ƏZĠZ ƏLƏKBƏRLĠ


Tanaat məbədi yarımdağılmıĢ vəziyyətdə



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

23 
 
Tanaat məbədi yarımdağılmıĢ vəziyyətdə. 
 
TANAAT MƏBƏDĠ 
 
Zəngəzur mahalının Sisian rayonunun Ərəfsə (03.07.1968-ci ildən - Arevis) 
kəndi  ilə  Təzəkənd  (03.07.1968-ci  ildən  -  Tasik)  kəndləri  arasında,  yüksəklikdə 
alban türk məbədi. 
Bölgədə  xristianlığın  ilk  dövrlərinə  (IV-V  yüzillər)  aid  olan  məbəd 
yarımdağılmıĢ vəziyyətdədir. 
Məbəd 
qırmızı 
daĢdan 
tikildiyi  üçün  yerli  əhali  onu  həm 
də Qırmızı kilsə adlandırır. 
Tədqiqatçıların  fikrinə  görə, 
bölgədə  xristianlığın  yayılmasına 
qədər  abidə  atəĢpərəstlik  məbədi 
olmuĢdıır. 
"Siyuni 
tarixi"nin 
müəllifi  Stepan  Orbeliana  (XIII 
yüzil)  görə  isə  məbəd  491-ci  ildə 
tikilmiĢdir. 
Tanaat 
məbədi 
Tatev 
monastırından sonra Siyunidə ikinci 
ruhani mərkəzi olmuĢdur. 
1975-ci  ildə  məbəd  bərpa 
olunarkən  guya  burada  Urartu  çarı  I  Arquztuya  (I  ArgiĢti)  aid  daĢ  kitabə 
tapılmıĢdır. 
Məbədin  ətrafında  XIII-XVII  yüzillərə  aid  xaçdaĢlar,  qəbiristanlıq,  qala 
qalıqları və s. tikililər mövcuddur. 
Məbədin yerləĢdiyi ərazi qədimdən Türk-Oğuz boylarının anayurdu olmuĢ, 
bura,  bütövlükdə  Zəngəzur  mahalına  ermənilərin  ilk  kütləvi  axını  XIX  yüzilin 
əvvəllərində bölgənin Rusiya tərəfindən iĢğalından sonra baĢlanmıĢdır. 
 
ƏDƏBİYYAT:  Сисиан  (справочник-путоводитель),  Ереван,  1987,  стр.113-114;  В.М. 
Арутюнян,  С.А.Сафарян.  Памятники  армянского  зодчества,  Москва,  1951,  стр.38; 
Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan" В., 1994, səh. 77-82. 
 
 
 


24 
 
ġirvancıq məbədinin ümumi görünüĢü. 
 
ġĠRVANCIQ MƏBƏDĠ 
 
ġörəyel mahalının Ərtik rayonu ərazisində, Alagöz dağının qərb yamacında, 
ġirvancıq (15.07.1948-ci ildən - Lernakert) kəndində türk xristian məbədi. 
V  yüzilə  aid  birnefli 
bazilika  tavanını  çıxmaq  Ģərtilə, 
demək  olar  ki,  ilkin  görünüĢü  ilə 
günümüzə  qədər  gəlib  çıxmıĢdır. 
Xarici  divarlarının  ölçüsü  22,4  m 
X 8,2 m-dir. 
Məbədin  yerləĢdiyi  ərazi 
qədimdən  Türk-Oğuz  boylarının 
anayurdu 
olmuĢ,  bu  yerlərə 
ermənilərin  ilk  kütləvi  axını  XIX 
yüzilin  əvvəllərində  bölgənin 
Rusiya 
imperiyası 
tərəfindən 
iĢğalından sonra baĢlanmıĢdır. 
 
ƏDƏBİYYAT:  В.М.Арутюнян,  С.А.Сафарян.  Памятники  армянского  зодчества,  Москва, 
1951, стр.38, 86; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.109-112. 
 
 
 


25 
 
Kasax bazilikasının ümumi görünüĢü. 
 
KASAX MƏBƏDĠ 
 
Abaran  mahalı  ərazisində,  Abaran  rayonunun  mərkəzi  olan  BaĢ  Abaran 
(qədim Kasax) Ģəhərində, Ġrəvan-Gümrü Ģose yolunun üstündə qədim türk məbədi. 
Bütün 
əlamətlərinə 
(tarixi, arxeoloji, memarlıq) görə 
Qərbi  Azərbaycan  ərazisində  ən 
qədim  məbədlərdən  olan  Kasax 
bazilikası,  tikiliĢi  V  yüzilə  aid 
edilsə  də,  bir  çox  mütəxəssislər 
tərəfindən  bütpərəstlik  dövrünün 
yadigarı hesab edilir. 
Üçnefli  bazilika  Ģəklində 
olan  məbəd  1947-1948-ci  illərdə 
Ermənistanın 
memarlıq 
abidələrinin mühafizəsi Komitəsi 
tərəfindən bərpa olunmuĢ və  ona 
bir sıra erməni və xristian elementləri əlavə edilmiĢdir. 
Abidənin  yerləĢdiyi  yerin  istər  Abaran,  istərsə  də  daha  əvvəlki  Kasax  adı 
qədim türk etnonimlərindən törəmədir və doğrudan da, bu ərazilər qədimdən türk 
boylarının  vətəni  olmuĢdur.  Abaran  kəndinə  ilk  ermənilərin  gəliĢi  1829-1830-cu 
illərə  təsadüf edir. Həmin  vaxt 56 erməni ailəsi Türkiyədən köçürülüb gətirilərək 
burada yerləĢdirilmiĢdir. 
 
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее 
присоединения  к  Российской  империи,  СПб.,  1852,  стр.587-590;  Памятники  армянского 
зодчества,  М.,  1951,  стр.35;  Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  -  "Ermənistan",  В.,  1994, 
səh.20-24. 
 
 
 


26 
 
ġaqakat arman-türk xristian 
məbədinin ümumi görünüĢü (V yüzil). 
 
ġAQAKAT MƏBƏDĠ 
 
Üçkilsə  (12.03.1945-ci  ildən  -  Eçmiədzin)  rayonu  ərazisində,  Üçkilsə 
məbədindən  Ģimal-Ģərqdə,  Üçkilsə  və  Müqəddəs  Ripsime  məbədləri  arasında 
arman-türk xristian məbədi. 
III yüzilin sonlarında Armaniyaya qaçan 
bakirə  Ripsime  öz  rəfiqələri  və  dayəsi  Qayana 
ilə VağarĢabadda Ģərab anbarında gizlənmiĢlər. 
Onlar Armaniya çarı Turadat tərəfindən tapılıb, 
qətlə  yetirildikdən  sonra  Maarifçi  Qriqorinin 
təĢəbbüsü  ilə  Armaniyada  tikilən  ilk  üç 
sovməədən  biri  də  həmin  anbarın  yanında 
ucaldılmıĢdır.  483-cü  ildə  həmin  sovməə  daĢ 
kilsə  ilə  əvəzlənmiĢ,  sonrakı  yüzillərdə 
dəfələrlə bərpa olunaraq ona yeni tikililər əlavə 
edilmiĢdir. 
Məbədin ġaqakat  (ġaq//Saq+ak//ağ+at, 
yəni  Ağ  saqlar)  adı  onun  Armaniyada 
qədimdən  məskunlaĢan  və  arman-türk xalqının 
əsasını təĢkil edən Sak türklərinə məxsusluğunu 
tamamilə sübut edir. 
Məbədin  ətrafında  yerləĢən  kəndlərdə 
tarix  boyu  Türk-Oğuz  boyları  yaĢamıĢlar.  Bu  yerlərə  ermənilərin  ilk  gəliĢi  XV 
yüzilin ortalarına təsadüf edir. 
 
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее 
присоеденения  к  Российской  империи,  С-п.,1852,  стр.  293-306,  667-682;  А.Берже.  Кавказ  в 
археологическом отношении, Тифлис, 1875, стр. 171; Х.Ф.Б.Линч. Армения (Путевые очерки 
и  этюды),  т  1,  Тифлис,  1910,  стр.297-407;  Н.Г.Буниатов,  Ю.С.Яралов.  Архитектура 
Армении, М., 1950, стр. 128-129; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, 
səh.162-166. 
 
 
 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə