Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə25/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   93

 
 
 
Yerli  büdcənin  icrası  zamanı  qəbul  edilmiş  öhdəliklər  üzrə  əməliyyatlar 
büdcə  ilinin  sonunda  başa  çatır  və  istifadə  olunmayan  vəsait  bələdiyyələrin 
sərəncamında qalır. 
 
Yerli büdcələrin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait 
azalarsa və bu büdcə kəsirinin son həddinin aşmasına səbəb olarsa, müdafiə olunan 
xərc maddələri istisna olmaqla, digər xərclərə sekvestr tətbiq edilir. 
 
Bələdiyyələr  maliyyə  əməliyyatları  apararkən  bütün  maliyyə  qaydalarına 
riayət  edilməsinə  və  maliyyə  vəsaitindən  təyinatı  üzrə  istifadə  olunmasına  görə 
məsuliyyət daşıyırlar. 
 
Yerli büdcənin icrası haqqında illik hesabat bələdiyyələrin nizamnaməsində 
müəyyən  edilmiş  qaydada  təsdiq  edilir  və  bu  barədə  bələdiyyənin  ərazisində 
yaşayan əhaliyə məlumat verilir. 
 
Yerli  büdcələrin  gəlirləri  -  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 
uyğun olaraq əvəzsiz olaraq yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil 
olan pul vəsaitləridir. 
 
Yerli büdcələrin gəlirləri aşağıdakı mənbələr hesabına formalaşır: 
 
-  yerli  vergilər  və  digər  ödənişlər  (habelə  həmin  vergi  və  ödənişlərə  görə 
hesablanmış  faiz  sanksiyaları),  o  cümlədən  bələdiyyələrin  öz  ərazisində  hasil 
edilən təbii ehtiyatların istifadəsindən haqq; 
 
-  bələdiyyə  əmlakının  özəlləşdirilməsindən,  icarəyə  verilməsindən  daxil 
olmalar; 
 
-  yerli  pul-şey  lotoreyalarının  keçirilməsindən,  habelə  dövlət  və  bələdiyyə 
qiymətli kağızlarından əldə olunan vəsait; 
 
- kurort, mehmanxana, avtomobil dayanacağı və s. əldə olunan gəlirlər
 
- bələdiyyə ərazisində reklamın yerləşdirilməsi və yayımından alınan haqq; 
 
-  dövlət  büdcəsindən  verilən  dotasiya,  subvensiya,  transfert  ödənişləri, 
habelə  dövlət  əhəmiyyətli  tədbirlərin  və  dövlət  orqanlarının  qərarları  nəticəsində 
yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti; 
 
-  fiziki  və  hüquqi  şəxslərin,  beynəlxalq  təşkilatların  və  fondların  maliyyə 
yardımları və qrantlar
 
-  mövcud  qanuna  və  bələdiyyələrin  qərarına  uyğun  olaraq  yerli  büdcələrə 
keçirilən cərimələr və sair daxilolmalar
 
- bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər. 
 
Yerli  büdcələrin  gəlirlərinin  əsas  hissəsi  yerli  vergilər  hesabına  formalaşır. 
Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinə  və  digər  qanunlara  uyğun  olaraq 
yerli vergilərə aşağıdakılar aiddir: 
 
- fiziki şəxslərdən torpaq vergisi; 
 
- fiziki şəxslərdən əmlak vergisi; 
 
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
 
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi. 
 
Bələdiyyə  vergilərinin  tutulması  və  büdcəyə  köçürülməsini  bələdiyyə 
orqanları həyata keçirirlər. 
 
Vergi ödəyicilərinin hüquq və vəzifələri Azərbaycan Respublikasının vergi 
qanunvericiliyi  ilə  tənzimlənir.  Bələdiyyələrin  qərarları  əsasında  bələdiyyə 
KitabYurdu.az 
57
 


 
 
büdcələrinin imkanından  asılı  olaraq  vergi  ödəyicilərinə  vergi dərəcələrinin aşağı 
salınması, ödənişin dayandırılması istiqamətində müəyyən güzəştlər edilə bilər. 
 
Yerli  büdcələrə  daxil  olan  vergi  və  ödənişlərin  həcmi  olduqca  cüzidir  və 
onlar yerli büdcələrin gəlirlərin ümumi məbləğinin 30-35%-dən çox deyildir. 
 
Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi 
qaydası,  habelə  onların  dərəcələrinin  yuxarı  həddi  qanunla,  onların  tətbiqi 
qaydaları  isə  bələdiyyələrin  qərarı  ilə  müəyyən  edilir.  Qanunvericilikdə  nəzərdə 
tutulmuş  qaydada  bələdiyyələr  yerli  əhəmiyyətli  tədbirlərin  maliyyələşdirilməsi 
üçün  könüllü  birdəfəlik  ödənişlər  barədə  qərarlar  qəbul  edə  bilərlər.  Könüllü 
birdəfəlik ödənişlər yalnız məqsədli təyinatı üzrə istifadə olunur. 
 
Ölkənin  əksər  rayon  və  şəhərlərində  yerli  vergi  və  ödənişlər  –  yerli 
büdcələrin  gəlirlərinin  xüsusi  mənbələri  onların  xərclərinin  ötürülməsini  təmin 
etmir.  Bu  da  yerli  özünüidarəetmə  orqanlarının  vəzifələrinin  yerinə  yetirilməsini 
çətinləşdirir və yerli büdcələrin gəlirlərinin tənzimlənməsini tələb edin. 
 
Yerli büdcələri balanslaşdırmaq məqsədi ilə qaytarılmamaq əsaslarla yuxarı 
büdcədən aşağı büdcəyə pul formasında birbaşa maliyyə yardımı göstərilir.  
 
Yerli  büdcələrin  xərcləri  –  yerli  özünüidarənin  vəzifə  və  funksiyalarının 
maliyyə təminatına yönəldilən pul vəsaitidir. Yerli büdcələrin xərclərinin həcmi və 
istiqamətləri  büdcə  təsnifatına  uyğun  olaraq  bələdiyyələr  tərəfindən 
müəyyənləşdirilir. 
 
Yerli  büdcələrin  xərcləri  yerli  əhəmiyyətli  məsələlərin  həlli  ilə,  inzibati 
rayonların  və  şəhərlərin  iqtisadiyyatının  və  sosial  sferanın  idarə  edilməsi  və 
inkişafı ilə əlaqədar xərclərin maliyyələşdirilməsini özündə əks etdirir. 
 
Yerli büdcələrin xərcləri aşağıdakı istiqamətlərə yönəldilir: 
 
- yerli özünüidarəetmə orqanlarının saxlanmasına; 
 
- bələdiyyə mülkiyyətinin formalaşması, inkişafı və saxlanılmasına; 
 
-  qeyri-istehsal  sahələrinin  (təhsil,  səhiyyə,  mədəniyyət  və  kütləvi 
informasiya, bədən tərbiyəsi və bələdiyyə mülkiyyətində və ya yerli özünüidarənin 
tabeliyində olan digər idarələr) təşkili, saxlanılması və inkişafına; 
 
- ictimai qaydaların mühafizəsi üzrə bələdiyyə orqanlarının saxlanılmasına; 
 
-  bələdiyyələrin  mənzil-kommunal  təsərrüfatının  təşkil edilməsi, inkişafı və 
saxlanılmasına; 
 
- bələdiyyə yollarının tikintisinə və saxlanmasına; 
 
- bələdiyyə ərazisində ətraf mühitin mühafizəsinə
 
- bələdiyyə borclarının ödənilməsinə; 
 
- sənaye, tikinti, kənd təsərrüfatı, avtomobil və su (çay) nəqliyyatı, rabitə və 
yol təsərrüfatı sahələrinə və metropolitenə dövlət yardımına; 
 
-  elektrik  və  istilik  enerjisi,  qaz,  nəqliyyat,  su  və  kanalizasiya  təsərrüfatı 
sahələrinin itgiləri üzrə ödənişlərə; 
 
-  mülki  müdafiə  obyektlərinin  saxlanılması  və  yanğın  təhlükəsizliyinin 
qarşısının alınmasına; 
 
- yerli əhəmiyyətli məsələlərə aid edilən digər xərclərə. 
 
Büdcənin xərcləri iqtisadi cəhətdən aşağıdakı kimi qruplaşdırılır. 
KitabYurdu.az 
58
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə