köçürmə xərclərinin (araşdırma və informasiya xərcləri) minimuma
endirilməsindən ibarətdir.
Maliyyə resurslarının ilkin satıcıları və həm də son istehsalçıları üç qrupa
bölünür: təsərrüfatçı subyektlər (müəssisələr və təşkilatlar), fiziki şəxslər və dövlət.
Maliyyə resurslarının alqı-satqısı iki yolla: birincisi, maliyyə vasitəçilərinin
köməyi olmadan bilavasitə satıcıdan onun istehlakçılarına çatdırmaq, ikincisi, bir
və ya bir neçə vasitəçilərin köməyi ilə həyata keçirilir.
Maliyyə vasitəçiləri kimi pul vəsaitlərinin idarə edilməsini həyata keçirən
kredit təşkilatları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, qeyri-dövlət
pensiya fondları, investisiya fondları, sığorta kompaniyaları çıxış edir.
Vəsaitlərin cəlb edilməsi əlamətlərinə görə maliyyə bazarları strukturlarına
daxildir: borc və kredit bazarları, qiymətli kağızlar bazarları və deriativlər bazarı,
lizinq və faktorink xidməti bazarları, etimadlılıq əməliyyatı bazarı (öz pul
komponentləri hissəsində) və sığorta bazarı.
Vəsait mənbələrinin olduğu yerə görə maliyyə bazarı iki qrupa bölünür:
- daxili və ya milli maliyyə bazarları. Bu bazarların resursları ölkənin daxili
mənbələrinə əsaslanır. Bu halda digər ölkələrin resursları cəlb edilsə də, onların
xüsusi çəkisi cüzi olur;
- dünya maliyyə bazarları. Onların resursları müxtəlif dövlətlərin
rezidentlərinin vəsaitləri hesabına əmələ gəlir.
İnkişaf səviyyəsinə görə maliyyə bazarları inkişaf etmiş bazarlara və inkişaf
etməkdə olan bazarlara bölünür (çox hallarda yaradılmaqda olan və ya
formalaşmaqda olan bazarlar inkişaf etməkdə olan bazar adlanır).
Maliyyə bazarının iştirakçıları və ya subyektləri aşağıdakılardır:
- investorlar – tələbatından artıq maliyyə ehtiyatlarına malik olan və
investisiya kimi istifadə
edən müəssisə və təşkilatlar;
- əmanətçilər – şəxsi istehlakı azaltmaqla müəyyən məqsədlər üçün müxtəlif
yığımlar
həyata keçirən fiziki şəxslər;
- borc alanlar – kifayət qədər maliyyə ehtiyatlarına malik olmayan və ya
maliyyə ehtiyatlarının çatışmamazlığını “hiss” edən müəssisə və təşkilatlar,
həmçinin dövlət hakimiyyəti orqanları.
Bu deyilənlərlə yanaşı, maliyyə bazarının subyekti kimi fəaliyyət göstərən
müxtəlif vasitəçilər, ixtisaslaşdırılmış maliyyə-kredit institutları da mövcuddur.
Subyekt kimi fəaliyyət göstərən vasitəçilər aşağıdakılardır:
1.Maklerlər. Onlar həqiqi vasitəçi kimi çıxış etməklə investorların və ya
borc alanların tapşırığı əsasında fəaliyyət göstərərək komission şəklində gəlir əldə
edirlər. Maklerlər hüquqi və fiziki şəxslərdən ibarət ola bilər.
2. Dilerlər. Onlar sərbəst surətdə fəaliyyət göstərməklə, bəzi hallarda digər
vasitəçilərlə, hətta investor və borc alanlarla da birbaşa sövdələşməyə girirlər.
3. İxtisaslaşdırılmış maliyyə-kredit institutları. Bura investisiya bankları,
maliyyə şirkətləri, sığorta şirkətləri və s. daxildir. Onlar həm investor, həm borc
alan, həmçinin də vasitəçi kimi çıxış edirlər.
KitabYurdu.az
28
2. Maliyyə bazarları və onların növləri
Maliyyə infastrukturlarının fəaliyyəti genişləndikcə maliyyə bazarının
formalaşmasında və inkişafında nəzərə зarpacaq dərəcədə irəliləyiş baş verir. Belə
ki, müxtəlif mülkiyyət formalı istehsal müəssisələri arasında vasitəçilik edən
maliyyə bazarının subyektləri iqtisadi resursların dövriyyəsinin başa
çatdırılmasında aparıcı rol oynayır, kommersiya uğurlarının əldə
edilməsinə kömək
edir, maliyyə-kredit resurslarının təmərküzləşməsinə və bu resursların
iqtisadiyyatın daha səmərəli və yüksək ödəmə qabiliyyətli sahələrinə ödənilməsinə
şərait yaradır.
İqtisadi ədəbiyyatlarda maliyyə bazarının təsnifatı haqqında iqtisadçı alimlər
arasında vahid fikir yoxdur.
Maliyyə bazarının əsasını tələb və təklif əsasında vasitəçilərin köməyi ilə
kreditorlarla borc götürənlər arasında kapitalın yenidən bölgüsü mexanizmi təşkil
edir.
Ümumiyyətlə, borc bazarı, kapital bazar, valyuta bazarı, pul bazarı, sığorta
bazarı, qiymətli kağızlar bazarı, lizinq bazarı və s. maliyyə bazarının tərkib
hissələridir.
KitabYurdu.az
29
Valyuta bazarı subyektləri aşağıdakı növ əməliyyatları həyata keçirir:
alıcılıq qabiliyyətini ötürmə, birləşdirməni (açıq valyuta mövqeyini sığortalama),
möhtəkirlik (valyuta məzənnəsinin və ya faiz dərəcəsinin dəyişməsinin
gözlənilməsindən fayda), faiz dərəcəsinin arbitrajı (depozitlərin qəbul
edilməsindən, razılaşdırılmış dövrdə daha yüksək dərəcə ilə onların yenidən
yerləşdirilməsindən fayda əldə etmək).
Alıcılıq qabiliyyətinin ötürülməsi aşağıdakı tipik bağlaşma növündə həyata
keçirilir:
kassa (spot) – valyutanın təcili surətdə, hər şeydən əvvəl sövdələşmə
bağlanıldıqdan iki iş günü ərzində verilməsini nəzərdə tutur;
müddətli (forvard) – valyutanın dəqiq müəyyən edilmiş vaxt ərzində
Valyuta bazarı
Pul vəsaiti bazarı
Maliyyə bazarları
(ssuda kapitalı
bazarı)
Borc kapitalı
bazarı
Pay
qiymətli
kağızlar bazarı
Bank ssudası
bazarı
Borc qiymətli
kağızlar bazarı
Törəmə qiymətli
kağızlar bazarı və
ya müddətli bazar
Qiymətli kağızlar
bazarı (fond
bazarı)
Spot
Müddətli
Birja
Birjadankənar
Birinci (ilkin)
İkinci (təkrar)
Forford
Fyucers
Opsion
Svop bazarı
Qızıl bazarı
Kapital bazarı
KitabYurdu.az
30