FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

 

59

məqsədlərə  nail  olub-olmayacağını  müəyyən  etməyə  xidmət  edir.Strategiyanın 



qiymətləndirilməsi aşağidakı istiqamətlər üzrə aparılır: 

 

Seçilmiş 



strategiyanın 

ətraflı 


vəziyyətinə 

və 


tələblərinə 

uyğunluğu.Strategiyanın ətraf subyektlərin tələbləri ilə bağlılığı,bazarın dinamiksı və 

məhsulun  həyat  tsikli  amillərinin  nəzərə  alınması,strategiyanın  reallaşmasının  yeni 

rəqib üstünlüklərinin əldə  olunmamasına gətirib çıxarması yoxlanılır. 

 

Seçilmiş strategiyanın  müəssisənin potensialına və imkanlarına uyğunluğu.Bu 



halda  seçilmiş  strategiyanın  işçi  heyətinin  imkanlarına  ,müəssisənin  maliyyə 

resurslarına 

uyğunluğu 

qiymətləndirilir,müəssisənin 

mövcud 

strukturunun 



strategiyanı uğurla reallaşdırmağa imkan verib vermədiyi ə s müəyyənləşdirilir. 

 

Strategiyanın səmərəliliyi aşağıdalı gösəricilər üzrə qiymətləndirilir: 



  iqtisadi 

səmərə-startegiyanın 

mənfəətin 

həcminə 


və 

normasına 

təsiri,investisiyaların qaytarılma müddətə,daxili və xarici bazarlarda satışın həcmi; 

  Sosial  səmərə-strategiyanın  əmək  şəraitinə  və  cazibədarlığına  ,təhsil  və 

mədəniyyətin inkişafına,həyat tərzinə təsiri: 

  texniki səmərə-strategiyanın məhsulun  yenilik səviyyəsinin,keyfiyyəti və rəqabət 

qabiliyyətinin dəişməsinə təsiri 

  Sistemli  səmərə(sinergetik)-qarşılıqlı  tamamlayan  maşın  və  avadanlıqların 

istismarından və satışından alına əlavə gəlir. 

 

Biznes  strategiyasının  seçilməsi  maliyyə  vəsaiti  tələb  edir.Belə  ki,hucun 



strategiyasında  prinsipcə  yeni  texnoloji  qərarların  hazırlanmasına  ,müdafiə 

strategiasında  texnoloji  təkmilləşdirməyə  əlavə  pul  vəsaiti    sərf  olunur.Lakin,hər  bir 

strategiyanın  həyata  keçrilməsi  nəticəsində  firma  müəyyən  uğur  qazanmaqla  yanaşı 

iflasa da uğraya bilər.Çüki hər bir strategiyanın özünə məxsus riskləri və gözlənilməz 

nəticələri  vardır.Deməli,dayanıqlı,uğurlu  fəalyyyət  göstərmək  üçün  biznesmen 

müxtəlif növ strategiyaları əlaqələndirməyi,istehsal prosesində bir strategiyadan digər 

strategiyaya  keçməyi  və  ən  səmərəli  strategiya  növünü  seçməyi  bacarmalıdır.Bazar 

konyukturunun  dəyişilməsinə  daha  tez  reaksiya  verməyi  bacaran,risklərdən 




 

60

qorxmayan  və  yeni  mükəmməl  texnolji  qərarları  asanca  qəbul  edən  sahibkar  öz 



fəaliyyətində çox vaxt müvəffəqiyyət qazanır. 

Iqtisadçı  P.Druker  tərəfndən  müəyyən  edilmiş  hucum  strategiyasının  növlərini 

nəzərdən keçirək. 

“Kütıəvi  zərbə”  strategiyası  biznesmeni  yenə  bazarlarda  yaxud  yeni  sahələrdə 

lider  mövqelərini  zəbt  etməyə  yönəldir.Lakin    bu  bütün  sahibkarlıq  strategiyaları 

arasında  ən  risklisidir.O.səhvləri  bağışlamır  və  öz  bəxtini    yenidən  sınamağa  imkan 

yaratmır,yalnız  hərdənbir.Baxmayaraq  ki,”kütləvi  zərbə”  strategiyası  uğurlu  sonluq 

zamanı  böyük  nəticələr  əldə  olunur,bu  ,çox  zaman  uğursuzluqla,tənəzüllə 

nəticələnir.Bu  strategiyanın  yalnız  məhdud  həcmli  yeniliklərindən  istifadəyə 

münasibətdə  həyata  keçirilməsi  məqsədəuyğundur.Belə  ki,yeniliklərin  tətbiqi 

mənbələri  və  onların dinamikasının  dərin  təhlili   və düzgün anlanmasını  və eləcə də 

qüvvələrin və çoxlu miqdarda resursların fövqəladə mərkəzləşdirilməsini tələb edir. 

 

“Cəld  və  gözlənilməz  hucum  etmək”  adlı  digər  strateji  yanaşma  özündə  iki 



strategiyanı  birləşdirir:yaradıcılıq  imitasiyası  və  “sahibkarlıq  dzyodusu”.Yaradıcılıq 

imitasiyası  strategiyası  dedikdə,müəssisənin  artiq  kim  tərəfindənsə  təklif  olunmuş 

yeniliklər  üzərində  işə  başlaması  nəzərdə  tutulur,belə  bir  yenilik  olduğu  zaman 

müəssisə bir müddət sonra eyni yeniliklərlə çıxış edir.Lakin bu öncəki ilə müqayisədə 

daha  təkmil  olur  və  ona  pul  verməyə  hazır  olan  istehlakçının  tələbini  yerinə 

yetirməyə  müqabil  olmuş  olur.Yaradıcılıq    imitasiyası  strategiyasını  ,məsələn  ,yeni 

fərdi  komputerlərin  yaradılması  zamanı  “İBM”  şirkəti  tətbiq  etmışdir,Belə  bir  ideya 

ilk  dəfə  “Apple”  şirkətində  yaranmışdır.”İBM”-ə  cəmi  bir  il  kifayət  etdi  ki,fərdi 

komputerlər bazrında lider mövqeyini öz elinə almış olsun. 

 

“Sahibkarlıq  dzyudosu”  strategiyası  ilk  növbədə  yapon  firmalrı  üçün 



xarakterikdir.Bu 

xususilə 

zaman 


sərfəlidir 

ki,liderlər 

yeni 

ideyanı 


“görmürlər”,diqqət  yetirmirlər,yaxud  bir  kənara  qoymuş  olurlar.Bu  strategiyadan 

istifadə  edərkən  ilk  öncə  istehsalçının  olduğu  sahəni,onun  aludələrini(əsasən  də 

mənfi)  siyasətini  təhlil  etməkdən  başlamaq  lazımdır,daha  sonra  bazarı  tədqiq  etmək 



 

61

və  seçilmiş  strategiyanın  daha  çox  uğur  qazana  biləcəyi  sahəni  müəyyən  etməyə 



başlamaq lazımdır. 

“Qaraul”  strategiyası  bir  sıra  tələblərin  yerinə  yetirilməsini  nəzərdə 

tutur.Onlardan  biri    odur  ki,təklif  olunan  məhsul  ümumi  prosesin  elə  bir  hissəsi 

olmalıdır  ki,heç  kimdə  şübhə  qalmasın  ki,onun  istifadəsindən  imtina  böyük  zərərlə  

nəticələnəcək.Məs:  “Alkon”  şirkəti  gözün  kataraktasının  ləğvi  üçün  aprılan 

əməliyyatların  ümumi  prosesin  ritmi  və  loqikasına  mane  olan  mərhələlərdən  birini 

kənarlaşdırmağa  imkan  verən  xüsusi  ferment  hazırladı.İndi  bir  oftalmoloq  belə 

müəyyən yığım aparan “qaravul” statusu  olmuş bu fermentsiz keçinə bilmir. 

İkinci  tələb  isə  ondan  ibarətdir  ki,bazar  seqmenti  o  qədər  dar  olmalıdır  ki,heç 

kim    onun  banisinin  sahibliyinə  şərik  çıxmasın.Bu  bir  növ  hansısa  “növ”  tərəfindən 

məskunlaşmış ekoloji boşluğa bənzəyir. 

 

Müdafiə,  yaxud  sağalma  strategiyası  müəssisə  tərəfindən  bazar  payının 



saxlanmasını və bazardakı mövqeyinin qorunmasını nəzərdə tutur. 

Müdafiə  strategiyası  firmanın  malik  olduğu  bazar  payının  və  bazardakı 

mövcud  durumunun,mövqeyinin  qorunmasına  yönəlmiş  tədbirlər  sistemini  əhətə 

edir.Bu  strategiya  o  zaman  tətbiq  olunur  ki,firmanın  bazardakı  mövqeyi  qənaətbəxş 

hesab  olunur,yaxud  onun  fəal  irəliləmə  strategiyasını  davam  etdirməsi  üçün  kifayət 

qədər  resursları  olmur;firma”hücuma  keçməkdən”daha  güclü  rəqiblərin  əks 

hücumuna  məruz  qalmamaq  ,yaxud  dövlətin  cəza  tədbirlərinə  düçar  olmamaq  üçün 

imtina  edir.Belə  vəziyyətdən  firmanın  davranışının  mümkün  variantları  açağıda 

göstərilib.Lakin  bu  tip  strategiyalar  kifayət  qədər  təhlükəlidir,elmi-texniki  tərəqqi 

məqsədlərinə  və  rəqib-firmaların  hərəkətlərinə  aparmaq  baxımdan  ciddi  diqqət  tələb 

edir.Firma  müflisləşmə  və  bazarı  tərketmə  təhlükəsi  ilə  üz-üzə  qala  bilər,yalnız  ona 

görə  ki,rəqiblərin  yeni  icadları  ,keyfiyyət  dəyişiklikləri  nəzərdən  qaçılmışdı,daha 

doğrusu  firma  bir  anlıq  “mürgüləmışdir”.Bu  isə  müasir  rəqabət  mühitində 

bağışlanmaz səhvdir 

Müdafiə  strategiyası  texnoloji  dəyişikliklər  aparmaq  məqsədi  güdmür,texniki-

iqtisadi göstəricilərin yaxşılaşdırılmasına yönəldilən tədqiqatların yerinə yetirilməsini 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə