Feldşer ixtisası üzrə test suallarının nümunələri Terapiya 1 Mədə xorası daha çox hansı yaş qrupunda təsadüf edilir?


) Xroniki xolesistitə hansı klinik əlamətlər aiddir?



Yüklə 1,1 Mb.
səhifə14/187
tarix16.02.2023
ölçüsü1,1 Mb.
#100967
1   ...   10   11   12   13   14   15   16   17   ...   187
Feldşer ixtisası üzrə test suallarının nümunələri

89) Xroniki xolesistitə hansı klinik əlamətlər aiddir?
A) Yağlı, qızardılmış qida qəbulundan sonra ürək bulanma, qusma
B) Yağlı, qızardırılmış qida qəbulundan sonra sağ qabırğaaltı nahiyədə küt üzücü ağrı
C) Yağlı, qızardılmış qida qəbulundan sonra ishal
D) Parenximatoz sarılıq
E) Öd sancısı


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər. “Şirvannəşr” Bakı, 2004
90) Xroniki xolesistit hansı ağırlaşmalara səbəb olur?
A) Kəskin qastrit
B) Xronik xolangit, hepatit
C) Öd yollarının diskineziyası
D) Kəskin hepatit
E) Kəskin xolesistit


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər. “Şirvannəşr” Bakı ,2004
91) Öd daşı xəstəliyi necə adlanır?
A) Nefrolitiaz
B) Xolelitiaz
C) Xolangit
D) Xroniki xolesistit
E) Kəskin xolesistit


Ədəbiyyat: И.Н. Броновеч, И.И.Гончарик. Справочник по гастроэнтерологии .«Беларусь» 1998
92) Öd daşı xəstəliyinə bu amillərdən hansı səbəb olmaz?
A) Psixi emosional gərginlik
B) Öd durğunluğu
C) Ödün infeksiyalaşması
D) Hamiləlik, piylənmə
E) Maddələr mübadiləsinin pozulması


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər. “Şirvannəşr” Bakı ,2004
93) Öd sansıcı tutması zamanı bu preparatlardan hansının istifadəsi əks göstərişdir?
A) Spazmolitiklər
B) Xolinolitiklər
C) Antibiotiklər
D) Narkotiklər
E) Öd qovucular


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər. “Şirvannəşr” Bakı ,2004
94) Xroniki hepatitin klinik əlamətlərinə aşağıdakılardan hansı daxil deyil?
A) Əmək qabiliyyətinin azalması
B) “Qaraciyər ovucları” əlaməti
C) Dispeptik əlamətlər
D) Assit
E) Sarılıq, dəri qaşınması


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər. “Şirvannəşr” Bakı, 2004

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə