elmi cəhətdən əsaslandırılmış vergi islahatları
həyata keçirilməyə
başlanıldı.
Qeyd etmək lazımdır ki, ideal vergi sisteminin yaradılması hələ
də bəşəriyyətə müəssər olmamışdır. Vergi yolu ilə qazancın müəyyən bi
hissəsi məcburi qaydada özgəninkiləşdirildiyindən tarix boyu vergi
ödəyicilərinin ona münasibəti heç də bir mənalı olmamışdır. Hələ XIII
əsrdə
görkəmli
kilsə xadimi və filosof Foma Akvinski
(1226-1274)
vergiləri «soyğunçuluğun yol verilən forması» adlandırmışdı. Hazırda
maliyyə elmi qarşısında duran əsas məsələ dövlətin və vergi
ödəyicilərinin maraqlarını maksimum nəzərə
alan vergi sisteminin
yaradılmasıdır. Demək olar ki, inkişaf səviyyəsindən asılı olmayaraq
bütün ölkələrdə daim aparılan vergi islahatları
məhz bu istəyin
nəticəsidir.
2. Qədim dövrlərdə (X əsrə qədər)
Azərbaycanda vergilər
Müasir
Azərbaycan
Respublikasının ərazisində insanların
məskunlaşmasının izləri paleolit dövrünün (daş dövrünün) ilkin
mərhələlərinə qədər gedib çıxır. Eramızdan əvvəl IV minilliyin sonu III
minilliyin əvvəllərindən başlayaraq ibtidai icma qurluşunun dağılması
və sinifli cəmiyyətə keçid prosesi başlayır. Bu dövrdən başlayaraq
həmin
ərazilərdə Aratta, Kutium kimi qədim dövlətlər mövcud
olmuşdur. Eramızdan əvvəl I minilliyin əvvəlində Cənubi Azərbaycan
ərazisində Urmiya gölü hövzəsində Manna dövləti yaranır.
Azərbaycanın Araz çayından şimalda yerləşən torpaqlarından isə
Albaniya dövləti mövcud idi. Eramızdan
əvvəl VI əsrin əvvəllərində
qədim Azərbaycanın Manna dövləti süquta uğradı və onun əraziləri
İranda yaranmış qüdrətli Midiya dövləti tərəfindən işğal edildi.
Azərbaycan ərazisində antik dövrlərdə mövcud olmuş bu
dövlətlərdə əhali əsasən köçəri maldarlıq
və əkinçiliklə məşğul olmuş,
vergilər isə bir qayda olaraq natural formada toplanmışdır.
Midiya dövləti süquta uğrayandan sonra İranda Əhəməni
sülaləsinin hakimiyyəti (e.ə.550-330-cu illər) bərqərar oldu, Azərbaycan
torpaqları isə bütövlükdə Əhəməni Satraplığına daxil edildi. Bu
ərazilərdə təmsil olunmuş ayrı-ayrı tayfalar əhəmənilərə vergi verir və
əhəməni ordusunun silahlı qüvvələrini təchiz edirdi.
Dostları ilə paylaş: