FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə129/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   122   123   124   125   126   127   128   129   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
135


Vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı 
vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və 
özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat 
vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri 
üçün “Xüsusi fərqlənmə nişanı” alınır. 
“Xüsusi fərqlənmə nişanı” mülkiyyətində avtomobil nəqliyyatı 
vasitələri olan vergi ödəyiciləri müraciətindən sonra beş iş günü ərzində 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Xüsusi fərqlənmə 
nişanı”nın alınması üçün hər hansı haqq ödənilmir. 
“Xüsusi fərqlənmə nişanı” almış vergi ödəyiciləri avtomobil 
nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə bu 
maddədə nəzərdə tutulmayan digər məqsədlər üçün istifadə edərkən ən 
azı bir iş günü əvvəl “Xüsusi fərqlənmə nişanı”nı onu vermiş orqana 
geri qaytarmalıdır. 
Vergi ödəyicisinin işçi heyətinin və özünəməxsus yüklərin 
daşınmasında istifadə edilən yeni avtomobil nəqliyyatı vasitələri 
müvafiq qaydada qeydiyyata alındıqdan sonra həmin avtomobil 
nəqliyyatı vasitələrinin sahibləri beş gün ərzində müvafiq icra 
hakimiyyəti orqanına bu barədə müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən təsdiq edilmiş formada məlumat təqdim edirlər. 
Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı 
(sahibkarlıq fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri 
tərəfindən göstərilən bu cür xidmətlər istisna olmaqla), habelə dövlət 
hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə 
orqanlarının, Azərbaycan Respublikası 
Mərkəzi Bankının,
hasilatın pay 
bölgüsü, əsas ixrac boru kəməri haqqında və bu qəbildən olan digər 
sazişlər çərçivəsində fəaliyyət göstərən xarici podratçıların və 
subpodratçıların, dövlət fondlarının, xarici ölkələrin diplomatik və 
konsulluq 
nümayəndəliklərinin, 
beynəlxalq 
təşkilatların 
nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan avtomobil 
nəqliyyatı vasitələri üçün “Fərqlənmə nişanı” və ya “Xüsusi fərqlənmə 
nişanı” alınmır və bu cür avtomobil nəqliyyatı vasitələrinin sahibləri 
həmin avtomobil nəqliyyatı vasitələri barədə müvafiq icra hakimiyyəti 
orqanına məlumat verirlər. 
Müvafiq icra hakimiyyəti orqanı növbəti ayın 10-dək əvvəlki ay 
ərzində verilmiş nişanlar barədə müvafiq icra hakimiyyəti orqanına 
məlumat verir. 
Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti 
sahəsi üçün sadələşdirilmiş vergini tikintinin təməl işlərinin başlandığı 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə