyfiyyət  və  kəmiyyət    dəyişiklikləri  sahə  bazarlarının  mənfəətlilik  dərəcələrinin 

azalması və risk səviyyələrinin yüksəlməsi kimi səbəblər müəssisənin strateji təyinatı 

və  missiyasinda  dəyişikliklər  etməyin  vaxtının  çatmasından  xəbər  verir.Sahibkarlar 

məhz belə anları vaxtında tuta bildikləri halda uğur qazana bilirlər.  

Strategiyanın  təyinatı  dedikdə  onun  hansı  məqsədə  ,nə  üçün    və  hansı  sahələrdə 

istifadə  edilməsi  başa  düşülür.Strategiyanın  istifadə  olunduğu  sahələr  onun  tətbiqi 

sahələrdir.Strategiyanən  tətbiqi  dedikdə  qarşıda  qoyulan  məqsədə  çatmaq  üçün 

strategiyanın  necə  tətbiq  olunması  məsəsləsi  başa  düşülür.Bu  işi  həyata  keçirməyin 




 

12

yüksək  ixtisaslaşma  və  məharət  tələb  etdiyi  məlumdur.Strategiyanın  tətbiqi  praktiki 



məsələ  olsa  da  onun  inzibati  meylləri  də  vardır.Bu  əsasən  aşağıdakəlardan 

ibarətdir(19,113): 

  Strategiyanı müvəffəqiyyətlə həyata keçirə bilən bir təşkilatı yaratmaq; 

  Bütün  imkanları  strategiyanın  uğur  qazanmasına  yönəldə  bilən  maliyyə  planı 

hazırlamaq; 

  Strategiyanı dəstəkləməyə yönələn siyasət yürütmək; 

  İşçilər  üçün  elə  həvəsləndirmə  üsulları  işləyib  hazırlamaq  kiŞo  qarşıya  qoyulan 

məqsədlərə çatmaqda səfərbəredici rol oynasın; 

  Lazım  gəldiyi  halda  onların  arasında  mümkün  olan  yerdəyişmələri  aparmaq  şərti 

ilə optimal iş bölgüsünə və strategiyanın reallaşmasında müvəffəqiyyətli nəticəyə 

nail olmaq; 

  Qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  ilə  həvəsləndirmə  sistemi  arasında 

uyğunluq yaratmaq; 

  Şirkət  daxilində  elə  işçi  münasibətlər  yaratmaq  lazımdır  ki,bütün  imkanlar 

strategiyanın müvəffəq tətbiqinə yönəlmş olsun; 

  Şirkət  daxilində  əlaqələndirmə  və  işə  birgə  münasibət  elə  formalaşdırılmalıdır 

ki,hər bir fərd günbəgün şirkətin strategiyasının təkmilləşməsinə və reallaşmasına 

kəməklik etmiş olsun; 

  İş  üsulunda  daimi  təkmilləşmə  və  təcrübələrin  tətbiqinə  xüsusi  diqqət 

göstərilməlidir; 

  Strategiyanın  həyata  keçirilməsində  və  iştirak  edənlər  arasında  daxildə  liderlik 

hisləri aşılanaraq hər zaman strategiyanın reallaşdırılması sürətlənməli və tətbiqin 

səviyyəsi yüksəldilməlidir. 

Bu  prosesdə  inzibati  məsələ  ondan  ibarətdir  ki,faktın  həyata  keçirilmə  səviyyəsi 

ilə  strategiyanın  nəzərə  tutduğu  proqram  tutuşdurulsun  və  kənarlaşmalar 

müəyyənləşdirilib aradan götürülsün. 

Beləliklə,strategiyanın  tətbiqi  ,praktiki  inzibati  işdən,  təşkil  etmədən  ,maliyyə 

planlaşdırılmasından  ,siyasi  xətt  yürütməkdən  ,həvəsləndirmə  üsulunu  tətbiq 




 

13

etməkdən,idarəetmənin 



mədəni 

üsullarından 

istifadə 

etməkdən 

ibarət 

olmaqla,bunların düşünülmüş kombinasiyalarının birgə əlaqələndirilməsidir. 



Biznes  strategiyası  təşkilatın  mövcud  olduğu  vəziyyət  ilə  arzu  etdiyi  vəziyyət 

arasındakı  yolun  necə  gediləcəyini  göstərir.Yəni  bu  strategiya  ilə  təşkilatın 

məqsədlərini,  hədəflərini  müəyyənləşdirib    və  bunlara  hansı  dəyərlər  ilə  necə 

çatacağımızı  göstərən bir plan tərtib etmiş olarıq ki, bu plan da  uzun  müddətli  və ən 

əsası da  gələcəyə  yönəlik olur.Tərtib etdiyimiz bu  plan büdcənin strateji  məqsədlərə 

çata  biləcək  vəziyyətə  gətirilməsinə  və  resurs  mənbələrinin  əvvəlcədən 

müəyyənləşməsinə rəhbərlik edər. 

Bir sözlə Biznes strategiyası: 

  Nəticələrin  planlaşdırılmasıdır:-Yəni  hər  hansı  cari  fəaliyyəti  deyil, 

uzunmüddətli fəaliyyət nəticələrinin planlanmasıdır. 

  Qeyri müəyyənliyin planlaşdırılmasıdır:-Dəyişmələrin istənilən vaxt olmasına 

hazır  olmalıdır,  və  bu  dəyişmələri  dəstəkləməlidir.Dinamik  olmalıdır,gələcəyi 

yönləndirməlidir.Zaman  keçdikcə  dəyişən  şərtlərə  görə  düzəlişlərin  edilməsi 

labüddür. 

  Realdır.  Arzu  edilən  vəziyyətin  real  olması  vacibdir  ki,  ruh  düşkünlüyü 

yaranmasın; 

  Keyfiyyətli idarəetmə üçün əsasdır:-Bir təşkilatın nə edəcəyini, niyə edəcəyini, 

necə edəcəyini əvvəlcədən müəyyənləşdirib sistemli bir idarəetmə formalaşdırır;  

  Cavab  vermə  məsuliyyətinə  dayanır:-Nəticələrə  necə  və  nə  qədər  nail 

olunmasının izlənməsinə, dəyərləndirilməsinə və nəzarət edilməsinə şərait yaradır. 

Hazırlanan Biznes strategiyası aşağıdakı 4 suala cavab verməlidir: 

  Hardayıq ? 

  Hara getmək istəyirik ? 

  Getmək istədiyimiz yerə necə çata bilərik ? 

  Getməyimizi (nailiyyətimizi) necə ölçə bilər və izləyə bilərik. 

İndi isə qeyd edilən suallara necə cavab verilməsini araşdıraq. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə