FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   ...   18   19   20   21   22   23   24   25   26

 

68

növbəsində verilmiş səlahiyyəti üzərinə götürür. İşçi yeni öhdəlikləri həyata keçirmək 



üçün  lazım  olan  qərarları  qəbul  etmək  və  resursları  xərcləmək  hakimiyyətinə  də 

malik olmalıdır. 

      Hakimiyyət  və  öhdəliklər  arasında  balansın  olması  səlahiyyətlərin  verilməsinin 

səmərəliliyi  üçün  başlıca  şərtdir.  Bu  balans  adətən  naritet  prinsipi  adlanır  və 

öhdəliklərlə hakimiyyətin bərabər olmasını təsdiq edir. 

      Məsuliyyət  səlahiyyətlərin  verilməsinin  üçüncü  elementidir.  Məsuliyyətin  nə 

olduğunu  başa  düşmək  üçün  iki  ünsürü  yadda  saxlamaq  lazımdır.  Birincisi,  əmin 

olmalısınız  ki,  sizin  işçiniz  tapşırılan  öhdəliyin  uğurla  yerinə  yetirilməsi  üçün 

məsuliyyət daşıdığını başa düşür və razılaşır. Bu qəbul olunmuş öhdəlik hissi işçilərin 

öhdəliklərə  diqqətini  təmin  etməyə  kömək  edir,  onları  sual  verməyə  və  “qaranlıq 

yerləri” aydınlaşdırmağa sövq edir, eləcə də işçilərin inamlılıq səviyyəsini ölçməkdə 

və nəzarət etməkdə menecerlərə kömək edir. İkincisi, menecerlər məsuliyyəti işçilərə 

verə  bilmir.  Menecer  işçisinə  müəyyən  öhdəliyi  tapşırır  və  nəzərdə  tuta  bilər  ki, 

həmin  adam  məsuliyyətlidir.  Lakin  menecer  özünün  məsuliyyətindən  imtina  edə 

bilməz,  əmək  bölgüsü  müəyyən  əmrlər  zəncirindən  keçdiyi  üçün  menecer  tapşırığın 

kim  tərəfindən  yerinə  yetirilməsindən  asılı  olmayaraq  tapşırığın  yerinə  yetirilməsi 

üçün məsuldur. 

      Səlahiyyətlərin 

bölüşdürülməsinin 

müəyyən 


üstünlüklərinin 

olmasına 

baxmayaraq  bu  prosesdən  səmərəli  istifadə  edilməsinə  mane  olan  müxtəlif  sədlər 

mövcuddur. Bu sədlərin mənbələri bunlardadır: 

      1) supervizorda (menecerdə)        2) tabeliyindəki işçilərdə        3) təşkilatda 

1)  Supervizorlar  və  ya  menecerlər  səlahiyyətlərin  bölüşdürülməsinə  mane  olurlar  və 

bu halda onlar aşağıdakı mövqelərindən birində və daha çoxunda dayanırlar: 

-  onlar  hakimiyyətə  malik  olmaq  istəyirlər  və  hakimiyyətin  bir  zərrəsini  də 

tabeliyindəki işçilərə vermək istəmirlər; 

- onlar səlahiyyətlərin verilməsinə zəiflik əlaməti kimi baxırlar; 

- fəaliyyətin öhdəsindən gələ bilməsinə şübhə edirlər; 



 

69

-  onlar  öz  fəaliyyətlərində  təhlükəsizliyi  hiss  etmirlər  və  qorxurlar  ki,  yaxşı  işləyən 



işçi onlardan daha yaxşı görünə bilər; 

- onlar hiss edirlər ki, nəyisə yaxşı görmək lazımdırsa, bunu onlar özləri etməlidirlər; 

-  tabeliyindəki  işçiyə  işin  necə  yerinə  yetirilməsini  öyrətmək  üçnü  vaxt  sərf  etmək 

istəmirlər. 

2) Tabelikdəki işçilər də səlahiyyətlərin verilməsinə mane ola bilərlər. Belə ki : 

- əlavə öhdəlik götürmək üçün imkana malik olduqlarına əmin deyillər; 

- uğursuzluqdan qorxurlar; 

- onlar əlavə öhdəliyə əlavə mükafatı olmayan, növbədənkənar iş kimi baxırlar; 

-  işin  yerinə  yetirilməsi  üçün  informasiyanın  və  ya  resursların  çatışmaması  ilə 

üzləşirlər; 

- onlar hesab edirlər ki, problemi özləri həll etməkdənsə supervizordan (menecerdən) 

soruşmaq daha asandır. 

3)  Səlahiyyətlərin  bölüşdürülməsinə  təşkilatın  göstəriciləri  və  ya  onun  mədəniyyəti 

mane ola bilər: 

- təşkilatın ölçüsü ya kiçikdir, ya da işçiyə tapşırılacaq fəaliyyət növləri azdır; 

- təşkilatda səlahiyyətlərin bölüşdürülməsi ənənəsi yoxdur. 

      Təşkilati  vahidlər  arasında  səlahiyyətlərin  bölüşdürülməsi  təşkilatın  nə  dərəcədə 

mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş olmasını müəyyənləşdirir. 

      Hakimiyyətin  menecerdən  işçiyə  keçməsində  olduğu  kimi  təşkilatda  hakimiyyət 

çox  sayda  vahidlər,  şöbələr  və  menecment  səviyyələri  üzrə  də  bölüşdürülür.  Qeyri-

mərkəzləşdirmə  hakimiyyətin bütün təşkilat üzrə bölüşdürüldüyünü,  mərkəzləşdirmə 

isə hakimiyyətin təşkilatın yuxarı pillələrində cəmləşdiyini göstərir. 

 

3.3. Biznes planın  inkişaf strategiyaları ilə əlaqələndirilməsi 

 

Muasir  biznesin  tələblərindən  biri  də  yeni  ideyaların  planlaşdırılmasından, 

daha  dəqiq  desək  biznes-planların  işlənib  hazırlanmasından  ibarətdir.  Bu,  ilk 

novbədə, sahibkarlıq subyektlərinə oz strategiyasını qurmağa, movcud vəziyyəti real 




 

70

qiymətləndirməyə, nəzərdə tutulan ideyanın həyata kecirilməsi ucun tələb olunan 



maliyyə  vəsaitlərinin  həcmini  duzgun  muəyyənləşdirməyə,  lazımi  işci  personal 

toplamağa, bazarı strategiyaya uyğun olaraq araşdırmağa imkan verir. 

Dunya  təcrubəsi  gostərir  ki,  yeni  ideyanın  həyata  kecirilməsində 

planlaşdırmanın  lazımi  səviyyədə  aparılmamağı,  adətən  gozlənilməz  problemlər 

əmələ  gətirir.  Məhz  yeni  ideyanın  həyata  kecirilməsi  ucun  butun  aspektlər  nəzərə 

alınmaqla  duzgun  tərtib  olunmuş  biznes-planın  movcudluğu  musbət  nəticələrin  əldə 

edilməsi ucun zəmin yaradır.  

Biznes-plan, həyata kecirilməsi nəzərdə tutulan ideyanın dərin analizini, həyata 

kecirilmə prosesində qarşılaşması mumkun olan problemlərin oyrənilməsini və bu 

problemlərin  həlli  yollarının  tapılmasını  təmin  edir.  Həqiqətən  də,  duzgun  tərtib 

olunmuş biznes-plan, son nəticədə, nəzərdə tutulan ideyanın həyata kecirilməsinin 

məqsədəuyğun olub-olmamağını, bu ideyanın həyata kecirilməsinə sərf ediləcək vaxt, 

guc və maliyyə vəsaitlərinin ozunu doğruldub-doğrultmayacağından xəbər verir. 

Beləliklə,  məlum  olur  ki,  hər  bir  ideyanın  həyata  kecirilməsi  ucun  biznes-

planın  movcudluğu  dovrumuzun  vacib  tələblərindəndir.  Bu  kitabda,  biznes-planın 

tərkib  hissələri,  onun  hazırlanması  prinsipləri,  nə  ucun  istifadə  edilməsi,  muxtəlif 

yerli  və  xarici  maliyyə  institutlarının  biznes-planların  hazırlanmasına  olan  tələbləri 

haqqında məlumatlar oz əksini tapmışdır. 

Son zamanlar olkəmizin bazar  iqtisadiyyatına kecməsi  ilə əlaqədar olaraq cox 

teztez  “biznes”,  “biznes  ideya”,  “biznes  plan”  kimi  sozləri  eşidir,  muxtəlif  KİV 

vasitələrində  onlara  rast  gəlirik.  Bəs  biznes  nədir?  Terminologiya  luğətlərində 

“biznes”  –  “gəlir  əldə  etməyə  yonəldilmiş  iqtisadi  fəaliyyət”  kimi  izah  edilir,  yəni 

bizneslə  məşğul  olmaq  deməkdir,  biznesin  məqsədi  isə  gəlir  əldə  etməkdir.  İnkişaf 

etmiş  bazar  iqtisadiyyatlı  olkələrdə  iqtisadiyyatın  elə  bir  sahəsi  yoxdur  ki,  orada 

sahibkarlar  əvvəlcədən  ozlərinin  Biznesplanlarını  tərtib  etmədən  işə  başlasınlar.  Bu 

tamamilə  aqrobizneslə,  yəni  kənd  təsərrufatı,  emal  sənayesi  və  onların  xidmət 

sahələri ilə məşğul olan iş adamlarına da aiddir. 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə