F. Köçərli adına



Yüklə 463,55 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix02.06.2018
ölçüsü463,55 Kb.
#47023
1   2   3   4   5   6   7   8   9   10   ...   17

22 

 

Qarı: A ot, sən nə güclüsən? 



Ot: Mən güclü olsaydım, qoyun məni yeməzdi! 

Qarı: A qoyun, sən nə güclüsən? 

Qoyun: Əgər mən güclü olsaydım, qurd məni yeməzdi! 

Qarı: A qurd, sən nə güclüsən? 

Qurd: Mən güclü olsaydım, it məni boğmazdı. 

Qarı: A it, sən nə güclüsən? 

İt: Mən güclü olsaydım, çoban məni döyməzdi. 

Qarı: A çoban, sən nə güclüsən? 

Çoban: Mən güclü olsaydım, xanım məni söyməzdi. 

Qarı: A xanım, sən nə güclüsən? 

Xanım: Əgər mən güclü olsaydım, siçan torbalarımı kəsməzdi. 

Qarı: A siçan, sən nə güclüsən? 

Siçan: Əgər mən güclü olsaydım, pişik məni yeməzdi! 

Qarı: A pişik, sən nə güclüsən? 

Pişik:  Pişik  iki  əllərini  qabağa,  iki  ayaqlarını  dala  qoyub, 

gərdənini  çəkib,  quyruğunu  qalxızıb,  gözlərini  bərəldib,  dilini 

çıxarıb, qarıya dedi: 

 

 



 

 

                                    Güclüyəm ha, güclüyəm, 



 

 

 



Dəmir daraq dişliyəm. 

 

 



 

Yük üstü yaylağımdır, 

 

 

 



Yük altı qışlağımdır. 

 

 



 

Kürsü üstə duraram

  

            Bığlarımı buraram...   



    Növbəti səhərciyi “Pıspısa xanım və Siçan bəy” nağılından 

hazırlamaq  olar.  Səhnəni  nümayiş  etdirəcəyimiz  nağıla  uyğun 

bəzəməliyik.  Məsələn:  dekorativ  ağaclar,  güllər,  təpəciklər, 

quşlar və s.  



                                   Aparıcı:  Biri var imiş, biri yox imiş, allahdan başqa heç kəs yox 

imiş.  Bir  də  bir  Pıspısa  xanım  var  imiş.  Bir  gün  bu                             

Pıspısa  xanımın  könlünə  özünə  yoldaş  axtarmaq  düşdü. 

Geyindi-keçindi,  bəzəndi-düzəndi,  öz  evinin  qapısına  çıxdı  və 

dedi: 



23 

 

Pıspısa xanım:            Ərə gedirəm, ərə gedirəm, ər olmasa, 

                                    gora gedirəm! 

Aparıcı:     

 

Bir odunçu gəlib keçəndə Pıspısa 



                                    xanımı görüb dedi: 

Odunçu:    

 

Mənə gələrsənmi? 



Pıspısa xanım:  

Məni döyəndə nə ilə döyərsən? 



Odunçu:                     Balta ilə vuraram əzilərsən. 

Pıspısa xanım:  

Yeri, yeri, mən sənin tayın deyiləm. 



Aparıcı:         

Odunçu getdi. Pıspısa xanım yenə 

                                    başladı: 

Pıspısa xanım :  

Ərə gedirəm, ərə gedirəm, ər olmasa, 

                                    gora gedirəm! 

Aparıcı:  

 

Bir də gördü ki, kürəkçi gəlir.  



Kürəkçi:    

 

Pıspısa xanım, mənə gələrsənmi? 



Pıspısa xanim:   

Məni döyəndə nə ilə döyərsən? 



Kürəkçi:    

 

Bir kürək çalaram, xıncım-xıncım 



                                    olarsan! 

Pıspısa xanım:   

Yeri, yeri, mən sənin tayın deyiləm. 



Aparıcı:                       Kürəkçi də getdi.  

Pıspısa xanım:    

Ərə gedirəm, ərə gedirəm, ər olmasa, 

                                    gora gedirəm! 

Aparıcı:    

    Bu  halda  siçan  oradan  keçirdi.  Gördü  Pıspısa  xanım    

bəzənib-düzənib,  geyinib-keçinib,  özünə  zinət  verib,  evin 

qapısına çıxıb: 

 

                       Qara xaradan don geyib əyninə



            Ucunu qatlayıb salıb çiyninə. 

           Tökübdür üzünə qara tellərin, 

           Yuyub tərtəmiz, aparı əllərin. 

            Çəkib gözlərinə qara sürmələr, 

           Salıb başına əbrələr, tirmələr, 

           Xuraman-xuraman ki rəftar edir

            O rəftara sərvi-giriftar edir. 

            Soluna baxır, gah baxır sağına, 




24 

 

            Baxır gah qolundakı qolbağına. 



           Durub hər yana o baxır naz ilə, 

           Deyir bu sözü xoş bir avaz ilə: 

           Gedirəm ərə, mən gedirəm ərə. 

            Ər olmasa, axır gedirəm gora. 

 

Aparcı: Siçan bəy Pıspısa xanımın  yanına gəlib, – dedi: 

Siçan  bəy:  

– Salaməleyk,  Pıspısa xanım, sevgili canım, ruhi-rəvanım, canü 

cananım,  tabu  təvanım!  Kefin,  halın?  Həmişə  beləcə  kefdə, 

gəzməkdə, seyri-səfada olasan! 



Pıspısa xanım: 

– Ay əleykəssalam. Siçan  bəy, top qara birçək, yerişdə ördək, 

dişləri  mixək,  qıçları  dirək,  hamıdan  göyçək,  dəxi  nə  demək? 

Halın,  kefin  kökdümü?  Damağın  çağdımı,  canın-başın 

sağdımı?! 

Siçan  bəy:  Sağ  ol,  Pıspısa  xanım,  əzizim  –  canım,  mənə 

gələrsənmi? 



Pıspısa xanım: Məni döyəndə nə ilə döyərsən?  

Siçan  bəy: 

Siçan  bəy:  Cananım  səni  döymərəm,  döysəm  də  quyruğumu 

molçi  eylərəm,  batıraram  xanımların  sürmədanına,  gözünə 

sürmə çəkərəm. 

Pıspısa xanım: Sənə gedərəm.  

Aparıcı:  

Razı oldular. Toy elədilər. Pıspısa xanımı Siçan  bəy aldı, apardı 

evinə. Bir zaman yaxşıca yeyib-içib kef elədilər.  

Aparıcı: Bir gün Siçan bəy Pıspısa xanıma dedi: 

Siçan bəy:  

– Sən evdə otur, mən gedirəm şah evinə, sənə noğul-nabat, şirni 

və hər cürə  həlviyyat  gətirim.  Qoy  yanına, könlün  istədikcə  at 

ağzına, xırıldat, ye. 



Pıspısa xanım: 

– Get, amma tez gəl. Sənsiz damın altında tək otura bilmirəm, 

qorxuram. 

Siçan bəy: Qorxma, tez gələrəm! 

Aparıcı: 

Aparıcı: Pıspısa xanım oturdu, oturdu, qərarı tutmadı. Fikirləşdi 

ki, Siçan bəy gəlincə  durub  onun  paltarlarını  aparıb  dəvəizi  

dərin  göldə  yuyum,  sərim,  qurudum,  gələndə  verim  geysin 

əyninə  ki,  üst-başı  təmiz  olsun.  Siçan  bəyin  paltarını  götürüb 




Yüklə 463,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə