F k öçər LI a dına Respublika Uşa q Kitabx anası Qəlblərdə yaşayan şair Səməd Vurğun



Yüklə 322,1 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix01.07.2018
ölçüsü322,1 Kb.
#52819
1   2   3   4   5   6   7

“Qız   və   ölüm”   poemasını   və   bir   sıra   digər   şairlərin   əsərlərini

Azərbaycan dilinə tərcümə edir. Bu sahədəki xidmətlərinə görə   şair

“Puşkin medalı” və Gürcüstan MİK-in fəxri fərmanı ilə təltif edilir.

Xalqımızın   tarixi   keçmişi   və   müasir   həyatı   onun   ilhamını   daha   da

coşdurur.  Şair   bir-birinin   ardınca   “Vaqif”   (1938),   “Xanlar”   (1939),

“Fərhad   və   Şirin”   (1941),   “İnsan”   (1944)   kimi   qiymətli   dram

əsərlərini yazır. Müharibə illərində o, xüsusilə gərgin işləyir:

Bilsin ana torpaq, eşitsin Vətən,

Müsəlləh əsgərəm mən də bu gündən, 

-  deyən şairin səsi gah səngərlərdən, gah arxa cəbhədən eşidilir. Bu

illərdə o, Azərbaycan Yazıçılar İttifaqına ləyaqətlə rəhbərlik etməklə

bərabər, əlli şeir, iki sanballı poema, üç mənzum dram, yeddi nəğmə,

iyirmidən çox elmi-publisistik məqalə yazır. Şair, S.Rüstəmlə birlikdə

“Azərbaycan   himni”nin     mətnini   yazır.   Səməd   Vurğunun   ”Vətən

ordusu”, “Döyüşçülər marşı

”şeirlərinə Ü.Hacıbəyov tərəfindən musiqi

bəstələnmişdir.  1939-cu   ildə   “Şərəf   nişanı”ordeni   ilə   təltif   edilən

S.Vurğun   həmçinin   Respublika   Xarici   Ölkələrlə   Mədəni   Əlaqə

Cəmiyyətinin   sədri   vəzifəsində   çalışır.   S.Vurğun   1945-ci   ildə

Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, 1953-cü ildə

isə prezident müavini seçilir. Şair ömrünün sonuna kimi bu vəzifədə

çalışır.   Azərbaycan   Dövlət   Universitetinin   filologiya  fakültəsi

ədəbiyyat   sahəsindəki   xidmətlərinə   görə   ona   filologiya   elmləri

doktoru elmi dərəcəsi verir. Dəfələlərlə Azərbaycan SSR Ali Sovetinə

deputat seçilən S.Vurğun 1956-cı ildə ikinci dəfə Lenin ordeni ilə təltif

olunur və ona  Azərbaycan  SSR xalq  şairi  adı verilir. Müharibədən

sonra şairin səsi həmçinin bir sıra xarici ölkələrdən eşidilir: Polşadan,

ADR-dən, İngiltərədən, Ruminyadan, Bolqarıstandan, Çindən... O, bu

ölkələrdə   sülhü   müdafiə   edən   bir   mədəniyyət   xadimi   kimi

6



ümümdünya konqreslərində gah məruzə edir, gah da öz mübariz və

qüdrətli səsini şeir vasitəsilə ucaldır. 

Səməd Vurğun 1955-ci ilin dekabrına qədər Bakıda, sonra isə

Moskvada Kreml xəstəxanasında  müalicə olunur. S.Vurğun hiss edir

ki, həkimlər onun barəsində ümidsiz danışırlar. Onu da deyək ki, hələ

1955-ci ildə şair İstisuda istirahət edərkən, elə bil ki, artıq bu dağlara

bir də gəlməyəcəyini qabaqcadan hiss etmişdi. Buna görə də, o zaman

buludsuz göylərə baxıb demişdi:

Bəxt məni bu yerə qonaq göndərdi, 

Gedirəm, yamandır ayrılıq dərdi, 

Demə Səməd Vurğun gəldi-gedərdi,

Unutmaz bu oba, bu mahal məni!

Amansız xəstəlik   şairi sarsıdır.  1956-cı ilin   fevralında şairi doğma

Bakıya gətirirlər. Onun 50 yaşı yaxınlaşırdı. Xalq bu yubileyi geniş

qeyd etmək üçün   hazırlaşırdı. Lakin şairin yubiley çiçəkləri matəm

əklillərinə qarışdı. 1956-cı il mayın 27-də günəş qürub edən zaman

Səməd Vurğun gözlərini əbədi yumdu. 

Səməd Vurğun yaradıcılığını gənc nəslə, məktəblilərə tanıtmaq üçün

kitabxanada     bir   sıra   tədbirlər   keçirilə   bilər.   Bu   tədbirlərin   əsas

mahiyyəti ədiblərin,  eləcə də sözü gedən şairin yaradıcılığına oxucu

diqqətini   yönəltmək   və   onun   əsərlərini   tanıtmaqdır.Tədbirdə   şairin

həyat və yaradıcılığı, əsərləri, ümumilikdə onun duyğulu ömür yolu

oxuculara   çatdırılmalıdır.   Kitabxanada   keçirilən  belə  tədbirlər

oxucular   tərəfindən   rəğbət   və   bir   mənalı   qarşılanır,  kitaba   və

mütailəyə   qarşı   sevgi   aşılanır.   Bu   öhdəlik   ən   çox   kitabxanaçının

üzərinə   düşür.   Bu   münasibətlə   kitabxanada   şairin   kitab   sərgisi

hazırlanır. Sərgiyə “Səməd Vurğun -110”,  “El məhəbbəti”, “Nemətsə

də   gözəl   şeir”,   “Qəlblərdə   yaşayan   şair”,   “Vurğun   ürəklərdədir”,

“Səməd   Vurğun   və   milli   təfəkkür”,   “Vurğuna   vurğunluq”,

7



“Ədəbiyyatımızın   müsəlləh   əsgəri  –   Səməd   Vurğun”,   “Tükənməz

xəzinə”,   “Estetik   kamillik”,   “Xalq   ədəbiyyatına   məhəbbət”,

“Döyüşkən poeziya”, “Poeziyanın fəxri”, “Bizdə şeir də var, sənət də

vardır, Şairə, sənətə hörmət də vardır”, “Demə Səməd Vurğun gəldi-

gedərdi”,   “Vurğunu   da   salar   yada”,   “Şair,   nə   tez   qocaldın   sən”,

“Səməd   Vurğun  -  vətənpərvərlik,   beynəlmiləlçilik,   xəlqilik”,   “Mən

ellər oğluyam, ellər canımdır”, “Qəlblərdə yaşayan şair”, “Unutmaz

bu oba, bu mahal məni”, “Ölməz sənətkar Səməd Vurğun”, “Xalqın

qəlbində yaşayan sənətkar xoşbəxtdir”, “Şeirimizin bayraqdarı” və s.

kimi  başlıqlar verilə bilər.  Sərgidə şairin   ayrı-ayrı illərdə çəkilmiş

rəsmləri  də nümayiş olunarsa daha yaxşı olar.  Bundan başqa şairin

müxtəlif   adda olan kitabları, dövri   mətbuatda çap olunan müxtəlif

materiallar   və   görkəmli   insanların   Səməd   Vurğun   haqqında

söylədikləri sitatlar, şeir parçaları verilir.

   

  Görkəmli şəxslərin Səməd  Vurğun haqqında söylədikləri: 

Səməd Vurğunun “Azərbaycan” şeiri dillərdə əzbər olubdur. Bilirsiniz,

o qısa sözlərdə o qədər dərin  məna var ki, həmin sözləri hər bir insan

dilinə   gətirib,   təkrar   edərkən   öz   xalqına,   ölkəsinə   bir   daha

məhəbbətini, sevgisini, sədaqətini ifadə edir.

 

                         Ümummilli lider Heydər Əliyev.

Səməd Vurğun poeziyamızın nəhəng planetidir, bu planetin günəşi,

ulduzları sönməzdir. 

8



                                       

Şair Nazim Hikmət 

Vurğun sənəti xalq torpağından boy atdı, əsrin qabaqcıl ideyalarından

bəhrələndi və bu iki amilə görə dən zəmisinin böyük sənatkarı oldu.

                           



Xalq şairi Bəxtiyar Vahabzadə 

Səməd Vurğun poeziyası elə bir zirvə tutub ki, ikinci dəfə dünyaya

gəlsə, özünün də əli o zirvəyə çatmaz. O, əsil poeziya dahisidir. 

                                     Professor Cəfər Xəndan  

Səməd   Vurğun   mərd   şair   olub,   mərd   yaşayıb,     mərdanə   də   yazıb-

yaradıb. Mərd şairi olmayan xalqdan da yazıq xalq xəyala gətirmək

çətindir...

                                              

Filologiya elmləri doktoru Kamil Vəliyev 

Səməd Vurğun xalq yaradıcılığımızın forma, üslub xüsusiyyətlərindən

böyük   sənətkarlıqla   istifadə   etmiş,   folklorumuzun   rəngarəng

formalarından yüksək istedadla bəhrələnmişdir. 



                Professor Paşa Əfəndiyev 

Səməd   Vurğun   xalq   ədəbiyyatına   yaradıcı   yanaşırdı,   orada   olanları

təkrar   etmirdi.   Özünün   əlavələrini   artırmağını   unutmurdu.   Bir   növ

sözü-sözə, misranı-misraya, bəndi-bəndə, şeiri-şeirə  peyvənd edirdi.

                                                  

Filologiya elmləri doktoru Əli Saləddin 

Səməd Vurğun-poeziyamızın  təzə zirvələr fəth edən qartallarındandır.



Yazıçı Aleksandr Fadeyev 

Səməd Vurğun çox gözəl sənətkar olmaqla bərabər, həm də yaxşı, 

qayğıkeş bir insan idi.

Tarix elmləri foktoru Məzahir Abbasov 

Səməd Vurğun poeziyası milli teatr sənətimiz, milli kinomuz, 

televiziyamız,  radiomuz və bir aktyor kimi mənim üçün idealdır. Ona 

doğru addımlamalaq sənətkar üçün əsl nemətdir, səadətdir.

9



Yüklə 322,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə