FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə127/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   122   123   124   125   126   127   128   129   130
[kitabyurdu.org]-KY0000338

 
 
5. Sadələşdirilmiş verginin hesablanması və ödəmə müddəti 
KitabYurdu.az 
133


Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği müəyyən 
edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə 
tətbiq etməklə hesablanır. 
Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. 
Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı 
ayın 
20-dən gec olmayaraq
ödənilməli olan verginin məbləği haqqında 
vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini 
dövlət 
büdcəsinə
ödəyirlər. 
Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs 
yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin 
fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanına 
bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü 
sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı 
günə qədər olan dövrü əhatə edir. 
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına 
görə sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır: 
1. Sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicisinin 
hər bir avtomobil nəqliyyatı vasitəsi üçün sadələşdirilmiş vergi 
sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidini həmin maddədə 
qeyd olunan sadələşdirilmiş verginin aylıq məbləğinə, habelə göstərilən 
əmsallara vurularaq hesablanır və dövlət büdcəsinə ödənilir. 
2. Vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrinin qeydiyyata 
alındığı yerdən asılı olmayaraq sərnişin və yük daşımalarının faktiki 
həyata keçirildiyi ərazi üçün müəyyən edilən sadələşdirilmiş vergini 
ödəyirlər. 
3. Vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında 
istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük 
daşımaları həyata keçirildikdə sadələşdirilmiş verginin ödənilməsinə 
nəqliyyat vasitəsini (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən 
şəxslər məsuliyyət daşıyırlar. Bütün digər hallarda sadələşdirilmiş 
verginin 
ödənilməsinə 
avtomobil 
nəqliyyatı 
vasitəsinin sahibi 
məsuliyyət daşıyır.
Hüquqi şəxsin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə 
sərnişin və yük daşımaları hüquqi şəxsin özü tərəfindən həyata 
keçirildikdə sadələşdirilmiş vergini həmin hüquqi şəxs ödəyir. 
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını 
həyata keçirən vergi ödəyiciləri başqa hallar nəzərdə tutulmamışdırsa, 
bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə