FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   ...   18   19   20   21   22   23   24   25   26

 

71

Sahibkarların  əksəriyyəti  yeni  biznesin  yaradılması  və  ya  movcud  biznesin 



inkişafı ucun əlavə maliyyə vəsaitləri cəlb etməyin cətin olduğunu qeyd edir.  

Muasir  biznes  fəaliyyəti  muəssisədən  biznesin  effektiv  idarə  olunmasını  tələb 

edir.  Bu  mənada  muxtəlif  kredit  institutlarının  və  fondların  kredit  verərkən  biznes 

planlarda əks olunan məlumatlara xususi diqqət verməsini anlamaq cətin deyil. Cunki 

biznesini  duzgun  idarə  etməyən  və  planlaşdırmayan  bir  muəssisəyə  kredit  verilməsi 

boyuk risklərlə bağlıdır. 

Biznes-plan  iki  hissədən:  goruləcək  işin  ideyasından,  məqsədindən  və  bu 

ideyanın,  məqsədin  həyata  kecirilməsindən,  təşkilindən  ibarətdir.  Başqa  sozlə 

dedikdə  Biznesplanda  nəzərdə  tutulmuş  biznesin,  yəni  gəlir  əldə  etmək  məqsədinin 

qısa, dəqiq və aydın şərhi verilir və ona nail olmağın şərtləri, yolları aşkarlanır. 

Biznes-Planın tərtib edilməsinin uc muhum əhəmiyyəti vardır: 

1.  Biznes-plan  –  biznesin,  yəni  gəlir  əldə  etməyin  idarə  olunmasının  əsaslarını 

hazırlamaqda istifadə edilə bilər. 

2. Biznes-plan elə bir alətdir ki, iş adamı onun koməkliyi ilə təsərrufatın muəyyən 

dovr ərzində faktiki fəaliyyətinin nəticələrini qiymətləndirə bilər. 

3. Biznes-plan – təsərrufatın inkişafına pul vəsaitinin cəlb edilməsinin, “tapılmasının” 

vasitəsidir. 

Qeyd  olunanlar  bir  daha  onu  subut  edir  ki,  hər  bir  iş  adamı  ucun  əvvəlcədən 

Biznes  planın  tərtib  edilməsi  olduqca  vacibdir.  Biznes-plan  muqəddimədən,  yəni 

girişdən və əsas iki fəsildən ibarət tərtib edilir: 

Birinci  fəsildə  biznesin  təsviri,  ikinci  fəsildə  isə  maliyyə  planı  verilir.  Lakin 

bilmək  lazımdır  ki,  bu  fəsillər  bir-biri  ilə  uzvu  surətdə  bağlıdır  və  biri  digərini 

tamamlayır.  Yəni  maliyyə  planı  hazırlanarkən  hokmən  biznesin  təsviri  fəsilindən 

muddəalara əsaslanılmalıdır. Biznes-plan obyektiv reallığı əks etdirən texniki-iqtisadi 

məlumatlar əsasında işlənib hazırlanmalıdır.  

Bazar iqtisadiyyatı amillərinə, elmi-texniki nailiyyətlərə, təşkilatitexnoloji 




 

72

reallıqlara  əsaslanmayan  Biznes-planla  həyata  kecirilən  sahibkarlıq  fəaliyyətindən 



muvəffəqiyyət gozləməyə dəyməz. Ona gorə də biznes-planın hazırlanmasına formal 

yanaşmaq olmaz. Bu cur yanaşma sahibkarlıq fəaliyyətinə tamamilə ziddir.  

Biznes-planların hazırlanması zamanı aşağıdakı amillərə əsaslanmaq lazımdır: 

- Muəyyən bir məhsul istehsalı və yaxud xidmətin gostərilməsini nəzərdə tutan 

konkret təklifin (layihənin) olması; 

-  Oxşar  məhsul  istehsalı  və  xidmət  gostərilməsi  ilə  məşğul  olan  muəssisələrin 

istehsal-təsərrufat və kommersiya fəaliyyətinin hərtərəfli oyrənilməsi; 

-  İdarəetmədə  istifadə  olunan  texniki-iqtisadi,  maliyyə-kredit  və  sosial-təşkilati 

mexanizmlərin öyrənilməsi. 

Biznes-planın hazırlanması 2 muhum mərhələni əhatə etməlidir: 

I  mərhələdə  -  təşkil  ediləcək  biznes,  onun  satış  bazarı,  cəlb  ediləcək  maliyyə 

mənbələri və s. haqqında zəruri informasiyalar toplanılır. 

II mərhələdə toplanmış informasiyalar sistemləşdirilir. 

Biznes-plan hazırlanan zaman nəzərdə tutulan tədbirlərin həyata kecirilməsi 

mərhələlərinə  və  ardıcıllığına  diqqət  yetirilməli,  tələb  olunan  vəsaitin  həcmi, 

xərclərin  öz  vəsaiti  və  ya  cəlb  edilmiş  vəsaitlər  hesabına  odənilməsi,  gozlənilən 

nəticələr  və  sair  gostəricilər  hesablanmalı  və  uzlaşdırılmalıdır.  Qeyd  etmək  lazımdır 

ki,  cəlb  olunmuş  vəsaitlərin  cox  olması,  həmin  layihənin  həyata  kecirilməsinin  bir 

qədər  riskli  olduğunu  gostərir.  Ona  gorə  də,  daxili  maliyyələşdirmə  mənbələrinin 

aşkar olunmasına xususi diqqət yetirilməlidir. 

Biznes-plan əsasında aşağıdakı muhum iqtisadi məsələlər həll edilir: 

-  Muəssisənin  strateji  inkişaf  konsepsiyasının  məqsədəuyğunluğunun  iqtisadi 

cəhətdən əsaslandırılması; 

- Muəssisənin fəaliyyətindən əldə ediləcək məhsul istehsalı və satışı həcminin, 

maliyyə nəticələrinin, mənfəətin və sair gostəricilərin hesablanması; 

-  Muəssisənin  qarşısında  qoyulan  məsələlərin  həlli  ucun  lazım  olan  maliyyə 

mənbələrinin muəyyənləşdirilməsi; 

- Strateji inkişaf xəttinin həyata kecirilməsi ucun texniki və təşkilati tədbirlərin 




 

73

muəyyənləşdirilməsi. 



Biznes-plan hazırlanan zaman goruləcək konkret işlərin siyahısı dəqiqləşdirilir 

və  lazım  olan  maddi  və  əmək  ehtiyatları  qiymətləndirilir.  Goruləcək  işlər  uzrə 

fəaliyyət  proqramı  kimi,  biznes-plan  işguzar  təkliflərin  hazırlanmasının  və  həyata 

kecirilməsinin əsasını təşkil edir. 

İlk  novbədə  qeyd  etmək  lazımdır  ki,  nəinki  bu  bolmənin,  umumiyyətlə 

Biznesplanın  tərtib  olunmasına  başlamazdan  əvvəl  ideyanın  aid  olduğu  satış  bazarı 

haqqında  lazımi  məlumatlar  toplanmalıdır.  Satış  bazarı  haqqında  geniş  məlumatın 

toplanması və duzgun analiz edilməsi, nəzərdə tutulan ideyanın həyata kecirilməsinin 

uğurla  nəticələnməsini  təmin  edən  amillərdəndir.  Bununla  yanaşı  satış  bazarı 

haqqında  geniş  məlumatın  verilməsi,  xususilə  sərmayədar  və  ya  kredit  verən 

təşkilatlar  ucun  Təşəbbuskarın  bazar  haqqında  məlumatlı  olub-olmamağının 

gostəricisidir.  Bazar  imkanlarının  qiymətləndirilməsi  və  satış  bazarının  araşdırılması 

bolməsi aşağıdakı məlumatları əhatə edir: 

  Bazarın son beş il ərzində vəziyyəti; 

  Bazarın gozlənilən inkişaf tempi; 

  Məhsulun (iş və ya xidmətin) son illər yaranmış yeni novləri; 

  Tələbat və təklifin dəyişməsi; 

  İstehsal; 

  İdxal; 

  İxrac; 

  Bazarın həcmi və tutumu; 

  Qiymət siyasəti 

  Satış kanalları; 

  Bazarda movcud qiymət siyasəti; 

  Bazarda məhsulun (iş və ya xidmətin) movcud reklam təminatı; 

  Problemlər; 

  Proqnoz və perspektivlər. 

  Risklər və s. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə