Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı



Yüklə 0,62 Mb.
səhifə30/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   22   23   24   25   26   27   28   29   30
Lito konspekt

Örtük süxurlar (Seal) aşağı və ya pis keçiricilikli süxur qatı olub karbohidrogenlərin kollektorlardan sızmasının qarşısını alır. Ən geniş yayılmış örtük süxurlara evaporitlər, təbaşir və gilli şistləri (shale) misal göstərmək olar. Örtük süxurların analizı onların qalınlığı və lateral yayılmasının ölçülməsinə əsaslanır.
8.Təbii rezervuarlar haqqında anlayış
Çökmə mənşəli süxurlarla əlaqədar olan neft-qaz rezervuarlarının əmələ gəlməsi çox mərkələlidir, ancaq onların forma və ölçüsü sedimentogenez mərhələsində yaranıb. Diagenez, katagenez və hipergenez mərhələlərində süxurların kollektor xassəsi formalaşır və dağılması baş verir. Əgər təbii rezervuarlar maqmatik və metamorfik süxurlardan təşkil olunursa, onda kollektorların formalaşmasına hipergenez və çat prosesləri böyük rol oynayır. Bir qayda olaraq maqmatik metomorfik süxurlar və onların aşınma qabıqları kollektor rolunu oynayır və örtük süxurlarına kimi rast gəlmir.
Neft və qazın əsas ehtiyyatları nəhəng yataqlarla əlaqədardır. Belə yataqların formalaşması üçün tələlər və karbohidrogen mənbələrinin olması vacibdir. Hal-hazırkı məlum nəhəng yataqlarının tələlərinin çoxu tektonik faktorların təsiri altında yaranmışdır, lakin uyğun litoloji təminatın olduğu hallarda səmərəli şəkildə meydana çıxıblar. Tələdə karbohidrogen yataqlarını təmsil edən geoloji cismin böyük yatıma malik olması vacibdir. Belə halın yaranması ancaq aşağıdakı şərtlərin birinin olması halında mümkündür:

  • Böyük qalınlıq;

  • Geniş yayılması;

  • Süxuların yüksək məsaməliliyi.



Təbii rezervuarların aşağıdakı tipləri var:



  • Layın təbii rezervuarları

  • Struktur ekranlaşmış laylı rezervuarlar

  • Mürəkkəb təbii rezervuarlar

  • Massiv təbii rezervuarlar

  • Litoloji-məhdud təbii rezervuarlar



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə