26
FƏSİL II BİZNESİN STRATEJİ BAXIŞININ SEÇİLMƏSİ VƏ MİSSİYA
HESABATI
2.1. Strateji baxışının müəyyən edilməsi və missiya hesabatının tərtib edilməsi
Müasir şəraitdə təsərrüfat fəaliyyətinin səmərəli həyata keçirilməsi və
perspektiv
inkişafının
təmin
edilməsi
təşkilatlarda
strateji
idarəetmənin
tətbiqindən,missiya və məqsədlərin müəyyən edilməsindən,xarici və daxili mühitin
tətqiq olunmasından və baş verən dəyişikliklərin araşdırılmasından,alternativ
strategiyaların seçilməsindən və reallaşdırılmasından əhəmiyyətli dərəcədə asılıdır.
Strateji menecment müəssisənin idarə edilməsi prosesinin ilkin mərhələsi olaraq
idarəetmənin bütün funksiyalarını özündə ehtiva edir.Yaxşı strateji idarəetmə
müəssisəni gələcəyə istiqamətləndirir,uzunmüddətli inkişaf istiqamətlərini və
biznesdə öz mövqeyini müəyyən eməyə imkan verir.Strateji idarəetmənin nəticələri
müəssisənin bazarda qazandığı mövqeyində və iqtisadi-maliyyə göstəricilərinin
uzunmüddətli meyllərində təzahür olunur.
Müəssisənin strateji idarəedilməsi onun uzun müddətli inkişafının təımin
edilməsinin
əsasıdır.Strateji
idarəetmə
təşkilatın
missiyası,onun
plan
və
proqnozlaşdırılmasının, məqsədlərinin, strategiyalarının təsərrüfatçılıq metodlarının
və funksiyalarının yerinə yetirilməsi ilə bağlıdır.Strateji idarəetmə dedikdə təşkilatın
qarşısında duran məqsədlərə nail olmaq üçün spesifik strategiyaların işlənib
hazırlanmasına yənəldilən idarəetmə qərarlarının və praktiki hərəkətlərin məcmusu
başa düşülür.Strateji idarəetmə strateji səviyyədə təşkilatın idarə edilmsi problemləri
ilə əlaqədar olan əsələlərin geniş dairəsini əhatə edir.Strateji idarəetmə təşkilatda
ardıcıl işlənmiş kompleks prosesdir. Bu prosesin əsas vəzifəsi təşkilatlarda
yeniliklərin və dəyişikliklərin qaneedici dərəcədə təmin edilməsindən ibarətdir. Bu
prosesin əsas elementi kimi təşkilatın strategiyası çıxış edir.Bazar iqtisadiyyatı
şəraitində işləyən hər hansı firma öz məhsullarının vaxtında satışını daim mənfəət
təminatı kimi təmin etməyə çalışır. Bunun üçün o, a) bazarın konyunkturuna; b)
27
rəqabətə; c) özünün resurs imkanlarına adekvat olan uzunmüddətli fəaliyyət
proqramını işləyib hazırlayır.Bu cür proqram firmanın strategiyasını əks etdirir.
Strategiya – mövcud imkanlarla qarşıya qoyulmuş məqsədlərə nail olmaqdan ötrü
firmaya zəruri olan uzunmüddətli hərəkətlərin ümumiləşdirici modellərdir. İqtisadi
təşkilata şamil edildikdə, bu, onun başlıca məqsədlərinin və bu məqsədlərə nail
olmanın əsas üsullarının məcmusudur. Firma fəaliyyət strategiyasını işləyib
hazırlayarkən, fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir.
Aşağıdakı sxem bankın Strateji Baxışının müəyyən edilməsi və Missiya
Hesabatının tərtib edilməsi prosesini təsvir edir.
Sxem 1.Müəssisənin Strateji Baxışı
Müəssisənin Strateji Baxışı, müəssisənin sahibkarlarının razılaşdırılmış baxışıdır
və aşağıdakılara əsaslanır(6,24):
a) orta və uzun müddətli perspektivdə müəssisənin dəyərinin artırılmasına imkan
yaradan bazarda hədəflənən roluna və mövqeyinə;
b) hədəflənən mövqeyə nail ola bilmək üçün lazım olan fəaliyyət və xüsusiyyətlərə;
Strategiya
və missiyan
ın
mü yy n edilm si
İşçi qrupunun yaradılması
Bazarların və şəraitin təhlil edilməsi
Ölçülə bilən məqsədlərin müəyyənləşdirilməsi
Strateji hədəflər
əməliyyat hədəfləri
Strateji plan üzrə fəaliyyət nəticələrinin
Missiya
Hesabatı
Strateji
Plan
Strateji planlaşdırma qrupu
S
trateji Baxış
28
Müəssisənin bazarda hədəflənən rolu və mövqeyi aşağıda sadalanan bir neçə əsas
biznes istiqamətləri çərçivəsində bankın prioritetlərinin müəyyən edilməsi yolu ilə
təyin olunur:
Müştəri seqmentləri: fiziki və hüquqi səxslər və ya ümumi istiqamətli müştərilər
və sair;
Təklif olunan maliyyə xidmətlərinin növləri: müəssisə hesablarının aparılması,
fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, mübadilə əməliyyatları, broker və s
xidmət növləri daxildir;
müəssisə əməliyyatlarının coğrafi dairəsi: müəssisənin, filialların, şöbələrinin və
müəssisəni təmsil edən digər bölmələrinin (məsələn, mübadilə məntəqələrinin)
faktiki yerləşdiyi yeri müəyyən edir;
Digər şirkətlərin alınması, birləşmələr, qoşulmalar və ittifaqlar: müəssisəyə yeni
müştərilər və xidmətlər gətirilməsi və potensial faydaları nəzərə alınmaqla həyata
keçirilir;
Maliyyələşdirmə mənbələri: əmanətlərin və hüquqi şəxslərin depozitləri
kombinasiyası,
müəssisələrarası
maliyyələşdirmə,
istiqraz
vərəqələrinin
buraxılması və sair;
Digər istiqamətlər: portfelin idarə edilməsiı, aktiv və passivlərin strukturu,
tənzimləyici mühit, müəssisənin əməliyyatlarına və mövqeyinə təsir edən spesifik
bazar şəraitləri.
Strateji Baxışa müəssisənin hədəflənən mövqeyini müəyyən etməklə yanaşı, eyni
zamanda müəssisənin bu mövqeyə nail olamasına imkan yaradan daxili və xarici
faktorların başa düşülməsi də daxildir. Daxili faktorlara aşağıdakılar aid edilə bilər:
Əsas müştəri seqmentlərinə xidmətlə əlaqədar müəssisənin səriştələrinin rəqiblərlə
müqayisədə nisbi üstünlüyü;