ҺӘЗРӘти рүГӘЈЈӘ


Müaviyyənin ardıcılları naqə və nər arasında fərq qoymurlar



Yüklə 1,98 Mb.
səhifə3/8
tarix30.12.2017
ölçüsü1,98 Mb.
#18798
1   2   3   4   5   6   7   8

Müaviyyənin ardıcılları naqə və nər arasında fərq qoymurlar


Kufə əhlindən olan bir kişi, Süffeyindən qayıdarkən dəvəyə minib, Dəməşqə gəldi. Şam camaatından olan birisi dəvənin onunku olduğunu iddia edib dedi: Sənin mindiyin dəvə mənimdir və onu Süffeyn döyüşündə qarət etmişdilər, sənin əlinə düşüb. Onların mübahisəsi heç bir nəticə vermədi və nəhayət, Müaviyyənin yanına getdilər. Dəməşqli kişi, naqənin (dişi dəvə) onun malı olmasına əlli nəfər şahid gətirdi. Yəni, əlli nəfər, dişi dəvənin bu kişinin olmasına şəhadət verdilər. Müaviyyə də bu əlli nəfərin şahidliyi əsasında, naqənin Dəməşqli kişinin olmasına hökm etdi və İraqlı kişini dəvəni ona təhvil verməyə məcbur etdi. İraqlı kişi dedi: Bu dəvə naqə deyil, cəməldir (erkək dəvədir). Müaviyyə dedi: Hökmü vermişəm, qayıda bilmərəm! Camaat getdikdən sonra İraqlı kişini çağırıb dəvənin qiymətini ondan soruşdu. Sonra dəvənin qiymətindən də artıq ona pul verib dedi: Əliyə (ə) xəbər apar ki, onunla döyüşə yüz min elə adam gətirirəm ki, naqə ilə nər arasında fərq qoymurlar! Yəni, əgər naqəyə nər, nərə naqə desəm, sorğu-sualsız qəbul edirlər.

Məsudi bu dastanı nəql etdikdən sonra yazır: "Camaatın Müaviyyədən itaəti və onun hökmünün nüfuzu bir yerə çatdı ki, Süffeyn döyüşünə gedərkən, cümə namazını çərşənbə gününə elan etdi və camaatla cümə namazı qıldı, heç kim: "bu gün çərşənbədir, nə üçün cümə namazı?" demədi.1


İki zidd göstəriş


Əlinin (ə) öz qoşunlarına göstərişi bu idi: "Azacıq də olsa belə nahaq qan tökməyin." Müaviyyənin öz qoşunlarına göstərişi belə idi: "Uşaqları və qadınları belə öldürməkdən əl saxlamayın."

Müaviyyə göstəriş verdi ki, İslam şəhərlərini axtarsınlar və Əlinin (ə) tərəfdarlarından olan hər bir kəsi öldürsünlər. Amma, Əli (ə) valilərinə buyururdu: "Səninlə döyüşməyənlərlə döyüşmə və müsəlmanlarla əhd bağlayan xristian və yəhudilərə zülm etmə."


Müaviyyə düşmənçilikdən Peyğəmbəri Əkrəmin (s) adını eşitmək istəmirdi


Müğeyrənin oğlu deyir: Atam Müğeyrə, Müaviyyənin yanına get-gəl edirdi. Hər vaxt Müaviyyənin yanından qayıtdıqda, onun ağlını tərif edirdi. Bir dəfə isə onun yanından çox kədərli qayıtdı, hətta xörək də yemədi. Bizim üçün bir hadisə üz verdiyini və atamın valilikdən uzaqlaşdırıldığını fikirləşdim. Bir azdan dedim: Nə üçün bu gün tutqun və narahatsan? Dedi: İnsanların ən xəbisinin yanından gəlirəm. Bu gecə xəlvətdə Müaviyyəyə dedim: Sən öz arzuna çatmısan və daha qocalmısan, Bəni Haşim ilə ədalətlə rəftar etməyin yaxşı olardı. Onlar sənin qohumlarındır və daha onlardan qorxun yoxdur.

Müaviyyə dedi: Əbu Bəkr şahlığa çatdı, öldükdən sonra onun adı da aradan getdi. Onu yada saldıqda, Əbu Bəkr deyirlər. Ömər, on il zəhmət çəkdi, dünyadan getdikdən sonra onu yada saldıqda, Ömər deyirlər. Ondan sonra biz Bəni Üməyyənin qardaşı, Osman rəyasətə çatdı və heç kim nəsəbdə onun kimi deyildi, öldükdən sonra adı da öldü.

Amma, hər gün beş dəfə Mühəmmədin adını fəryad edirlər və deyirlər: "Əşhədu ənnə Mühəmmədən rəsululah". Bununla nə etmək olar? And olsun Allaha, bu adı aradan aparmasam sakit olmaram.1

Bəli, Müaviyyə Peyğəmbərlə (s) düşmən olub və o həzrətin Allah verdiyi əzəmətini görmək istəmirdi. Bir halda ki, Qür’an buyurur: "و رفعنا لك ذكرك" "Biz sənin adını sənin üçün ucaltdıq."2


Müaviyyə lənətə layiqdir


Eynul-Əimmə rəvayət edir ki, on dəlil ilə Müaviyyəyə lənət oxumaq olar:

1. Əmir-əl- möminin Əlinin (ə) itaətindən çıxmaq.

2. Əmir-əl-möminin Əliyə(ə) qarşı qarşı qılınc çəkmək.

3. Əmir-əl-möminin Əlinin (ə) haqqını qəsb etmək.

4. Əhli beyti (ə) inkar etmək.

5. Özünü imamlığa layiq bilmək.

6. Əmir-əl-möminin Əlinin (ə) fəzilətlərini gizlətmək.

7. Əmir-əl-möminin Əliyə (ə) minbərlərdə hörmətsizlik etmək.

8. Osmanın qanını o həzrətə böhtan atmaq.

9. Ümmətə hökumət etməyi kafir Yezidə tapşırmaq.

10. İmam Həsəni (ə) qətlə yetirmək və imam Hüseynin (ə) qətlini vəsiyyət etmək.

Bəs, Müaviyyə, şərtsiz olaraq lənətə layiqdir.1


Cinayətkar Yezidi tanıyaq


Yezidin atası Müaviyyə, anası səhrada yaşayan Məysun, müəllimi Sərcun, rumlu bir xristian idi. Bəni Haşim və Peyğəbərin (s) əhli beyti ilə düşmənliyi ata və babalarından, cahiliyyət xürafatlarını, laqeyidliyi səhra qadını olan anasından, İslam və müsəlmanlarla düşmənliyi, xristian müəllimi Sərcundan öyrənmişdi.

Tarixə əsasən, Yezidin heç bir şəxsiyyəti və dinə əlaqəsi yox idi. Eyş-işrətdən və şəhvətdən başqa iş tanımırdı. O, üç illik hökuməti dövründə misli görünməyən cinayətlər etdi. Birinci il həzrət Hüseyn ibn Əlini (ə), övladlarını, qohumlarını və dostlarını faciəli şəkildə öldürdü, qadınları, uşaqları və Peyğəmbərin (s) əhli beytini şəhidlərin kəsilmiş başları ilə birlikdə şəhərləri dolandırdı. Hökumətinin ikinci ilində, Mədinə camaatını qılıncdan keçirdi, mal və namuslarını üç gün qoşununun ixtiyarında qoydu. Üçüncü ildə Müqəddəs Kə’bə evini dağıdıb, ona od vurdu.2

Rəvayət olunub ki, Mədinə hadisəsindən min nəfər ərsiz qadından zinadan yaranmış övlad dünyaya gəldi və onları "Hərrə övladları" adlandırırdılar. Başqa bir xəbərdə gəlib ki, əməvi hücumçuları Mədinədə min nəfər bakirə qızla zina etdilər. Peyğəmbərin (s) mənbərində oturub, özünü onun canişini adlandıran, hər bir hökmü, İslam hökmü kimi qəbul edilən Yezidin cinayətləri bir həddə çatdı ki, hətta Peyğəmbər (s) məscidində də zina edildi.

Yezid düşmənçiliyin son həddində


İmam Hüseyni (ə) qətlə yetirdikdən sonra, bir gün Yezid, şərab məclisində oturmuşdu. İbn Ziyad da onun sağ tərəfində oturmuşdu. O, saqiyə dedi: Mənə sümüklərimin iliyinə nəş’ə verən bir cam şərab ver! Sonra ibn Ziyad üçün də belə bir şərab verilməsini əmr etdi. Yezid şərabı içir, onun artığını imam Hüseynin (ə) mübarək başına tökürdü. Yezid xeyzəran ilə həzrətin mübarək dodaqlarına və dişlərinə vurur, deyirdi: Hüseyn əcəb dodaqların və dişlərin var! Orada olanlardan birisi dedi: Yezid, sən bu işə necə cür’ət edirsən! Mən özüm, Allah Peyğəmbərinin (s) Hüseynin (ə) dodaqlarından öpdüyünü gördüm.

O, aşkarcasına Bəni Haşimdən qisasını aldığını deyirdi. Necə ki, əsirləri məclisdə görərkən dedi: Ey kaş, Bədrdə öldürülən adamlarım mənim bu işimi görəydilər və deyəydilər: Sağ ol Yezid, yaxşı bizim intiqamımızı Bəni Haşimdən aldın... Bəli, Yezid bu işi ilə fəxr edir və Bədrdə İslam dininə qarşı vuruşlarda öldürülən kafir və müşrik ata-babalarını bu işə "sağ ol" demələrinə çağırırdı. Risalət ailəsinin əsirlər karvanı, Ceyrun məntəqəsində görsənərkən, Yezid qarğaların səsini eşitdi və bu şe’ri oxudu: "Karvan göründüyü və o günəşlər Ceyrun təpəsinin üstündə saçdıqları vaxt, qarğalar səsləndilər. Onlara dedim: İstəyirsiz səs salın, ya sakit qalın, mən öz borcumu Peyğəmbərdən (s) aldım!"



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə