Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı



Yüklə 0,62 Mb.
səhifə4/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   2   3   4   5   6   7   8   9   ...   30
Lito konspekt

Mexaniki

  • Kimyəvi

  • Biogen

  • Fiziki-kimyəvi

    1)Mexaniki diferensasiya-çökmə materialın özünü daha aydın büruzə verən çeşidləşmə üsullarından biridir. O, mineral, süxur, orqanizm skeletləri və bitki qalınlıqları qırıntılarının nəqli və çökdürülməsi zamanı baş verir. Çöküntü materialının növləşməsi hissəciklərin ölçüsü forması və sıxlığından asılıdır. Nəql zamanı çökmə materialın əmələgəlmə oblastı yaxınlığında nisbətən iri qırıntı fraqmentləri ayrılır və toplanır. Bu oblastdan uzaqlaşdıqca gətirilən məhsullardan daha xırda hissəciklər və üzvi qalıqlar ayrılır və çöküntüyə çevrilir. Bu həm quruda, həm də su şəraitlərində-qitədaxili və dəniz hövzələrində baş verir.


    2) Kimyəvi differensasiya-Həll olunmuş hissəciklərin ardıcıl olaraq bərk fazaya keçməsini və yaranmış məhsulların sedimentasiya hövzəsində çökməsini törədən kimyəvi proseslərin məcmusundan ibarətdir. Bu əsasən hidrosferdə baş verir. Öz miqyasına gorə kimyəvi differensasiya çox nəhəngdir və əvvəllər də baş vermişdir.
    Hal-hazirda kiməvi çökmə differensasiya planetimizin 70%-dən çox sahəsini örtmüş kontinental su hövzələtində, dəniz və okeanlarda baş verir və kimyəvi differensasiyanın əsas məhsulları tərkiblərinin sadə olması ilə seçilir. Bunlara iki və üç elementdən ibarət sadə oksidlər, karbon, kükürd və duz turşularının duzları aiddir. Həll olunmuş hissəciklərin bərk fazaya ayrılması xarici faktorların (temperatur, təzyiq, qaz rejimi, mühitin pH, Eh) təsiri altında baş verir. Bu təsirin səmərəliliyi əsasən tektonik və ilqim şəraitindən asılı olaraq müəyyənləşdirilir. Differensasiya prosesində həmçinin suların duz tərkibi, ayrı-ayrı komponentlərin konsentrasiyası və onların kimyəvi tərkibi də böyük əhəmiyyət kəsb edir.
    Çöküntü əmələgəlmə şəraitlərindən asılı olaraq iki növ kimyəvi differensasiya ayrılır:
    1. Hövzə sularının və duzluluğunun uzun müddət ərzində sabit qalması zamanı (açıq dənizlər, okeanlar) müxtəlif tərkibli çöküntülər eyni vaxtda çökürlər. Lakin bu sahil xəttindən müxtəlif uzaqlıqda və müxtəlif dərinliklərdə baş verir. Dəniz humid litogenezi üçün hissəciklərin çöküntüyə ayrılması (sahildən uzaqlaşma istiqamətində) aşağdakı ardıcıllıqla olur: alüminium oksidləri, dəmir oksidləri, manqan oksidləri.
    2. Hövzə suyunda duzluluğun tədricən dəyişməsi zamanı məkanda deyil, zaman boyunca (kəsilişdə aşağıdan yuxarıya doğru) differensasiya baş verir. Bu əsasən epikontinental dənizlər, göllər, laqunlar və b su hövzələrində baş verir. məs: Arid zonanın epikontinental hövzələrində suların minerallaşmasının artma dərəcəsindən asılı olaraq aşağıdakı çökmə ardıcıllığı müşahidə olunur: (altdan yuxarıya)
    Kalist; Dolomit; Gips; Halit; Silvin; Karnalit; Bişofit;

    Yüklə 0,62 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   30




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə