Feldşer ixtisası üzrə test suallarının nümunələri Terapiya 1 Mədə xorası daha çox hansı yaş qrupunda təsadüf edilir?


) Bu preparatlardan hansı sekretor çatışmazlıqla gedən xroniki qastritin müalicəsində işlədilir?



Yüklə 1,1 Mb.
səhifə2/187
tarix16.02.2023
ölçüsü1,1 Mb.
#100967
1   2   3   4   5   6   7   8   9   ...   187
Feldşer ixtisası üzrə test suallarının nümunələri

8) Bu preparatlardan hansı sekretor çatışmazlıqla gedən xroniki qastritin müalicəsində işlədilir?
A) Mədə şirəsi
B) Ranitidin
C) Simetidin
D) Qastroseptin
E) Almaqel


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər. «Şirvannəşr». Bakı, 2004
9) Sekretor çatışmazlıqla gedən xroniki qastritə xas olan əsas əlamət hansıdır?
A) Qida qəbulundan sonra epiqastral nahiyyədə küt ağrı
B) Dispeptik əlamətlər: qıcqırma, qusma, qəbizlik
C) Bağırsaq tərərfindən dəyişikliklər: ishal, köpmə, meteorizm
D) Qida qəbulundan sonra sağ qabırğaaltı nahiyyədə ağrı
E) Gecə və acqarnına ağrılar


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər. «Şirvannəşr». Bakı, 2004
10) Eroziv qastriti olan xəstəyə hansı qrup preparatların təyin edilməsi məqsədə uyğun deyil?
A) Trankvilizatorlar
B) Bürüyücü maddələr
C) Antasidlər
D) Geniş – spektrli antibiotiklər
E) Qeyri-hormonal iltihab əleyhinə preparatlar


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər. «Şirvannəşr». Bakı, 2004
11) Həzm sisteminin radioizotop müayinəsinə hansı metod daxildir?
A) Rektoromonoskopiya
B) Kolonoskopiya
C) Qara ciyərin skaner müayinəsi
D) Xolesistoqrafiya
E) İrriqoskopiya


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər. «Şirvannəşr». Bakı, 2004
12) Xroniki enterit zamanı hansı qrup dərmanların təyini məqsədə uyğun deyil?
A) Antibiotiklər
B) Antibakterial preparatlar
C) Həzm fermentləri
D) Bioloji preparatlar
E) Anabolik steroid hormonlar


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər. «Şirvannəşr». Bakı, 2004
13) Xroniki kolitin əsas simptomu nədir?
A) İshal və qəbizliyin növbələşməsi
B) Sağ qabırğaaltı nahiyyədə ağrı
C) Sol qabırğaaltı nahiyyədə ağrı
D) Epiqastral nahiyyədə ağrı
E) Qəbizlik


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər. «Şirvannəşr». Bakı, 2004

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə