25
apardı yumağa. Amma yuyanda ayağı sürüşüb düşdü dəvəizi
dərin gölə. Sağa dolandı, gurp düşdü, sola dolandı, şarp düşdü,
nə qədər əlləşdisə çıxa bilmədi, hər nə qədər çapaladısa, qurtara
bilmədi. Dəvəizi dərin göldə az qaldı, çox qaldı, gördü ki, bir
neçə atlı gedir. Durdu çağırmağa:
Pıspısa xanım: Tapur-tupur atlılar,
Qolları bazbatdılar.
Şah
evinə gedərsiz,
Siçan bəyə deyərsiz:
Pıspısa Püstə xanım,
Dabanı xəstə xanım.
Düşüb dəvə gölünə,
Boğulur xəstə xanım.
Aparıcı:
Gəlib gördülər ki, bunları çağıran bir dozanqurdudur,
düşübdür, dəvəizi dərin gölə, boğulur. Bunları görən Pıspısa
xanım dedi:
Gedin
deyin Siçan bəyə,
Börkü dəlik Solub bəyə:
Saçı uzun, saray xanım
Donu uzun, daray xanım,
Pıspısa xanım paltar yuduğu yerdə sürüşüb dəvəizi dərin gölə,
boğulub ölür, durmasın, özünü mənə tez yetirsin!
Aparıcı:
Atlılar çox təəccüb edib, getdilər şah evinə. Gördüklərini
orada nağıl elədilər. Siçan bəy şirni sandığının içində gəzirdi, bu
xəbəri eşidib qaçdı və tez özünü Pıspısa xanıma yetirdi. Gəldi
gördü ki, Pıspısa xanım dəvəizi dərin göldə batır, çıxır. Az qalıb
ki, canı çıxsın. Cəld əlini uzadıb dedi:
Siçan bəy:
Əlini mənə cik-ərəcik!
Pıspısa xanım: Yeri, mənciyəz səndən küsərəcik!
Siçan bəy dedi:
Əlini mənə cik-ərəcik!
Pıspısa xanım: Yeri, mənciyəz səndən küsərəcik!
Siçan bəy:
Əlini mənə cik-ərəcik!
Pıspısa xanım :
Yeri, mənciyəz səndən küsərəcik!
26
Aparıcı:
Axırda siçanın acığı tutdu, bir ovuc palçıq götürüb çırpdı
pıspısa xanımın başına və dedi:
Siçan bəy:
Küsərəciksən-küsərəcik,
Üstünə palçıq enirəcik.
Aparıcı:
Pıspısa xanımın oradaca canı
çıxdı. Yazıq Pıspısa xanım.
“Eşşək və dəvə” təmsili əsasında səhərcik:
Eşşək: Mən hamıdan fağıram,
Palçığa batanda uca dağdan ağıram.
Çöllərdə qalanda mən yiyəmi çağırram,
Kərənaydan yoğun səsim var mənim,
Atlar ilə böyük bəhsim var mənim!
Dəvə: Heç heyvan götürməz mənim yükümü,
İgid oğlan gərək çəkə ipimi,
Ərəbistan içər mənim südümü,
Uzaq-uzaq mənzillərim var mənim,
Uca-uca dəyələrim var mənim!
“Darı və buğda” təmsili əsasında səhərcik:
Darı:
Mənə darıcan deyərlər
Yağ, bal ilə yeyərlər
Ehtiyatla götürüb;
Güclə saca yetirərlər.
Buğda:
Yastı-yastı yatarsan,
Kol dibində bitərsən.
Məndən sənə qarışmasa
Palıddan da betərsən!
27
II gün – Kitabxanada yuxarı yaş qrup oxucular F. Köçərli
haqqında hazırladıqları məruzələrlə çıxış edirlər. Məruzəsi
ən yaxşı olan oxucu kitabxananın rəhbərliyi tərəfindən
mükafatlandırılır. II hissədə “Balalara hədiyyə” kitabında
olan oyunlar təqdim olunur.
Tədbirin birinci hissəsi Firidun bəy Köçərlinin həyat və
yaradıcılığına həsr olunur. İkinci hissədə isə balaca
oxucularımızla oyun keçiririk. “Vur nağara, çıx qırağa” oyunun
sözlərini uşaqlar oyunu icra edərkən deyirlər. Uşaqlar dövrə
vurub oturur, ayaqlarını bir yerə uzadırlar. Onların biri başlayır
bu sözləri oxumağa. Hər kəlməni deyəndə əlini növbə ilə
yoldaşlarının və özünün ayağının üstünə qoyur.
İynə-iynə,
Ucu düymə,
Bal ballıca,
Ballı keçi,
Şam ağacı,
Şatır keçi,
Qoz ağacı, qotur keçi.
Happan,
Huppan,
Qırıl.
Yırtıl,
Su iç –
Qurtul.
Əmim oğlu,
Uzunbığlı,
Haldırım dedi,
Huldurum dedi,
Göyə bir ağac atdı.
Qarğı sapı
Gül budağı,
Motala-motal,
Tərsə motal,