Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə21/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   93

 
 
 
Gömrük  dəyəri  mallar  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
keçirilərkən deklarant tərəfindən gömrük orqanına bəyan edilir. 
 
Deklarant  tərəfindən  bəyan  edilmiş  gömrük  dəyəri  və  onun  müəyyən 
edilməsi  ilə  bağlı  məlumatlar  dəqiq,  kəmiyyəti  təyin  oluna  bilən  və  sənədlərlə 
təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 
 
Gömrük tarifi gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici 
iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük 
rüsumu  dərəcələrinin  məcmusudur.  Gömrük  tarifi  məhsulun  kodunun  qısa  olaraq 
adını, gömrük rüsumu və rüsum dərəcələri ilə tətbiqi vahidini özündə əks etdirir. 
 
Gömrük vergisinə cəlbetmənin subyekti (vergi ödəyicisi) deklarant adlanır. 
O,  əmtəənin  sahibi,  əmtəəni  gətirən,  gömrük  brokeri  ola  bilər.  Gömrük  rüsumu 
tutulmasının  obyekti  gömrük  dəyəri,  gömrük  sərhədindən  keçirilən  əmtəələrin 
miqdar və ya eyni vaxtda hər ikisi ola bilər. 
 
Azərbaycan  Respublikasında  gömrük  rüsumunun  dərəcəsini  AR-nın 
hökuməti müəyyən edir. 
 
Gömrük rüsumları  - əmtəələrin gömrük sərhədindən keçirilməsinə aid olan 
vergidir,  gömrük  yığımları  malların  müvafiq  sənədləşdirilməsinə  görə  ödənilir. 
Onlar vergi deklarasiyasının qəbul edilməsinədək və ya birlikdə ödənilir. 
 
İnkişaf  etmiş  ölkələrdə  gömrük  rüsumlarının  fiskal  əhəmiyyəti  getdikcə 
azalır.  Belə ki, əgər XIX  əsrin  axırlarında  ABŞ-da büdcəyə  bütün daxilolmaların 
50%-i  idxal  rüsumlarının  hesabına  ötürülürdüsə,  hal-hazırda  bu  1,5%-dən  artıq 
deyildir. 
 
Birdəfəlik  rüsum  bazarlarda,  yarmarkalarda  və  xüsusi  olaraq  satış  üçün 
ayrılmış yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını 
həyata keçirmək üçün alınır. Birdəfəlik rüsumun ödəyiciləri malların, məmulatların 
və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən fiziki şəxslərdir. 
 
Dövlət rüsumları. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 
2001-ci il 4 dekabr tarixli qanuna əsasən dövlət rüsumu qanunla müəyyən edilmiş 
hallarda  və  qaydada  dövlət  orqanlarının  müəssisə,  təşkilat  və  fiziki  şəxslərə 
göstərdikləri  xidmətlərə  və  hüquqi  hərəkətlərə  görə  dövlət  büdcəsinə  ödənilən 
məcburi ödənişdir. 
 
Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən büdcənin qeyri-
vergi gəlirlərinə mülkiyyətdən gəlirlər, mal və xidmətlərin satışından daxilolmalar, 
cərimə və sanksiyalar üzrə daxilolmalar və könüllü köçürmələr daxildir. 
 
Mülkiyyətdən  gəlirlər  –  dövlətin  mülkiyyəti  ilə  bağlı  olan  vergi  olmayan 
gəlirlərdir.  Bu  gəlirlər  faizlərdən,  dividentlərdən,  dövlət  mülkiyyətində  olan 
müəssisələrin 
mənfəətindən 
ayırmalardan, 
pul-şey 
lotereyaları 
üzrə 
daxilolmalardan və icarə haqqından ibarətdir. 
 
Mal və xidmətlərin satışından daxilolmalara dövlətə məxsus olan maddi və 
qeyri-maddi  aktivlərin  satışı  və  ya  onların  özəlləşdirilməsindən  daxilolmalar, 
büdcə  təşkilatlarının  ödənişli  xidmətindən  daxilolmalar  və  inzibati  tədiyyələr 
aiddir. 
 
Cərimə və sanksiyalar üzrə daxilolmalara cinayət və inzibati qaydada hüquq 
pozuntularına  görə,  torpaq  qanunvericiliyinə  uyğun  olaraq  tutulan  cərimə  və 
sanksiyalar  aid  edilir.  Yol  hərəkəti  qaydalarının  pozulmasına  görə  cərimələr, 
KitabYurdu.az 
49
 


 
 
sanksiyalar  və  sair  daxilolmalar  bu  qrupa  daxildir.  Vergi  qanunvericiliyinin 
pozulmasına görə tətbiq olunan cərimə və sanksiyalar təsnifatda həmin növ vergiyə 
aid kateqoriyada öz əksini tapır. 
 
Könüllü  köçürmələrə  (qrantlardan  başqa)  beynəlxalq  təşkilatlar  və  dövlət 
idarəetmə orqanları istisna olmaqla, digər hüquqi və fiziki şəxslər, müxtəlif qeyri-
dövlət fondları və digər mənbələr tərəfindən bağışlanılmış və könüllü köçürülmüş 
vəsaitlər aid edilir. 
 
Büdcə gəlirləri xüsusi və tənzimləyici gəlirlərə ayrılır. 
 
Büdcələrin  xüsusi  gəlirləri  –  AR-nın  qanunvericiliyilə  müvafiq  büdcələrə 
təhkim  edilmiş  gəlir  növləridir.  Büdcələrin  xüsusi  gəlirlərinə  aiddir:  (a)  AR-nın 
qanunvericiliyi  ilə  müvafiq  büdcələr  və  büdcədənkənar  dövlət  fondlarına  təhkim 
edilmiş vergi gəlirləri; (b) qeyri-vergi gəlirləri; (c) əvəzsiz köçürmələr. 
 
Maliyyə yardımları müvafiq büdcələrin və büdcədənkənar dövlət fondlarının 
xüsusi gəlirlərinə daxil deyildir. 
 
Büdcələrin  tənzimləyici  gəlirlərinə  -  növbəti  büdcə  ilinə  və  habelə  uzun 
müddətli əsaslarla (adətən 3 ildən az olmayan müddətə) muxtar respublika və yerli 
büdcələrə  normativ  ayırmalar  (faizlə)  müəyyən  edilmiş  dövlət  vergiləri  və  digər 
ödənişlər aiddir. Ayırma normativləri qanunla müəyyən edilir. 
 
 
 
6. Büdcə xərcləri və onların təsnifatı 
 
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununda deyildiyi 
kimi  büdcə  xərcləri  dövlətin  və  yerli  özünüidarəetmə    orqanlarının  vəzifə  və 
funksiyalarının yerinə yetirilməsinə yönəldilən pul vəsaitidir. 
 
Büdcə xərcləri müəyyən əlamətlərinə görə təsnifləşdirilir. 
 
Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin  xərcləri  aşağıdakı  kimi 
təsnifləşdirilir: 
 
-  təkrar  istehsal  prosesində  roluna  görə  -  maddi  istehsal  sahəsinin 
maliyyələşdirilməsi  və  qeyri-istehsal  sferasının  saxlanması  ilə  əlaqədar  olan 
xərclər; 
 
-  funksional  təyinatına  görə  -  xalq  təsərrüfatının,  sosial-mədəni  tədbirlərin, 
ölkənin müdafiəsinin maliyyələşdirilməsi, idarəetmə aparatının saxlanması, hüquq-
mühafizə fəaliyyəti və təhlükəsizliyin təmin edilməsi, əsaslı tədqiqat, elmi-texniki 
tərəqqiyə  kömək  və  dövlət  borclarına  xidmət  üzrə  xərclər.  Bu  xərclərin  hər  bir 
qrupu inzibati əlamətlərə görə bölünür. 
 
İqtisadi  məzmunundan  asılı  olaraq  büdcə  xərcləri  cari  və  əsaslı  xərclərə 
bölünür. 
 
Büdcənin cari xərcləri. Büdcə xərclərinin əsas hissəsini cari xərclər təşkil 
edir.  Cari  büdcə  xərcləri  dövlət  hakimiyyəti  orqanlarının,  yerli  özünüidarəetmə 
orqanlarının,  büdcə  idarələrinin  cari  fəaliyyətini  təmin  etmək,  habelə  başqa 
büdcələrə və iqtisadiyyatın ayrı-ayrı sahələrinə dotasiya, subsidiya və subvensiya, 
qrantlar  formasında  yardım  etmək  və  s.  üçün  nəzərdə  tutulur.  Cari  xərclərə 
malların (işlərin və xidmətlərin) satın alınması, əmək haqqı, əmək haqqına üstəlik, 
KitabYurdu.az 
50
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə