FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   2   3   4   5   6   7   8   9   ...   26

 

8

təşkilatın  fəaliyyət  xüsusiyyətlərini  və  istiqamətlərini  əks  etdirən  məhdudiyyətləri 



yaradır və seçim etməyi lazım bilir.  

Düzgün seçilmiş strategiya dəyişkən, qeyri – müəyyən və risklərlə dolu mühitdə 

müəssisəyə  daha  düzgün  istiqamət  göstərəcəkdir.  Bütün  bunları  ümumiləşdirərək, 

strategiyaları  müəssisələrin  həyatında  başlıca  əhəmiyyətini  aşağıdakı  kimi  qeyd  edə 

bilərik. 

-  Strategiya  hər  şeydən  əvvəl  ətraf  mühiti  lazımınca  qiymətləndirməyə  və 

gələcək planları daha da mükəmməl hazırlamağa imkan verir; 

-  Strategiya  müəssiyə  öz  –  özünü  hərtərəfli  qiymətləndirməyə  imkan  verir. 

Strateji qərarlarda müəssisəyə mövcud vəziyyəti və imkanları hərtərəfli təhlil etməyə 

imkan verir; 

-  Strategiya,  müəssisədə  alınan  qərarların  və  gələcək  layihənin  mükəmməliyini 

və doğruluq dərəcəsini artırmağa xidmət edir. 

Qeyd  etmək  lazımdır  ki,  biznes  aləmində  yeganə  strategiya  mövcud  deyil.  Hər 

bir  firma  (müəssisə)  öz  –  özlüyündə  sərbəstdir.  Ona  görə  də  strategiyanın  işlənib 

hazırlanması  mövcuddur.  Çünki  bazarda  müəssisənin  mövqeyindən,  onun  inkişaf 

dinamikasından,  potensialından,  rəqiblərin  davranışından,  istehsal  edilən  məhsulun 

və  digər  göstəricilərin,  xidmətlərin  xüsusiyyətindən  asılıdır.  Strategiyanın 

seçilməsində aşağıdakı vacib amillər nəzərə alınmalıdır( 17,496): 

- Sahənin güclü tərəfləri; 

- Firmanın güclü tərəfləri; 

- Firmanın məqsədləri; 

- Firmanın maliyyə resursları; 

- İşçilərin ixtisas səviyyəsi; 

- Xarici mühitdən asılılıq dərəcəsi. 

Nəzərə almaq lazımdır ki, strategiyaya təsir edən amillər heç də həmişə vaxtında 

gözə  çarpmır,  bəzən  onlar  artıq  öz  təsirini  göstərdikdən  sonra  müşühidə  olunur. 

Seçilmiş  strategiya  onun  həyata  keçirilməsi  imkanlarını  müəyyənləşdirərkən 

amillərin  hərtərəfli,  əhatəli  təhlili  əsasında  qiymətləndirilir.  Qiymətləndirmənin  əsas 




 

9

meyarı  seçilmiş  strategiyanın  firmanın  qarşısında  duran  məqsədlərinə  nail  olmağa 



gətirib çıxarır. Firmanın strategiyasını müəyyən edərkən rəhbərlik firmanın bazardakı 

mövqeyi ilə bağlı məsələlərlə qarşılaşır: 

- Hansı biznesə xitam verilsin; 

- Hansı biznes davam etdirilsin; 

- Hansı biznes həyata keçirilsin.      

Biznes  ilə  məşğul  olmağa  qərar  verən  hər  bir  sahibkarın  vəzifəsi  ümumi 

görünüşdə  ona  gətirib  çıxarır  ki,  öz  fəaliyyət  sferasını  müəyyənləşdirsin, 

müvəffəqiyyətə  gətirən  yeni  ideyanı  tapsın,  mümkün  risk  nöqteyi  nəzərdən  onu 

hərtərəfli  qiymətləndirsin  və  sonra  isə  nəzərdə  tutulan  konkret  nəticə  alınana  qədər 

həyata keçirsin. 

Biznesin təşkili bir neçə mərhələləri əhatə edir: 

 - Yeni ideyanın düzgün izah edilməsi; 

- Onun hərtərəfli qiymətləndirilməsi; 

- Bazarda boşluğun axtarışı; 

- Biznes planın işlənib hazırlanması; 

- Fəaliyyət konsepsiyasının formalaşdırılması, biznesin məqsədlərinin seçilməsi; 

- Fəaliyyət strategiyasının işlənməsi; 

- Layihənin reallaşdırılması; 

- Müəssisənin təşkili və idarə edilməsi. 

Ən 


mühüm 

strategiyalardan 

əsası 

müəssisənin 



yerinin 

seçilməsidir. 

Müəssisələrin yerləşdirilməsində aşağıdakı amilləri nəzərə almaq məqsədəuyğundur.  

Ticarət müəssisəsi üçün: 

- Nəqliyyat axınları; 

- Piyada axınları; 

- ictimai nəqliyyat dayanacaqlarıa yaxın olmaq imkanı; 

- icarə şərtləri; 

- Sahəni qiyməti; 

- Regionun istehlak dərəcəsi. 




 

10

Müəssisəni  yeri  haqqında  məsələyə  baxılarkən  xammalın  göndərilməsinə  və 



hazır  məhsulun  istehlakçılara  çatdırılmsına  sərf  edilən  məsrəfləri  nəzərə  almaq 

lazımdır.  Müəssisənin  təsis  edildikdən  və  dövlət  qeydiyyatından  keçdikdən  sonra 

lazimi  materialların  cəlb  edilməsindən,  tədarükçüləri  seçdikdən,  müəssisənin  yeri 

müəyyənləşdikdən sonra  hazırlanmış biznes plana  uyğun  işin təşkili  vacibdir. Təşkil 

etmək  bu  və  ya  digər  fəaliyyət  növünün  yerinə  yetirilməsinə  vacib  funksiyaları  və 

hərəkətləri  müəyyənləşdirmək  və  planlaşdırmaq,  həmçinin  bunların  bütün  müəssisə 

daxilində  birləşdirilməsi  vacibdir.  Göstərilənlərlə  yanaşı  səmərəli  iş  üçün 

əməkdaşların funksional vəzifələrini dəqiq və aydın müəyyənləşdirmək lazımdır.  



 

1.2. Biznes strategiyalarının təyin edilməsi və əsas istiqamətləri 

 

Müəssisənin  strateji  təyinatı  onun  hansı  fəaliyyət  növləri  ilə  məşğul  olacağının 

müəyyən  edilməsindən  ibarətdir.Onun  köməyi  ilə,  “biz  kimik”  ,”nə  ilə  məşğul 

oluruq”  və  “nəyə  nail  olmaq  istəyirik”  suallarına  cavab  verilir.Müəssisənin  strateji 

təyinatını  dəqiq  bildikləri  halda  menecerlərdə  müəssisənin  uzunmüddətli  inkişaf 

perspektivləri  haqqında  təsəvvürlər  və  ideyalar  yaranır  ki,bu  da  müəssisənin  ali 

rəhbərliyində  strateji  təfəkkürün  inkişafı  üçün  çox  əhəmiyyətlidir.Müəssisənin 

düzgün  əsaslandırılmış  strateji  təyinatı  səmərəli  liderliyin  təmin  olunmasının  əsas 

şərtlərindəndir.Müəssisənin  aydın  strateji  təyinatı  olmadan  menecerin  bir  lider  kimi 

səmərəli fəaliyyət göstərməsi mümkün deyildir. 

Strategiyanın  səmərəli  işlənməsi  müəssisənin  nəyi  etmək    və  nəyi  etməmək 

suallarına  cavab  verilməsi  və  müəssisənin  hansı  istiqamətə  yönəlməsinin  müəyyən 

edilməsi ilə başlanır. 

Hər  bir  müəssisənin  özünəməxsus  və  bənzərsiz  strateji  təyinatı  vardır.Hər  bir 

müəssisə  və  ya  sahə  üçün  ümumi  olan    müddəalara  ifadə  olunmuş  missiyalar 

idarəetmə  üçün  daha  az  əhəmiyyət  kəsb  edirlər.Srateji  təyinat  müəssisənin  fərdi 

xüsusiyyətlərini  ,fəaliyyət  istiqamətlərini  və  inkişaf  yollarını  müəyən  etməklə  onu 

digər  təsərrüfat  subyektlərindən  fərqləndirir.Müəssisənin  bəziləri  bir  sahənin  kiçik 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə